Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə105/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
134


Dövlət krediti maliyyə sistemində mühüm yer tutur. Dövlət krediti - öz xərclərini 
maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti 
sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət 
krediti tədiyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır.
Dövlət krediti dövlət istiqrazlarını, pul-şey lotereyalarını və digər qiymətli 
kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət maliyyəsinin tərkib hissəsindən biri 
də Sığorta Fondudur. Sığorta Fondu təbii fəlakət və bədbəxt hadisələrdən dəyən zərərin 
ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata 
keçirilməsinə yardım edir. Bazar iqtisadiyyatına qədər Azərbaycan Respublikasında 
dövlət sığortası mövcud idi, yəni dövlət təbii fəlakət və bədbəxt hadisələr nəticəsində 
təşkilatlara və əhaliyə dəyən zərərlərin ödənilməsinə təminat verirdi. Əmlak və şəxsi 
sığorta üzərində dövlət inhisarı dövlət səviyyəsində təbii fəlakət və bədbəxt 
hadisələrdən dəyən zərərlərin ödənilməsinə nəzərdə tutulan pul vəsaitlərini
mərkəzləşdirməyə imkan verirdi.
Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq respublikamızda sığortanın inkişafı 
üçün obyektiv şərait yaranmış oldu. 1993-cü ildən başlayaraq sığorta işində dövlət 
inhisarına son qoyuldu. Dövlət sığorta təşkilatları ilə yanaşı sığorta əməliyyatları 
aparmaq üçün lisenziya almış sığorta şirkətləri yaradıldı. Hazırda sığorta bazarında 
çoxsaylı (1 yanvar 2006-cı ilə 29 təşkilat) sığorta şirkətləri fəaliyyət göstərir. 
Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət 
formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı 
ödəmək məqsədilə məhsul istehsal etmək və xidmət göstərmək üçün qanunla müəyyən 
edilmiş qaydada yaradılmış müxtəlif təsərrüfat subyektidir, həqiqi şəxsdir.
Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar 
müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür. 
Müəssisə qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçdikdən 
sonra hüquqi şəxs statusu alır. Azərbaycan Respublikasının Milli Məclisinə əsasən 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin