(maddə 43.1) bu və ya digər təsərrüfat subyektini hüquqi
şəxs hesab etməyə imkan
verən əsas əlamətlər aşağıdakılardır:
1.
Mülkiyyətdə
ayrıca
əmlakın mövcudluğu, xüsusiləşmiş əmlakın
təsərrüfatçılıqla aparılması və ya operativ idarə edilməsi;
2. Öz öhdəlikləri üçün onun sərəncamında olan xüsusiləşmiş
əmlakla müstəqil
cavabdehlik daşıması;
3. Öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata
keçirmək;
4. Mülki vəzifələr daşıması, məhkəmədə iddiaçı
və cavabdeh olmaq hüququna
malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilir ki, (maddə 43.1)
hüquqi şəxslərin müstəqil balansı və ya smetası olmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya və
qeyri-kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır.
Beləliklə, müəssislərin maliyyəsinə maliyyə sisteminin aşağıdakı
həlqələri
daxildir:
1.
Kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi;
2.
Qeyri-kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi;
3.
Dövlət və ya bələdiyyə müəssisələrinin maliyyəsi;
4.
Ictimai təşkilatların (birliklərin) maliyyəsi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən
kommersiya təşkilatları elə hüquqi şəxsdir ki, onun fəaliyyətinin əsas məqsədi mənfəət
götürməkdir. Kommersiya təşkilatları olan hüquqi şəxslər
istehsal kooperativləri,
təsərrüfat ortaqları və cəmiyyətləri,
dövlət müəssisələri, bələdiyyə initar müəssisələri
formasında yaradıla bilər.
Kooperativlər fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək
üçün üzvlüyə
əsaslanan könüllü birliyi olub istehlakçıların maddi və ya başqa tələblərinin onun
üzvlərinin əmlak pay haqlarının birləşməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
Dostları ilə paylaş: