– maliyyə vəziyyətinə və likvidliyə nəzarət.
Iri
kommersiya
strukturunda
maliyyə
menecerləri
kapitalın
investisiyalaşdırılmasının bütün prosesinə nəzarət edir. Postaudit adlanan bu proses
özündə istehsal investisiya fəaliyyətinin hər bir mərhələsində faktiki maliyyə
nəticlərinin, biznes planın maliyyə bölməsində proqnozlaşdırılanlar ilə müqayisəni,
onların çatışmazlıqlarının təhlil və aradan qaldırılmasını, istehsal xərclərinin aşağı
salınması yollarının axtarılması və maliyyə proqnozlaşdırılması metodlarının
yaxşılaşdırılmasını əhatə edir.
Maliyyə nəzarətinin ən yeni orqanları – Dövlət Xəzinədarlığı, Vergilər Nazirliyi,
Gömrük Komitəsi, Hesablama Palatası və s. meydana gəlmişdir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin strukturu yenidən qurulmuş,
onun funksiyaları xeyli dəyişdirilmişdir.
Maliyyə nəzarətini şərti olaraq müxtəlif meyarlara görə təsnifləşdirmək olar. Belə
ki,
keçirilmə subyektinə görə
- ümumdövlət nəzarəti vasitəsi ilə reallaşdırılan dövlət
nəzarəti (prezident nəzarəti, səlahiyyətli hakimiyyət orqanları və yerli özünüidarəetmə
orqanlarının nəzarəti, icra hakimiyyəti orqanlarının nəzarəti, maliyyə-kredit
orqanlarının nəzarəti) və inzibati (idarə) nəzarət (nazirliklərin, dövlət komitələrinin və
dövlət idariəçiliyinin, digər orqanların struktur bölmələri), qeyri-dövlət (daxili –
təsərrüfatdaxili, firmadaxili, korporativ) və xarici auditor (müstəqil, idarədənkənar),
qeyri-inzibati nəzarət fərqləndirilir.
Maliyyə fəaliyyəti sferasına görə:
büdcə, vergi, valyuta, kredit, sığorta,
investisiya, pul kütləsinə nəzarətə ayrılır.
Keçirilmə müddətinə görə:
maliyyə nəzarəti qabaqcadan nəzarətə, cari (operativ)
nəzarət və sonrakı nəzarətə ayrılır.
Qabaqcadan maliyyə nəzarəti maliyyə əməliyyatları başa çatanadək aparılır və
maliyyə pozuntularının qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb edir.
Qabaqcadan
maliyyə nəzarəti vəsaitlərin qeyri-səmərəli və qeyri-qənaətçil
Dostları ilə paylaş: