kapital ilə təminatlığını, onun səmərəli istifadə edilməsini qiymətləndirmək üçün
dövrü və ya illik maliyyə-mühasibat hesablarının diqqətlə öyrənilməsini nəzərdə tutur.
Müşahidə-kredit təşkilatları tərəfindən verilmiş ssudaların istifadəsinə və
müəssisə müştərinin maliyyə vəziyyətinə edilən daimi nəzarətdir. Alınmış ssudaların
qeyri-səmərəli istifadə edilməsi və tədiyə qabiliyyətinin aşağı düşməsi kreditləşmə
şərtlərinin kəskinləşdirilməsinə, ssudaların vaxtından əvvəl qaytarılması tələbinə gətirib
çıxara bilər.
Təftiş maliyyə nəzarətinin daha dərin və geniş həcmli metodudur. Bu, iqtisadi
subyektin maliyyə-təsərrüfat fəaliyyətinin qanuniliyi, düzgünlüyü, məqsədyönlülüyü və
səmərəliliyinin yoxlanması məqsədilə onun tam müayinəsidir.
Təftiş tam və hissəvi, kompleks və tematik, plan üzrə və plandankənar, sənədli və
faktiki (yəni, nəinki sənədlər və habelə pulun, mal-material qiymətlilərin yoxlanması)
ola bilər. Təftiş tabe müəssisələrdə idarə orqanları və habelə müxtəlif dövlət və qeyri-
dövlət nəzarət orqanları tərəfindən (Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Baş
Idarəsi, Dövlət Xəzinədarlığı, banklar, auditor xidməti) aparılır. Təftişin nəticələri aktla
rəsmiləşdirilir ki, bunun da əsasında təsərrüfat pozuntularının aradan qaldırılması,
maddi zərərlərin əvəzinin ödənilməsi və günahkarların məsuliyyətə cəlb edilməsi üzrə
tədbirlər görülür.
Dövlət və qeyri-dövlət nəzarəti bir-birilə qarşılıqlı əlaqədardır və yalnız nəzarət
subyekti (yuxarıda bu barədə qeyd edilmişdir) və habelə məqsəd və metodları ilə
fərqlənir. Birincidə nəzarətin hüquqi və kəmiyyət tərəfləri, ikincidə isə analitik tərəflər
üstünlük təşkil edir.
Dövlət Nəzarəti ÜDM-in bölgüsünün dəyər nisbətlərini, dövlət maliyyə
resurslarının formalaşması ilə əlaqədar pul vəsaitlərinin bütün mərhələlərdə hərəkətini,
onların tam və öz vaxtında daxil olması və istifadə edilməsini izləməyə yönəldilmişdir.
Bu halda məqsəd dövlət xəzinəsinə resursların daxil olmasını artırmaqdan ibarətdir.
Qeyri-dövlət nəzarəti (başlıca olaraq təsərrüfatdaxili, firmadaxili, korporativ)
əksinə, qoyulmuş kapitala mənfəəti yüksəltmək üçün dövlətin xeyrinə ayırmaları və
Dostları ilə paylaş: