1. Azərbaycan Respublikasında
dövlətin vahid maliyyə, büdcə və vergi
siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata
keçirilməsi;
2. Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;
3. Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı
üçün zəruri tədbirlərin həyata keçirilməsi;
4. Maliyyə resurslarının sosial-iqtisadi inkişafın
üstün istiqamətlərində
təmərküzləşməsi;
5. Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi,
onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair
uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;
6.
Büdcə
sisteminin
planlaşdırılması
metodlarının,
büdcə-vergi
proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının
təkmilləşdirilməsi;
7. Büdcə vəsaitinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının
büdcədənkənar
vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici
kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;
8. Dövlət Büdcəsi vəsaitlərinin idarə edilməsinin,
o cümlədən bölgüsünün
səmərəliliyinin təmin edilməsi;
9. Azərbaycan Respublikası ərazisində nəzarətin həyata keçirilməsi.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aşağıdakı funksiyaları yerinə
yetirir;
1. Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə ölkə iqtisadiyyatının
mövcud
vəziyyətini təhlil edir və sosial-iqtisadi problemlərin həllinə dair təkliflər verir;
2. Büdcə-vergi və gömrük siyasətinin hazırlanması və təkmilləşdirilməsinə dair
təkliflər hazırlayır;
KitabYurdu.az
141
3. Müvafiq qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin layihəsini hazılayıb
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir, dövlət büdcəsinin tərtibi
və icrası qaydalarını təkmilləşdirmək barədə təkliflər verir;
4. Ölkənin sosial-iqtisadi vəziyyətin təhlili əsasında büdcə mədaxilinin
artırılmasına yönəldilən təkliflər hazırlayır;
5. Müəyyən edilmiş
qaydada dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə
fondlarının icrasını təmin edir;
6.
Qiymət
siyasətinin
müəyyənləşdirilməsi
və
qiymətqoymanın
təkmilləşdirilməsində iştirak edir;
7.
Pul-kredit
siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə,
hesablaşmaların və pul dövriyyəsinin təşkilinin təkmilləşdirilməsinə
dair təkliflərin
hazırlanmasında iştirak edir;
8. Sığorta fəaliyyətinin inkişafı və təkmilləşdirilməsinə dair təkliflər verir;
9. Qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak edir
və qanunvericiliyə uyğun olaraq dövlət qiymətli kağızlarının emissiyası ilə bağlı
funksiyaları həyata keçirir;
10. Qanunvericilikdə müəyən edilmiş qaydada beynəlxalq maliyyə-kredit
təşkilatları ilə əməkdaşlığı həyata keçirir;
11. Dövlətin daxili və xarici borcları üzrə limiti müəyyənləşdirmək üçün təkliflər
verir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əsas idarələri aşağıdakılardan
ibarətdir:
1. Baş Büdcə Idarəsi – dövlət büdcəsinin layihəsini tərtib edir və onun icrasını
təşkil edir;
2. Istehsal Sahələrinin Maliyyələşdirilməsi Baş Idarəsi –
sənayenin, tikintinin,
faydalı qazıntılar, nəqliyyat və rabitənin maliyyələşdirilməsini həyata keçirir;
3. Hüquq Mühafizə Orqanlarının Maliyyələşdirilməsi Idarəsi;
Dostları ilə paylaş: