Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə127/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
161


yoxlanılan obyektlərə maliyyə hesabatlarının düzgünlüyünü təyin etmək və həmçinin 
təsərrüfat fəaliyyəti və kommersiya nəticələrinin yaxşılaşdırılması üçün tövsiyələr 
işləyib hazırlamaqdan ibarətdir.
Auditor yoxlaması məcburi və könüllüdür. Könüllü yoxlama təsərrüfat 
subyektinin özünün təşəbbüsü ilə həyata keçirilir. Məcburi yoxlama isə müəyyən 
edilmiş qaydada hökumət qərarlarına əsasən həyata keçirilir. Məcburi auditor 
yoxlamaları banklarda, sığorta təşkilatlarında, birjalarda, məcburi ayırmalar hesabına 
yaradılan büdcədənkənar fondlarda, xeyriyyə fondlarında və s. müəssisələrdə aparılır.
Auditor yoxlamalarının nəticələri auditor rəyi formasında rəsmiləşdirilir. Bu 
sənəd bütün hüquqi və fiziki şəxslər, dövlət və məhkəmə orqanları üçün hüquqi əsasa 
malikdir. Rəyin 4 variantını fərqləndirmək lazımdır: 
– qeydsiz (qüsursuz) rəy – auditor maliyyə hesabatının və mühasibat balansının 
göstəricilərinin doğruluğunu təsdiq edir; 
– qeydli (qüsurlu) rəy – auditor maliyyə-mühasibat hesabatının
göstəricilərinin düzgünlüyü haqqında fikrini sübut etməklə, burada müəyyən 
çatışmazlıqların olduğu göstərilir və bu da rəyin analitik bölməsində qeyd edilir; 
– mənfi rəy – o hallarda tərtib edilir ki, auditorun fikrincə mühasibat uçotu 
normativ aktların tələblərinə uyğun gəlmir, maliyyə hesabatı isə yoxlanılan 
müəssisələrin maliyyə vəziyyəti barədə düzgün məlumat vermir.
Rəy o vaxt tərtib edilmir ki, auditor yoxlanılan subyektdən kifayət qədər 
məlumat ala bilmir, ona görə də uçot və hesabatın keyfiyyəti haqqında öz fikrini ifadə 
edə bilmir.
Auditor firmasının fəaliyyəti onun qəbul etdiyi nizamnamə əsasında həyata 
keçirilir. 
Auditor xidmətinin təşkili və fəaliyyətini tənzimləmək üçün ölkəmizdə 1994 – cü 
ildə Auditorlar Palatası yaradılmışdır.
Auditorlar Palatası – auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını 
təmin edən, mülkiyyətçilərin əmək hüquqlarını, dövlət təsərrüfat subyektlərinin və 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin