4.
Fiziki və hüquqi şəxslərin, o cümlədən kredit müxbir təşkilatlarının tapşırığı ilə
onların hesabları üzrə hesablaşmalar aparmaq;
5.
Pul vəsaitlərini, vekselləri, ödəniş və hesablaşma sənədlərini inkassasiya etmək;
6. Hüquqi və fiziki şəxslərə kassa xidməti göstərmək;
7. Nağd və nağdsız formalarda xarici valyutanı alıb-satmaq;
8. Qiymətli metalları əmanətlərə cəlb etmək və yerləşdirmək;
9. Bank təminatları vermək.
Yerinə yetirdikləri əməliyyatların xarakterindən asılı olaraq,
kommersiya
banklarının balans hesabları aktiv, passiv və aktiv-passiv hesablara bölünür.
Aktiv hesablarda
bank resurslarının tərkibi və yerləşdirilməsi qeydə alınır (bank
kassalarında nağd pullar, investisiyaların
maliyyələşdirilməsi, resursların qiymətli
kağızlara yönəldilməsi, xarici valyutanın alınması, ssuda əməliyyatları, debitor borcları,
əsas
vəsaitlər, təsərrüfat məsrəfləri və s.). Aktiv hesablarda yekun saldo balansı
debetində göstərilir.
Passiv hesablarda
bank resurslarının formalaşdırılması mənbələri qeydə alınır
(mənfəət, bankın fondları, investisiyaların maliyyələşdirilməsi
üçün vəsaitlər,
hesablaşma və cari hesablarda olan vəsait qalıqları, depozitlər, hesablaşmalardakı
vəsaitlər, kreditor borcları və s.). passiv hesablarda yekun saldo balansın kreditində
göstərilir.
Aktiv-passiv hesablarda əsasən bir bankın
digər banklarda, kreditorlarla və
əmanətçilərlə olan hesablaşma əməliyyatları qeydə alınır.
Aktiv-passiv hesablarda
yekun saldo balansın həm debeti, həm də krediti üzrə göstərilir.
Hazırda inkişaf etmiş ölkələrdə kommersiya bankları öz müştərilərinə 300-ə
yaxın müxtəlif növlü xidmətlər göstərirlər.
Maliyyə vəsaitəlrinin vasitəçiləri – hər hansı bir ölkənin məcmu maliyyə-kredit
sisteminin
bir hissəsi olmaqla bərabər, vəsaitlərin kreditorlardan borclulara
yönəldilməsi ilə məşğuldurlar. Başlıca maliyyə vasitəçiləri
kimi bir müddət
kommersiya bankları çıxış etmişlər. Lakin zaman keçdikcə kommersiya bankları ilə
Dostları ilə paylaş: