nağd pulları
qəbul etmək, onların tələbatını
ödəmək üçün nağd pul vermək,
kredit
kartları buraxmaq və s. ibarətdir.
2. Kredit xidməti. Kommersiya bankları təbii ki, topladığı əmanətləri, yəni pulları
satmalıdır ki, əmanətlərə görə faizi qaytara və müəyyən gəlir götürə bilsinlər. Bankların
kredit xidməti yalnız birbaşa ssuda verilməsi ilə yekunlaşmır.
Onlar həmçinin krediti
əvəz edə bilən digər xidmətlərdən, o cümlədən lizinq, faktorinq kimi əməliyyatlardan da
istifadə edirlər ki, bunlar da bank təcrübəsində geniş yaılmışdır;
3. Əmanət xidməti. Bu
banklar əmanətçilərə müddətli,
müddətsiz və ya əmanət
hesabı açıb onlara xidmət göstərirlər;
4. Investisiya xidmətləri. Bu xidmət növü ilə kommersiya bankları müştərilərə öz
vəsaitələrini qiymətli kağızlara, daşınmaz və daşınan əmlaka, qiymətli materiallara və s.
qoymağa imkan yaradır;
5. Trast (etibar-inam) xidməti. Bununla kommersiya bankları
fiziki və hüquqi
şəxslərin əmlaklarının və ya vəsaitlərinin idarəçiliyini həyata keçirir və buna görə haqq
alır;
6. Idxal-ixrac əməliyyatlarına xidmət, valyuta əməliyyatları.
Kommersiya
bankları xarici iqtisadi əlaqələr zamanı hesablaşmaları, maliyyələşmə və kreditləşməni
və digər valyuta əməliyyatlarını həyata keçirir;
7. Məsləhət xidməti. Banklar öz müştərilərinə və
həmçinin digər təşkilatlara
iqtisadi-maliyyə işi üzrə kapitalın yerləşdirilməsi və s. üzrə məsləhətlər verib, buna görə
haqq ala bilərlər.
Banklar əmtəə mübadiləsi ilə yanaşı, daşınma, saxlama və satış əməliyyatlarını da
kreditləşdirirlər. Sənaye istehsalının inkişafı nəticəsində istehsal tsiklinin qısamüddətli
kreditləşdirilməsi əməliyyatları bankların əsas əməliyyatlarına
çevrilir, (dövriyyə
kapitalının yerinin doldurulmasına, xammal və hazır məhsul ehtiyatlarının
yaradılmasına, əmək haqlarının ödənilməsinə və s. verilən ssudalar). Bankların yerinə
yetirdikləri əməliyyatlar sferasının genişlənməsi və kreditlərin müddətinin uzadılması
Dostları ilə paylaş: