Mövzu 7. PUL-KREDIT
SIYASƏTININ ƏSAS METODLARI
1.
Mərkəzləşdirilmiş
kredit
əməliyyatları
üzrə
faiz
dərəcələrinin
müəyyənləşdirilməsi;
2.
Məcburi ehtiyat normalarının müəyyənləşdirilməsi;
3.
Sərbəst bazarda qiymətli kağızlarla bank əməliyyatlarının aparılması;
4.
Kredit təşkilatlarına mərkəzləşdirilmiş kreditlərin verilməsi;
5.
Valyuta müdaxiləsi və mübadilə məzənnələri siyasətinin həyata keçirilməsi;
6.
Bank əməliyyatlarının məhdudlaşdırılması.
MƏRKƏZI BANKIN KREDIT TƏŞKILATLARI ILƏ
MÜNASIBƏTLƏRI
1. Mərkəzi Bank bank əməliyyatları aparılması üçün kredit təşkilatlarına
lisenziyalar verməkdə və onları almaqda müstəsna hüquqa malikdir. Bank əməliyyatları
aparılması üçün lisenziyalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilir;
2. Mərkəzi Bank kredit təşkilatlarına verilmiş lisenziyaların qeydiyyatını aparır;
3. Mərkəzi Bank kredit təşkilatlarının qiymətli kağızlar emissiyasını qeydə alır;
4. Mərkəzi
Bank bank qanunvericiliyinə, Mərkəzi Bankın normativ aktlarına və
göstərişlərinə kredit təşkilatları tərəfindən riayət olunmasına daim nəzarət edir. Bank işi
üzrə müvafiq normativ aktlar qəbul edir, kredit təşkilatları
üçün məcburi normativlər
müəyyənləşdirir.
Kredit təşkilatlarında ildə bir dəfə, zəruri olduqda əlavə yoxlama və təftiş aparır,
onların fəaliyyəti ilə əlaqədar zəruri sənədləri alır, həmin sənədlər üzrə izahat tələb edir.
KOMMERSIYA BANKLARI VƏ ONLARIN HƏYATA
KEÇIRDIKLƏRI
ƏMƏLIYYATLAR
KitabYurdu.az
93
«Kommersiya bankı» termini bank işi inkişafının ilkin mərhələsində meydana
gəlmişdir. O zaman banklar əsasən ticarət və əmtəə mübadiləsi əməliyyatları üzrə
yaranan ödənişlərə xidmət edirdilər. Bankların əsas müştəriləri kimi tacirlər çıxış
edirdilər (kommersiya, yəni ticarət bankı adı məhz buradan götürülmüşdür).
Dünya bank sistemində ikinci pilləli banklar kimi kommersiya bankları
mühüm
yer tutur. Əgər mərkəzi banklar bankların bankı olaraq banklara və hökumətə xidmət
edirsə, kommersiya bankları bilavasitə
müştərilərə xidmət edir, onlarla işləyir.
Kommersiya banklarının başlıca fərqi pul emissiyası hüquqlarının olmamasıdır.
Kommersiya bankları əsasən iki növə bölünür: universal banklar və ixtisaslaşdırılmış
banklar. Universal banklar adətən bütün bank xidmətlərini yerinə yetirmək hüququna
malikdir.
Universal kommersiya bankları dünya miqyasında müştərilərinə 200-ə yaxın bank
xidməti yerinə yetirir. Ixtisaslaşdırılmış banklar bu çoxsaylı bank xidmətlərinin biri və
ya bir qrupu üzrə fəaliyyətini qurur.
Ixtisaslaşdırılmış banklara investisiya bankları, ipoteka bankları, kredit
kooperativləri və s. daxildir.
Kommersiya bankları milli iqtisadiyyatda maliyyə vasitəçiləri kimi böyük rol
oynayırlar. Onlar sərbəst qalan pulları dövriyyəyə cəlb edir və onları məhz ehtiyacı olan
şəxslərə və ya müəssisələrə verir (kredit kimi). Bununla da onlar çox vacib bir vəzifəni
icra edir, həmçinin müştərilər arasında hesablaşmaları icra edir və bununla da vasitəçi
kimi xidmət göstərirlər.
Ümumiyyətlə, kommersiya banklarının xidmət dairəsi çox genişdir və bu inkişaf
etmiş ölkələrdə getdikcə artır. Hər bir bank rəqabətə tab gətirmək üçün öz müştərilərinə
daha çox və daha yüksək keyfiyyətli xidmət göstərmək istəyir. Hazırda bankların
müştərilərinə göstərdiyi xidmətləri bir neçə iri qruplara bölmək olar:
1. Kassa-hesablaşma xidməti. Bu xidmət növü hər
şeydən əvvəl müştərilərə
(hökumət, bələdiyyələr, müəssisələr) qeyri-nağd
hesablaşma xidmətindən, onlardan
Dostları ilə paylaş: