MƏRKƏZI
BANKIN ƏSAS VƏZIFƏLƏRI
1.
Manatın sabitliyini təmin etmək, onun alıcılıq qabiliyyətini
və xarici valyutaya
nisbətən məzənnəsini tənzimləmək üçün tədbirlər görür;
2.
Pul-kredit
siyasətinin
başlıca
istiqamətlərini
hazırlayıb
Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
3.
Nağd pulun emissiyasını həyata keçirir və tədavülünü təşkil edir,
ödəmə
sisteminin sabit işləməsi üçün şərait yaradır;
4.
Dövlət büdcəsinin kassa icrasını həyata keçirir;
5.
Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə müvafiq surətdə
dövlət borcuna xidmət edir;
6.
Azərbaycan Respublikasının proqnoz-tədiyə balansının hazırlanmasında
iştirak
edir və hesabat-tədiyə balansının tərtibinə rəhbərlik edir.
7.
Mərkəzi Bankın Idarə Heyətindən və başqa struktur bölmələrindən ibarətdir.
Idarə Heyətinin tərkibində 7 nəfər, o cümlədən Mərkəzi Bankın sədri, onun
müavinləri və 2 kənar üzv daxildir. Mərkəzi Bankın idarə heyəti üzvlərini Azərbaycan
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi 5 il
müddətinə müəyyən edir.
Mərkəzi Bankın Idarə Heyətinin sədrini Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Mərkəzi Bankın
Idarə Heyəti üzvləri sırasından Azərbaycan Respublikasının Prezidenti 5 il müddətinə
vəzifəyə təyin edir. Idarə Heyətinin sədr və üzvləri vəzifədən eyni qaydada azad edilir.
Mərkəzi Bankın nizamnamə kapitalının minimum məbləği 3 mln. manatdır.
Mərkəzi
Bankın nizamnamə kapitalı onun mənfəətindən ayırmalar hesabına artırıla bilər.
KitabYurdu.az
90
MƏRKƏZI BANKIN IDARƏ HEYƏTININ SƏLAHIYYƏTLƏRI
1.
Pul-kredit siyasətinin başlıca istiqamətlərini hazırlayır;
2.
Mübadilə məzənnələri siyasətini və manatın başqa
valyutalarla mübadiləsi
məzənnəsinin təyin olunması qaydasını müəyyənləşdirir;
3.
Mərkəzi Bankın illik hesabatını hazırlayır və təqdim edir;
4.
Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər üzrə normativ aktları və digər
məcburi göstərişləri təsdiq edir;
5.Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının
Milli
Məclisinə göndərilən məruzə və təklifləri təsdiq edir;
6.Mərkəzi Bankın dövlət orqanlarına verdiyi bütün kreditləri təsdiq edir;
7. Mərkəzi Bankın strukturu və daxili nizam qaydalarını müəyyənləşdirir;
8.Mərkəzi Bankın struktur bölmələri haqqında əsasnamələri təsdiq edir;
9.Mərkəzi Bankın nomenklaturasına daxil olan vəzifələri müəyyənləşdirir. Həmin
vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;
10. Mərkəzi Bankın ərazi idarələri və nümayəndəliklərini təşkil edir və onların
fəaliyyətinə xitam verir;
11. Mərkəzi Bankın Idarə Heyəti sədrinin,
onun müavinlərinin, Idarə Heyəti
üzvlərinin, Milli Bankın başqa əməkdaşlarının əməyinin ödənilməsi formalarını
və miqdarını müəyyənləşdirir;
12. Bank əməliyyatlarının aparılması üçün lisenziyaların
verilməsi və geri
alınması barədə qərar qəbul edir;
13.Qüvvədə olan Qanunvericiliyə müvafiq surətdə Azərbaycan Respublikasının
bank sistemində xarici kapitalın iştirakı şərtlərini müəyyənləşdirir və s.
MƏRKƏZI BANKIN IDARƏ HEYƏTI SƏDRININ SƏLAHIYYƏTLƏRI
1. Mərkəzi Bankın Idarə Heyətinin sədri Mərkəzi Bankın
icra strukturunun
başçısıdır, onun cari fəaliyyəti üçün cavabdehdir;
Dostları ilə paylaş: