təsiri altında formalaşmışdır. SSRI dağıldıqdan sonra respublikamızda
yeni ikipilləli
müstəqil bank sistemi yaranmışdır.
1.
Mərkəzi Bank:
2.Kommersiya bankları:
2.1. Dövlət sərmayəli kommersiya bankları;
2.2. Özəl sərmayəli kommersiya bankları;
2.3. Xarici sərmayəli kommersiya bankları;
3.Ixtisaslaşdırılmış banklar:
3.1. Investisiya bankları;
3.2. Kredit-əmanət evləri;
3.3. Ipoteka bankları;
3.4. Kredit-kooperativ cəmiyyətləri.
4. Ixtisaslaşdırılmış maliyyə-kredit qurumları:
4.1.Lizinq şirkətləri;
4.2 Faktorinq şirkətləri;
4.3. Lombardlar;
4.4. Sığorta şirkətləri;
4.5. Investisiya fondları;
4.6. Pensiya fondları;
4.7. Maliyyə şirkətləri;
4.8. Poçt-əmanət müəssisələri.
Kredit sistemində Mərkəzi Bank aparıcı yer tutur. Mərkəzi Bank ölkədə pul-
kredit sistemini təşkil və idarə edir. Bazar iqtisadiyyatı şəraitində mərkəzi bankların rolu
olduqca böyükdür. Mərkəzi bankların siyasəti nəticəsində
bir neçə gün ərzində
qiymətləri həm dəfələrlə qaldırmaq, həm sabit saxlamaq, həm də milli valyutanın
kurslarını əhəmiyyətli dərcədə dəyişmək olar. Ona görə
də mərkəzi banklar hər il
ölkədə diqqət mərkəzindədir. Onlar hər yerdə dövlətin göstərişi ilə idarə olunur.
KitabYurdu.az
88
Azərbaycan Respublikasının kredit sistemi Mərkəzi Bankdan və ölkənin kredit
təşkilatlarından ibarətdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan
Respublikası Prezidentinin 2 fevral 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRI Dövlət
Bankı, Sənaye-Tikinti Bankı və Aqrar-Sənaye Bankı
Azərbaycan Respublika
banklarının bazası əsasında yaradılmışdır. 7 avqust 1992-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında»
və «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında»
qəbul edilmiş
qanunların qüvvəyə minməsi ilə əlaqədar Aqrar-Sənaye Bankı və Sənaye Investisiya
Bankı Milli Bankın tərkibindən çıxarılaraq Respublika
Səhmdar-Kommersiya
banklarına çevrilmişdir. 2004-cü ildə «Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında» və «Banklar haqqında» yeni qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının mərkəzi
bankıdır, onun vəzifə, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının
Konstitusiyası ilə «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Qanunda (10
iyun 1996-cı il tarixli) müəyyənləşdirilir. Mərkəzi Bank dövlət mülkiyyətindədir, onun
nizamnamə kapitalı və digər əmlakı başqasına verilə bilməz.
Mərkəzi Bankın əsas funksiyaları aşağıdakılardan ibarətdir:
1.
Pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyaəsti yeridir;
2.
Hesablaşmaların aparılması və ödəmə sisteminin
sabit işləməsi üçün şərait
yaradır;
3.
Qiymətli kağızlar bazasında, habelə xarici valyutanın alqı-satqısı sahəsində
əməliyyatlar aparır;
4.
Bank sistemini inkişaf etdirmək və möhkəmləndirmək
üçün zəruri tədbirlər
görür;
5.
Valyuta tənzimlənməsini həyata keçirir, xarici dövlətlərlə hesablaşmaların
aparılması qaydasını müəyyənləşdirir və xarici valyuta ehtiyatlarını idarə edir.
6.
Bank fəaliyyəti sahəsində normativ aktları qəbul edir;
7.
Qanunvericilikdə nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.
Dostları ilə paylaş: