Azərbaycan Respublikasının kredit sistemi Mərkəzi Bankdan və ölkənin kredit
təşkilatlarından ibarətdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan
Respublikası Prezidentinin 2 fevral 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRI Dövlət
Bankı, Sənaye-Tikinti Bankı və Aqrar-Sənaye Bankı Azərbaycan Respublika
banklarının bazası əsasında yaradılmışdır. 7 avqust 1992-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında»
və «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» qəbul edilmiş
qanunların qüvvəyə minməsi ilə əlaqədar Aqrar-Sənaye Bankı və Sənaye Investisiya
Bankı Milli Bankın tərkibindən çıxarılaraq Respublika Səhmdar-Kommersiya
banklarına çevrilmişdir. 2004-cü ildə «Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında» və «Banklar haqqında» yeni qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının mərkəzi
bankıdır, onun vəzifə, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının
Konstitusiyası ilə «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Qanunda (10
iyun 1996-cı il tarixli) müəyyənləşdirilir. Mərkəzi Bank dövlət mülkiyyətindədir, onun
nizamnamə kapitalı və digər əmlakı başqasına verilə bilməz.
Mərkəzi Bankın əsas funksiyaları aşağıdakılardan ibarətdir:
1.
Pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyaəsti yeridir;
2.
Hesablaşmaların aparılması və ödəmə sisteminin sabit işləməsi üçün şərait
yaradır;
3.
Qiymətli kağızlar bazasında, habelə xarici valyutanın alqı-satqısı sahəsində
əməliyyatlar aparır;
4.
Bank sistemini inkişaf etdirmək və möhkəmləndirmək üçün zəruri tədbirlər
görür;
5.
Valyuta tənzimlənməsini həyata keçirir, xarici dövlətlərlə hesablaşmaların
aparılması qaydasını müəyyənləşdirir və xarici valyuta ehtiyatlarını idarə edir.
6.
Bank fəaliyyəti sahəsində normativ aktları qəbul edir;
7.
Qanunvericilikdə nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.
Dostları ilə paylaş: