xərclərini azalda bilərlər. Məsələn, maliyyə vasitəçiləri hər hansı bir daşınmaz əmlakı
qiymətləndirmək və sonradan dəyə biləcək risq məbləğini
azaltmaq üçün ssuda
əməliyatlarına peşəkar qiymətçiləri və kredit ekspertlərini cəlb edir.
Digər maliyyə-kredit qurumlarından biri sığorta şirkəti və pensiya fondlarıdır.
Sığorta şirkətləri və pensiya fondlarının fəaliyyəti bankların,
ssuda-əməliyyat
institutlarının və qarşılıqlı fondların işindən fərqlənir. Ancaq bu saydıqlarımızı ümumi
cəhət birləşdirir – onlar öz müştərilərinin aktivlərə və passivlərə olan ehtiyaclarını
ödəyirlər. Sığorta şirkətləri və pensiya fondları müəyyən
miqdarda pul gətirən
investisiya formasında borc öhdəliklərini buraxırlar ki, onların müştəriləri də toplanan
vəsaitlərdən gələcəkdə hər hansı gözlənilməz xərclərin örtülməsində istifadə edirlər.
Həyat sığortası vaxtından qabaq ölüm halları üçün nəzərdə tutulmuşdur.
Pensiya
fondları pensiyaya çıxdıqdan sonra öz müştərilərini vəsaitlə təmin edirlər.
Azərbaycanda bank olmayan kredit təşkilatları hələ XIX əsrin axırlarından XX
əvvəllərindən mövcud olmuşdur. Bu təşkilatlara qarşılıqlı
kredit cəmiyyətlərini, xırda
kredit yoldaşlıqlarını, ssuda-əmanət kassalarını və lombardları göstərmək olar.
Azərbaycan kredit sisteminə daxil olan bu müəssisələr
əsasən qəzalarda fəaliyyət
göstərirdilər. Ümumiyyətlə 1920-ci ilə qədər Azərbaycanda 135 xırda
kredit
müəssisələri mövcud idi. Sovet hakimiyyəti illərində Azərbaycan
SSR-də demək olar
ki, bank olmayan kredit müəssisəsi mövcud olmamışdır.
KitabYurdu.az
99
MÖVZU 8
MALIYYƏNIN MAHIYYƏTI VƏ FUNKSIYALARI
1.
Maliyyənin mahiyyəti.
2.
Maliyyə münasibətlərinin istiqamətləri.
3.
Maliyyənin funksiyaları və zəruriliyi.
4.
Bazar iqtisadiyyatı şəraitində maliyyənin rolu.
5.
Iqtisadiyyatın maliyyə vasitələrindən
istifadə edilməklə
tənzimlənməsi.
Dostları ilə paylaş: