Maliyyənin zəruriliyi dövlətin və müəssisələrin ümumi daxili məhsulun və milli
gəlirin bölüşdürülməsinə olan tələbatı ilə əlaqədardır. Bölgü kateqoriyası olan
maliyyəsiz ümumi məhsulun bölgüsünü təşkil etmək mümkün deyildir. Bölgünü təşkil
etmək üçün isə dövlət və müəssisələrin pul fondlarının yığımını təmin etmək lazımdır.
Dövlətə maliyyə munasibətlərindən istifadə etməklə xarici
ölkələrlə geniş iqtisadi
əlaqələr yaratmaq lazımdır. Müəssisələr isə maliyyə münasibətlərindən istifadə etməklə
əmək məhsullarının mübadiləsini həyata keçirirlər.
Beləliklə, maliyyə münasibətləri praktiki olaraq cəmiyyətin iqtisadi həyatının
bütün tərəflərini əhatə edir. Maliyyə münasibətləri cəmiyyətin istehsal münasibətlərinin
təzahürünün başlıca formalarından biridir.
Eyni zamanda,
maliyyə istehsal
münasibətlərindəki və təsərrüfat əlaqələri sistemindəki dəyişikliklərə fəal təsir göstərir.
Istehsalın səmərəliliyinin yüksəldilməsi xeyli dərəcədə
maliyyə münasibələrinin
təkmilləşdirilməsindən asılıdır.
BAZAR
IQTISADIYYATI ŞƏRAITINDƏ
MALIYYƏNIN ROLU
Bazar iqtisadiyyatı şəraitində maliyyənin rolu artır.
Bazar iqtisadiyyatı əsasən,
maliyyə və banklar üzərində qurulur. Buna görə
də maliyyə münasibətləri də
təkmilləşdirilməlidir. Bazar iqtisadiyyatı şəraitində maliyyə
münasibətlərinin əsas
istiqamətləri aşağıdakılardır:
1. Maliyyə münasibətlərinin təşkilində ərazi idarəçilik orqanlarının
müəssisə və
təşkilatlarının hüquqları genişlənir, maliyyə ehtiyatlarının yaradılması və istifadəsi üzrə
strateji və səmərəli istiqamətlərin seçilməsində onların tam müstəqilliyi təmin edilir;
2. Maliyyə, qiymətli kağızlar, kredit, sərmayə və pul bazarlarının
təşkili və
azadlığı, onların infrastrukturunun yaradılması;
3. Maliyyə münasibətləri sahəsində mülkiyyətin müxtəlif formalarının
tətbiqinin
təmin edilməsi;
Dostları ilə paylaş: