proporsiya və disproporsiyaların, dövlət büdcəsinin icrasının necə təşəkkül tapdığını əks
etdirir.
Maliyyənin bölgü və nəzarət funksiyaları təsərrüfat
mexanizminin tərkib hissəsi
olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır.
Maliyyə mexanizmi – maliyyə münasibətlərinin idarə edilməsi üsullarının
məcmusudur.
Maliyyə mexanizmi özünə – dövlətdə maliyyə münasibətləri formalarını,
mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması və
istifadəsi qaydalarını, maliyyə planlaşdırması metodlarını,
maliyyənin idarə edilməsi
formalarını və maliyyə qanunvericiliyini daxil edir.
MALIYYƏNIN
MAHIYYƏTI
Bazarın formalaşması və inkişafı şəraitində maliyyənin zəruriliyi durmadan artır.
Maliyyə tarixi xarakter daşıyır. Əmtəə-pul münasibətləri və dövlətin meydana gəlməsi
ilə əlaqədar olaraq maliyyə münasibətləri XIII-XV əsrlərdə Italiyada, onun Florensiya,
Venetsiya, Genuya kimi iri sənədlərində istifadə olunmağa başlamışdır.
Maliyyənin zəruriliyini aşağıdakı səbəblərlə izah etmək olar:
1.
Əmtəə-pul münasibətlərinin mövcüdluğu və dəyər qanununun fəaliyyəti.
Təsərrüfat subyektlərinin məhsullarının, əmtəə və xidmətlərin reallaşdırılması
alqı və satqı yolu ilə həyata keçirilir. Maliyyə pul olmasa mövcud ola bilməz.
Maliyyənin obyektiv zəruriliyi ictimai istehsalın tələbatından irəli gəlir;
2.
Maliyyəsiz geniş əsasda istehsal fondlarının, iqtisadiyyatın
sahə və ərazi
strukturunu təmin etmək, istehsalın inkişafını stimullaşdırmaq mümkün deyildir;
3.
Dövlətin mövcudluğu. F.Engels göstərmişdir ki, dövlətin funksiyalarının
həyata
keçirilməsinin maddi əsası kimi vergilər meydana gəlmişdir.
Dövlət təsərrüfat-
təşkilat və mədəni-tərbiyə funksiyalarını daşıdığına görə, o, pul fondları
formasında müvafiq maliyyə resurslarına malik olmalıdır.
Dostları ilə paylaş: