5.
Müəssisə tərəfindən maliyyə resurslarının cəlb edilməsinin bazar
mexanizmlərindən (kommersiya krediti, büdcə krediti, qiymətli kağızların
buraxılması və s.) istifadə edilməsi;
Müəssisənin maliyyə siyasətinin hazırlanması müəssisənin maliyyə siyasətinin
işlənib hazırlanması üzrə Iqtisadi Inkişaf Nazirliyinin təsdiq etdiyi metodiki tövsiyələrə
əsasən həyata keçirilir. Bu sahədə əsasən müəssisənin maliyyə siyasətinin
hazırlanmasının əsas istiqamətlərinə aiddir:
1.
Maliyyə-iqtisadi vəziyyətin təhlili;
2.
Uçot siyasətinin hazırlanması;
3.
Kredit siyasətinin hazırlanması;
4.
Dövriyyə vəsaitinin, kreditor və debitor borclarının idarə edilməsi;
5.
Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi;
6.
Divident siyasəti;
7.
Maliyyənin idarə edilməsi.
Maliyə-iqtisadi vəziyyətin təhlili maliyyə siysətinin işlənib-hazırlanmasının
əsasını təşkil edir. Burada nəinki maliyyə təhlilinin metoduna, habelə əldə edilmiş
nəticənin təhlilinə və idarəetmə qərarlarının işlənib hazırlanmasına diqqət yetirilir.
Müəssisənin fəaliyyətinin maliyyə-iqtisadi təhlilinin əsas komponentləri
mühasibat balansının üfiqi, şaquli və trend təhlili və maliyyə əmsallarının
hesablanmasıdır. Mühasibat hesabatlarının təhlili müəssisənin əmlakının tərkibini,
maliyyə vəziyyətini, xüsusilə vəsaitlərin formalaşması mənbələrini, borc vəsaitinin
miqdarını, məhsul (əmtəə, iş və xidmət) satışından əldə edilən satış pulunun həcminin
qiymətləndirilməsini müəyyən etmək məqsədilə onda göstərilən mütləq göstəricilərin
öyrənilməsi deməkdir. Hesabatların faktiki göstəriciləri müəssisələrin planlaşdırdığı
göstəricilərlə müqayisə edilir.
Üfiqi təhlil ilin axırına mühasibat hesabatının göstəricilərini ilin əvəlinə və
keçmiş dövrə olan göstəricilərlə müqayisəsindən ibarətdir. Şaquli təhlil balansın ayrı-
ayrı maddələrinin ümumi yekun göstəricilərində xüsusi çəkisini müəyyən etmək və
Dostları ilə paylaş: