Elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə etməklə maliyyə
münasibətlərinin tənzimlənməsi
Fiskal siyasət – dövlətin vergiqoymada və dövlət xərcləri sahəsində həyata
keçirdiyi siyasəti olub, dövlət xəzinəsinin doldurulmasına
yönəldilmiş maliyyə
siyasətinin bir hissəsidir. Bu siyasətin hazırlanmasına tələbat dövlət maliyyəsinin stabil
iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayaraq XX əsrin ikinci yarısında
xüsusilə güclənməyə başlamışdır. Maliyyə tənzimlənməsinin üsulu kimi fiskal siyasət
vergiyə cəlbetmə və dövlət xərcləri (büdcə xərcləri) kimi qüdrətli alətlərin yardımı ilə
həyata keçirilir.
Qeyd etmək lazımdır ki, maliyyə siyasəti yuxarıda şərh edilən prinsiplərlə
məhdudlaşmır. Maliyyə münasibətləri dinamik inkişaf edən bir sistemdir. Onun
fəaliyyət göstərməsi üçün aşağıdakıların mühüm əhəmiyyəti vardır:
– istehsalın maliyyə tənzimlənməsi və stimullaşdırılması;
– elmi-texniki tərəqqinin maliyyələşdirilməsi;
– ictimai istehsalın sığorta təminatı.
Dövlət maliyə tənzimlənməsi alətləri
içərisində əsas rol vergilərə, gömrük
rüsumlarına və tariflərə məxsusdur. Onların köməyi ilə müəssisənin rentabellik siyasəti
və pul yığımlarının həcmi tənzimlənir. Vergi güzəştləri sistemi üstün sahələrin sürətli
inkişafına və əsas fondların təzələnməsinə səbəb olur.
DÖVLƏTIN
MALIYYƏ SIYASƏTI
1990-cı ilədək Sovet Ittifaqının maliyyə siyasəti K.Marksın və V.I.Leninin nəzəri
müddəalarının təsiri altında formalaşmışdır. Sosialist dövlətinin mahiyyəti haqqında
marksist-leninçi nəzəriyyəsində dövlətin maliyyə siyasətinin başlıca prinsipi – maliyyə
resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.
KitabYurdu.az
114
O dövrdə SSRI-nin iqtisadiyyatının inkişafı üçün üç əsas ümumdövlət pul fondu
yaradılmışdı. Maliyyə resurslarının əsas hissəsi ümumdövlət maliyyə fondunda dövlət
büdcəsində mərmkəzləşdirilmişdi. Büdcəyə vəsaitlərin daxil olmasının başlıca mənbəyi
isə vergilər idi.
Əhəmiyyətinə görə ikinci ümumdövlət pul vəsaiti fondu dövlət əmlak və şəxsi
sığorta idi. Sığorta fondu sığorta etdirənlərin məcburi və könüllü haqları hesabına
formalaşırdı.
Üçüncü ümumdövlət fondu dövlət sosial sığorta fondu idi. O,
müəssisələrin,
təşkilatların və muzdlu işçi qüvvəsindən istifadə edən şəxslərin haqları hesabına
formalaşırdı.
Büdcə gəlirlərinin tərkibində xüsusi çəki etibarilə ikinci yeri mənfəətdən ayırma
tütürdü. Mənfəətin bölgüsündə onun 28%-i müəssisənin sərəncamında qalırdı.
Mənfəətin 72 %-i büdcəyə köçürülürdü. Bunun da nəticəsində vergi ödəyicisinin
maliyyə vəziyyəti pisləşirdi.
Sovet Ittifaqının dağılması respublikalar, xüsusilə Azərbaycan üçün gözlənilməz
və birdən-birə baş verdi. Ittifaqın dağıldığı gün respublikanın iqtisadiyyatı da tamam
dağıldı. Respublika iqtisadiyyatının qəflətən dağılması
və belə vəziyyətdə yeni bir
ictimai quruluşun yaranması, buna heç cür hazır olmamaq respublikanı bir daha ağır
iqtisadi böhran məngənəsinə sürüklədi. Dövlət büdcəsi ilbəil kəsirli olmaqda davam
edirdi. Belə vəziyyətdə iqtisadiyyatı xilas etmək üçün tamamilə yeni məzmunlu və
çevik formalı əsaslı islahatların aparılması zəruri idi.
90-cı illərin ortalarında dövlət əmlakının özəlləşdirilməsi prosesinin başlanması,
vergi sistemində islahatların aparılması, ölkə iqtisdiyyatına xarici investisiyaların cəlb
edilməsi və onların qorunmasına təminat verilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli
şəraitin yaradılması və bu kimi tədbirlərin həyata keçirilməsi
nəticəsində ölkə
iqtisadiyyatında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bütün sahələrində dirçəliş
özünü büruzə verdi. Böhran vəziyyətini aradan qaldırmaq və iqtisadiyyatı yüksəltmək
üçün özəlləşdirmənin hazırlanması və tədricən həyata keçirilməsi lazım idi. Məlumdur
Dostları ilə paylaş: