4. Üçüncü mərhələ ayrı-ayrı maliyyə göstəricilərinin hesablanmasından
ibarətdir. Bu mərhələdə başlıca məqsəd keçmiş dövrün inkişaf xüsusiyyətlərinin təhlili,
planlaşdırılan dövrün inkişaf xüsusiyyətləri nəzərə alınaraq,
gəlir və xərclərin hər bir
növü üzrə hesablama aparılmasıdır. Buraya mənfəət, amortizasiya ayırmaları,
əlavə
dəyər və aksiz vergiləri, kapital qoyuluşdarı, fondlar və s. daxildir;
5. Bu göstəricilər müəyyənləşdirildikdən sonra, onlar hamısı toplanır və
maliyyə
planı formasında tərtib edilir. Maliyyə planının gəlir və xərcləri balanslaşdırılmalıdır,
yəni xərclər gəlirlərə bərabər olmalıdır.
MALIYYƏ PLANLAŞDIRILMASININ METODLARI
VƏ
PRINSIPLƏRI
Maliyyə planlaşdırılmasının da bir elm sahəsi kimi öz obyektinin öyrənilməsinə
yönəlmiş metodları var. Maliyyə planının tərtib edilməsi müxtəlif istiqamətli metodlar
vasitəsilə həyata keçirilir. Bu metodlardan əmsal, normativ və balans metodlarını
göstərmək olar.
Əmsal metodu
. Maliyyə göstəricilərinin müəyyən əmsalla müəyyən edilməsindən
ibarətdir. Məsələn, əgər müəssisənin maliyyə planını tətrib ediriksə, keçmiş dövr üçün
göstəricinin artım dinamiasını müəyyən edir və orta illik artıma
uyğun olaraq plan
ilindəki göstəriciləri yeni maliyyə ili üçün planlaşdırırıq.
Normativ metodu
. Normativ metodunun mahiyyəti ondan ibarətdir ki, maliyyə
göstəriciləri müəyyən olunmuş normativlərə uyğun olaraq hesablanır. Hazırda vergi
normativləri, amortizasiya normaları və s. kimi göstəricilərdən geniş istifadə olunur.
Balans metodu
. Bu metod maliyyə planının bütün bölmələrinin tarazlaşdırılması
üçulu ilə maliyyə planlarının tərkibini əks etdirir.
MALIYYƏ
PLANLARI SISTEMI
Müxtəlif istiqamətlərdə və xarakterdə maliyyə planları tərtib edilir. Maliyyə
planları sahəvi və regional xarakter daşıyır. Sahəvi planlar milli iqtisadiyyatın ayrı-ayrı
Dostları ilə paylaş: