mənbəyi, onun istifadə istiqamətləri, təşkilatın bütöv şəbəkəsi göstərilir. Təsərrüfat
hesabı əsasında işləyən qeyri-istehsal müəssisələrində maliyyə planı istehsal
müəssisələrindəki kimi tərtib olunur və gəlir xərc bölmələrindən ibarətdir. Burada
təsərrüfat hesabı əsasında işləyən səhiyyə, maarif, bədən tərbiyəsi, bank, maliyyə,
sığorta, kredit, müəssisə və şirkətlərinin maliyyə planları daxildir.
Bütün maliyyə planları arasında sıx əlaqə vardır. Bu əlaqələr həm gəlirlərin
toplanması, həm də xərclərin istifadə istiqamətlərinin müəyyənləşdiriməsi prosesində
meydana çıxır. Həmin əlaqələrin mərkəzində dövlət büdcəsi durur. Çünki büdcə bütün
maliyyə planları arasında çox mühüm əlaqə yaradır.
TƏDIYƏ BALANSI
Tədiyə balansı respublikamız müstəqillik əldə etdikdən sonra tərtib olunmağa
başlanmışdır. Müstəqilliyə qədər o, SSRI üzrə tərtib olunmuşdur. Ölkələrin xarici-
iqtisadi
əlaqələrinin, daha doğrusu iqtisadi əməliyyatların miqyasının və
qiymətləndirilməsinin ilk dəfə uçota alınması cəhdi XIV əsrin ortalarında olmuşdur. Bu
ilk növbədə Ingiltərədə erkən merkantilizm (himayədarlıq) siyasətinə iqtisadi baxışla
əlaqədar idi. «Tədiyə balansı» anlayışını iqtisadiyyat elminə ilk dəfə 1767-ci ildə C.
Styuard gətirmişdir. Bu balansı həm ödəmə, yaxud ödəniş balansı, həm də valyuta
balansı adlandırırlar. Azərbaycan dilində bu anlayış «tədiyə balansı» kimi qəbul
edilmişdir. Beynəlxalq hesablaşmaların aparılması dövlətin rolunu durmadan
genişləndirirdi. Bu rolun həyata keçirilməsi ilə əlaqədar olaraq xəzinədarlıq, büdcə,
kredit orqanları, gömrük və başqa dövlət idarəetmə sistemi yarandı. XX əsrin
başlanğıcında tədiyə balansının tərtibinin daha mükəmməl metodları ABŞ və
Ingiltərədə tərtib olundu. Ilk dəfə tədiyə balansı rəsmi olaraq 1922-ci ildəki
göstəricilərinə görə 1923-cü ildə ABŞ-da tərtib olunaraq nəşr edildi. Ilkin nəşr rəsmi
xarakter daşımamışdır, çünki bu balans ayrı-ayrı tədqiqatçıların işləri idi.
1923-cü ildə ABŞ-da nəşr edilmiş tədiyə balansı əsas etibarilə 3 bölmə üzrə
qruplaşdırıldı: cari əməliyyatlar, kapitalların hərəkəti, qızıl və gümüşlə əməliyyatlar.
Dostları ilə paylaş: