Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə101/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
129


də ixracatın ümumi həcminin idxalatdan çox olması və bu nisbətin getdikcə artan 
sürətlə inkişaf etməsidir. Bu göstərici ilk növbədə, ölkənin valyuta mövqeyinə çox 
müsbət təsr göstərir və çox zaman milli valyuta dəyərinin artmasına səbəb olur. 
Qeyri-kommersiya və xidmət bölmələri balansı.
Bu balansa nəqliyyat, telefon, 
teleqraf və poçt ödəmələri üzrə müxtəlif kommision və maliyyə əməliyyatları, turizm, 
diplomatik və ticarət nümayəndəliklərinin saxlanması, istehlak köçürmələri, ölkədə olan 
xarici fəhlələrə əmək haqqı, vərəsə, hərbi xərclər və s. üzrə daxilolmalar və ödəmələr 
daxildir. Xaricdəki investisiyalar və həmçinin beynəlxalq kreditlər üzrə faizlərin 
ödənilməsi də tədiyə balansının bu bölməsində əks etdirilir. 
Kreditlərin və sərmayələrin hərəkəti balansı. 
Bu balans ölkəyə daxil olan və 
çıxarılan dövlət və şəxsi sərmayələrin, həmçinin verilmiş və alınmış beynəlxalq 
kreditlərin nisbətində ifadə olunur. Iqtisadi münasibətlərin inkişafı ilə əlaqədar olaraq 
tədiyə balansında bu bölmənin həcmi və rolu genişlənməkdədir. 
Tədiyə balansına təsir edən bir sıra amillər var. Bu amillər dolayı yolla milli 
valyuta və pul dövriyyəsinə çox böyük təsir göstərir. Bu amillər aşağıdakılardan 
ibarətdir: 
1.
Ölkənin iqtisadi və siyasi inkişafının qeyri-bərabərliyi; 
2.
Dövri olaraq iqtisdiyyatın inkişafının tərəddüdü və ya sürətin artıb-azalması; 
3.
Ölkədaxili dövlət xərclərinin artması; 
4.
Iqtisadiyyatın hərbiləşdirilməsi və sürətlə silahlanma; 
5.
Kapitalların hərəkətinin miqyasının və əhəmiyyətinin artması; 
6.
Beynəlxalq ticarətdə baş verən dəyişikliklər; 
7.
Valyuta-maliyyə amilləri; 
8.
Inflyasiya. 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra sərbəst olaraq 
beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulur və xarici iqtisadi əlaqələrini 
genişləndirir. Azərbaycanın xammal ehtiyatları xarici kapitalı cəlb edir. Tədiyə 
balansının sektorlara ayrılmaqla təhlili göstərir ik, əvvəlki illərdə olduğu kimi sonrakı 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin