illərdə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft
sektoru isə mənfi saldoya malik olmuşdur. Neft-qaz sektoru
üzrə ümumi daxilolmalar
əsasən neftin ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu
sektora ödəmələr isə maşın, mexanizm və digər texnoloji avadanıqların idxalının və
əsas ixrac boru kəmərlərinin tikintisi ilə bağlı Türkiyə və Gürcüstan ərazisindəki işlərin
maliyyələşdiriməsinə sərf olunan vəsaitləri əks etdirir. Neft-qaz sektoru üzrə yaranmış
ümumi müsbət saldo iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatını
maliyyələşdirilməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin etmişdir.
Tədiyə balansının sabitliyi, cari xarici hesablaşmaların
vəziyyətinin necə
dəyişməsi ilə qiymətləndirilir. Bir ölkədəki vəziyyətin başqa ölkədəki vəziyyətdən
fərqlənməsinə
baxmayaraq, ümumiyyətlə demək olar ki,
xarici hesablaşmalar üzrə
tədiyə balansının vəziyyəti o zaman sabit hesab edilir ki, gözlənilən kapital axını
hesabına uzunmüddətli maliyyələşdirmələr təmin olunsun. Bu zaman iqtisadi artım
sabit qiymtələrlə müşayiət olunur və ölkə öz xarici borclarını
tam həcmdə ödəmək
imkanı qazanır.
Bütün bunlara görə də maliyyə proqramları perspektiv məqsədlərə uyğun olaraq
tərtib edilməlidir. Bir qayda olaraq maliyyə proqramlarının işlənməsi və ya
hesablanması üçün makro-iqtisadi hesabların iki kompleks sistem altında yazılması
lazımdır. Bu sistemlər hər maliyyə vəsaitlərinin axını baxımından, həm də ehtiyatların
dəyişməsi ilə əlaqədar olaraq gəlirləri və xərcləri xarakterizə edir.
Maliyyə proqnozlaşdırılması öncədən istehsal subyektinin inkişaf dinamikasının
təhlili yolu ilə maliyyə resurslarının həcminin və
istifadə istiqamətlərinin
yerləşdirilməsinin müəyyənləşdirilməsidir. Maliyyə proqnozları üç növə ayrılır:
1.
Qısamüddətli (bir il ərzində);
2.
Ortamüddətli (bir-üç ilə qədər);
3.
Uzunmüddətli (üç ildən çox müddətə).
Dostları ilə paylaş: