Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə107/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
136


Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyənləşdirilən qaydada və 
həcmdə üzvlər tərəfindən ödənilən daşınan və daşınmaz əmlakdan, habelə pul və 
qiymətlilərdən, əmlak hüquqlarından ibarət olan pay haqqıdır. 
Kommersiya təşkilatları səhmdar cəmiyyəti formasında, məhdud və ya əlavə 
məsuliyyətli cəmiyyət formasında yaradıla bilər. Nizamnamə kapitalı müəyyən sayda 
səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti adlanır. Səhmdarlar (səhmdar 
cəmiyyətinin iştirakçıları) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin 
fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub olan səhmlərin dəyərində risq daşıyırlar.
Səhmdar cəmiyyətləri açıq və qapalı ola bilərlər. 
Dövlət və bələdiyə müəssisələri – müəssisə mülkiyyət formasından asılı 
olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılan və 
ictimai tələbatın ödənilməsi və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən və 
satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat 
subyektidir. Dövlət müəssisəsi dövlət mülkiyyətinə əsaslanır və öz fəaliyyətini 
kommersiya hesabı əsasında aparır.
Qeyri-kommersiya təşkilatları – əsas məqsədi mənfəət götürmək olmayan və 
götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumlar qeyri-kommersiya 
təşkilatları adlanır.
Maliyyə sistemi – qarşılıqlı surətdə fəaliyyət göstərən və maliyyə fəaliyyətində 
bilavasitə iştirak edən, onun həyata keçirilməsinə yardım göstərən maliyyə qurumlarının 
– təşkilatlarının (təşkilat, idarə) məcmusundan ibarətdir. 
Dövlət maliyyəyə rəhbərliyi həyata keçirir, müvafiq səlahiyyət verilmiş 
qanunvericiliyi və icraedici orqanlar vasitəsilə maliyyə fəaliyyətini tənzimləyir və 
istiqamətləndirir. 
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq (maddə 18) ölkədə 
qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Azərbaycan Respublikasının 
Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikasının dövlət büdcəsini təsdiq edir və onun icrasına nəzarət edir. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin