Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə108/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
137


Azərbaycan Respublikası Konstitusiyasının müəyyən etdiyi öz səlahiyyətləri 
dairəsində büdcə, vergi, rüsumlar və s. haqqında qanunları qəbul edir.
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının 
Prezidentinə mənsubdur. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin 
həyata keçirilməsini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər 
Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
1.Azərbaycan 
Respublikasının 
Dövlət 
Büdcəsinin 
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; 
2. Azərbaycan Respublikasının Dövlət Büdcəsinin icrasını təmin edir; 
3. Dövlət Büdcəsinin icrası haqqında hesabatı Milli Məclisə təqdim edir; 
4. Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir və
dövlətin digər maliyyə məsələləri ilə məşğul olur. 
Azərbaycan Respublikasının hökuməti maliyyə məsələləri üzrə qərar və 
sərəncamlar verir. 
Yuxarıda göstərilən dövlət hakimiyyəti orqanlarından başqa maliyyə 
fəaliyyətində xüsusi orqanlar iştirak edir. Onları iki qrupa bölmək olar: 
1. Özünün əsas vəzifə və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar maliyyə 
fəaliyyəti həyata keçirən orqanlar (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 
Mərkəzi Bankı); 
2. Xüsusi səlahiyyətli dövlət orqanları (respublika xəzinədarlığı, maliyyə nəzarəti 
orqanları, sığorta nəzarəti, kommersiya bankları). 
MALIYYƏNIN IDARƏ EDILMƏSI 
Idarəetmə dedikdə müəyyən məqsdə nail olmaq üçün məcmu üsul və metodların 
köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsir başa düşülür. Idarəetmə fəaliyyətinin 
KitabYurdu.az 
138


mühüm sahəsi maliyyənin idarəedilməsidir. O, xüsusi apparat, xüsusi metod, o 
cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilir. 
Digər idarəetmə sistemində olduğu kimi, maliyyənin idarə edilməsində də
idarəetmənin obyekti və subyektləri vardır. Idarəetmənin obyekti kimi pul gəlirlərinin 
və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət tərəfindən 
istifadəsi ilə əlaqədar olan müxtəlif maliyyə münasibətləri çıxış edir. Idarəetmə subyekti 
isə idarəetməni həyata keçirən təşkilati struktur hesab edilir.
Maliyyə münasibətlərinin təsnifatına uyğun olaraq, idarəetmə obyekti onların 
sahəsinə görə təşkilatların (müəssisələrin, idarələrin) maliyyəsi, sığorta münasibətləri, 
dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara ayrılır. Onlara 
müəssisələrin maliyyə xidməti (şöbələri), sığorta orqanları, maliyyə orqanları və vergi 
idarələri kimi idarəetmə subyektləri uyğun gəlir. Maliyyənin idarə edilməsini həyata 
keçirən təşkilat strukturlarının məcmusu maliyyə aparatı hesab edilir. 
Maliyyənin idarə edilməsində planlaşdırma, operativ idarəetmə, nəzarət kimi 
mühüm funksional elementləri ayırmaq olar. 
Planlaşdırma maliyyənin idarəetmə sistemində əhəmiyyətli yer tutur. 
Planlaşdırma zamanı təsərrüfatçılığın istənilən subyekti maliyyənin vəziyyətini 
hərtərəfli qiymətləndirir, maliyyə resurslarının artırılması imkanlarını aşkar edir,
onların daha səmərəli istifadə edilməsini müəyyən edir. Plan qərarları mühasibat
statistik və operativ hesablamalara əsaslanan maliyyə informasiyasının təhlili əsasında 
qəbul edilir.
Operativ idarəetmə. Cari maliyyə vəziyyətinin operativ təhlili əsasında işlənib 
hazırlanan kompleks tədbirləri ifadə edir və maliyyə resurslarının yenidən 
bölüşdürülməsinin köməyilə az xərclə daha yüksək səmərə əldə etmək məqsədini güdür. 
Operativ idarəetmənin əsas məzmunu təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq üçün 
maliyyə resurslarının səmərəli istifaə edilməsindən ibarətdir.
Nəzarət planlaşdırma və operativ idarəetmə prosesində həyata keçirilir. O, maliyə 
resurslarından istifadə üzrə faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etməyə, 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin