Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə111/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
142


4. Xarici Iqtisadi Əlaqədər Baş Idarəsi və Daxili Borclanma Idarəsi – xarici 
iqtisadi əlaqələrin istiqamətini, tənzimlənməsini, istiqrazların emissiyasını, onlara 
faizlərin ödənilməsi və alınmış borcların qaytarılmasını müəyyən edir. Maliyyə 
Nazirliyinin mühüm bölmələrindən biri büdcənin kassa icrasına cavabdeh olan Baş 
Dövlət Xəzinədarlığıdır. 
5. Dövlət Xəzinədarlığı Baş Idarəsi; 
6. Uçot Siyasəti Idarəsi; 
7. Sosial Sahələrin Maliyyələşdirilməsi Baş Idarəsi; 
8. Aqrar Sahənin Maliyyələşdirilməsi Baş Idarəsi; 
9. Vergi Siyasəti və Gəlirlər Baş Idarəsi; 
10. Dövlət Aparatının Maliyyəsi Baş Idarəsi; 
11. Dövlət Büdcəsinin uçotu və hesabatı idarəsi. 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi maliyyənin idarə edilməsində 
mühüm rol oynayır. Bütün məcburi ödəmələrin düzgün hesablanması, tam və öz 
vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər 
Nazirliyinə və onun yerlərdəki orqanlarına – Naxçıvan Muxtar Respublikasının Vergilər 
Nazirliyinə, Bakı şəhər Vergilər Departamentinə, Ərazi Vergilər idarələrinə həvalə 
edilmişdir. 
Ərazi vergilər idarələri: 
– qanunvericiliyə ciddi əməl etməklə fəaliyyət göstərməli; 
– büdcəyə və büdcədənkənar fondlara vergilərin düzgün hesablanması və öz 
vaxtında ödənilməsi məqsədləri üzrə vergi qanunvericiliyinə əməl edilməsinə nəzarətin 
həyata keçirilməsi; 
– müəyyən edilmiş qaydada vergi ödəyicilərinin uçotunun aparılması; 
– vergilərin və digər ödəmələrin büdcəyə faktiki daxilolmaların məbləği hesabına 
hər ay maliyyə orqanlarına və dövlət xəzinədarlıq orqanlarına məlumat verməli; 
– müəssisələrin vergiləri ödəmədiyi bütün hallar barədə Maliyyə Nazirliyinə 
məlumat verməli; 
KitabYurdu.az 
143


– artıq ödənilmiş vergi məbləğini və vergi ödəyicilərindən düzgün alınmamış 
cərimə və ……. pulunun qaytarılmasını həyata keçirməli; 
– gömrük rüsumlarının daxil olmasına Azərbaycan Respublikasının Dövlət 
Gömrük Komitəsi məsuliyyət daşıyır. Onun vəzifələri aşağıdakılardır: 
– gömrük orqanları tərəfindən alınan vergilər üzrə yoxlamalar aparmaq; 
– vergi orqanları tərəfindən alınan vergilərin hesablanması və ödənilməsi ilə 
əlaqədar olan bütün sənədləri yoxlamaq; 
– vergi ödəyiciləri vergi qanunvericiliyini yerinə yetirmədikdə və ya kifayət qədər 
yerinə yetirmədikdə bankda olan hesabda əməliyyatı dondurmaq; 
– vergilər üzrə kəsiri və habelə vergi qanunvericiliyi üzrə nəzərdə tutulmuş 
cərimələrin tutulmasını hyata keçirmək. 
Bütövlükdə gömrük orqanları Azərbaycan Respublikasının sərhədlərindən 
malların keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinə, gömrük 
rüsumlarının düzgün hesablanması və ödənilməsinə nəzarət edir.
Iqtisadiyyatın inkişafının müasir mərhələsində ölkədə həyata keçirilən iqtisdi 
islahatlar və maliyyə sisteminin iqtisadi və sosial inkişafda rolunun artması ilə əlaqədar 
olaraq maliyyənin idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və maliyyə 
siyəsətinin fəallığının artırılmasına kəskin zərurət duyulur.
MÖVZU 12 
MALIYYƏ NƏZƏRIYYƏSI 
1.
Maliyyə nəzarətinin mahiyyəti və zəruriliyi. 
2.
Maliyyə nəzarətinin növləri, formaları və metodları. 
3.
Dövlət maliyyə nəzarəti orqanları sistemi və onların funksiyaları. 
4.
Maliyyə prezident nəzarəti. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin