MALIYYƏ NƏZARƏTININ
MAHIYYƏTI VƏ ZƏRURILIYI
Iqtisadiyyatın vəziyyətinə, cəmiyyətdə sosial-iqtisadi proseslərin inkişafına
nəzarət xalq təsərrüfatının idarə edilməsi üzrə fəaliyyətin ən mühüm sahəsidir. Nəzarət
sisteminin mühüm bir həlqəsi kimi maliyyə nəzarəti çıxış edir. Onun məqsədi dövlətin
maliyyə siyasətinin uğurla həyata keçirilməsinə yardım etmək, xalq təsərrüfatının
bütün sahələrində və həlqələrində maliyyə resurslarının formalaşdırılması və səmərəli
istifadə edilməsi prosesini təmin etməkdən ibarətdir.
Bazar iqtisadiyyatı şəraitində maliyyə nəzarətinin rolu durmadan artır.
Maliyyə
nəzarəti maliyyənin nəzarət funksiyasının reallaşdırılması formasıdır ki, bu da maliyyə
nəzarətinin təyinatı və məzmununu müəyyən edir. Bununla yanaşı, dövlətin sosial-
iqtisadi vəziyyətindən, maliyyə fəaliyyətinin həyata
keçirilməsində təsərrüfat
subyektlərinin hüquqlarının genişləndirilməsindən, sahibkarlığın müxtəlif təşkilati-
hüquqi formalarının meydana gəlməsindən asılı olaraq
maliyyə nəzarətinin məzmunu
da xeyli dəyişir.
Maliyyə nəzarəti xüsusi forma və metodlardan istifadə etməklə təsərrüfat və
idarəetmə subyektlərinin (dövlət, müəssisə, idarə və təşkilat)
maliyyə fəaliyyətinin və
onunla bağlı məsələlərin yoxlanması üzrə həyata keçirilən fəaliyyət və əməliyyatların
məcmusudur. O, bütün səviyyələrdə qanunverici, icraedici hakimiyyət orqanları və
xüsusi yaradılmış qurumlar tərəfindən həyata keçirilir. Maliyyə nəzarəti,
pul vəsaitləri
fondlarının yaradılması və istifadəsi prosesində maliyyə-təsərrüfat qanunvericiliyinə
əməl edilməsinə nəzarəti və maliyyə-təsərrüfat əməliyyatlarının və istehsal xərclərinin
öz təyinatına istifadə olunmasına nəzarəti qiymətləndirilməsini əhatə edir.
Nəzarətin digər formalarından (ekoloji, sanitar, inzibati və s.) fərqli olaraq
maliyyə nəzarəti dəyər kateqoriyasının istifadəsi ilə bağlıdır.
Nəzarətin predmeti kimi
mənfəət, gəlirlər, rentabellik,
maya dəyəri, tədavül xərcləri, əlavə dəyər vergisi,
müxtəlif məqsədlərə və fondlara ayırmalar və s. maliyyə (dəyər) göstəriciləri çıxış edir.
Bu göstəricilər sintetik xarakter daşıyır. Ona görə də onların
yerinə yetirilməsinə,
Dostları ilə paylaş: