Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə87/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
112


surətdə əlaqədardır. Dövlətin maliyyə siyasətinin folrmalaşmasının mühüm prinsipləri 
aşağıdakılardan ibarətdir: 
1. Maliyyənin inkişafının elmi cəhətdən əsasandırılmış konsepsiyanın 
hazırlanması.
O, iqtisadiyyatın durumunun, onun sabitliyi perspektivinin, məhsuldaq 
qüvvələrin və istehsal münasibətlərinin inkişafının, xalq təsərrüfatının və ölkə əhalisinin 
maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır. Maliyyənin inkişafının elmi 
cəhətdən əsaslandırılmış konsepsiyasının məqsədi cəmiyyətin inkişaf tələbatının 
ödənilməsi üçün zəruri olan maliyyə resurslarının daha tam səfərbərliyə alınmasından 
ibarətdir; 
2. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında 
təmərküzləşməsi.
Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, 
ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin, mədəniyyət 
müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə 
təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir; 
3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən 
edilməsi.
Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin 
hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir; 
4. 
Qarşıya qoyulmuş məqsədlərə nail olmaya yönəldilən praktiki fəaliyyətin 
həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi.
Bunun üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən 
səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Bu isə özünə aşağıdakıları daxil 
edir:
– milli gəlirin bölgüsü metodları; 
– dövlət büdcə fondlarının yaradılması üsulları (dövlət və yerli); 
– məqsədli dövlət fondlarının yaradılması metodları; 
– büdcəyə və məqsədli fondlara tədiyə ödənişlərinin növləri; 
– maliyyə planlaşdırılması və proqnozlaşdırılması; 
– maliyyə nəzarəti. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin