Maliyyənin ikinci mühüm funksiyası – nəzarət funksiyasıdır. Nəzarət funksiyası
bölgü funksiyasından törəyir və hər şeydən əvvəl ümumi
daxili məhsulun və milli
gəlirin pul fondlarına bölgüsü və onların öz məqsədlərinə xərclənməsi üzərində
nəzarətdə təzahür edir.
Maliyyənin nəzarət funksiyası iki cür həyata keçirilir:
birincisi, manatla nəzarət
vasitəsilə, ikincisi – maliyyə orqanlarının həyata keçirdikləri nəzarət vasitəsilə.
Müəssisələrdə maliyyənin vasitəsilə pul
gəlirlərinin əmələ gəlməsinə, qənaət
üsuluna
əməl edilməsinə, maddi və əmək resurslarından istifadə edilməsinə,
əməyin
kəmiyyət və keyfiyyətinə, əsas kapitaldan və dövriyyə fondlarından
istifadəyə,
həfəsləndirmə fondlarının yaradılması və istifadəsinə və s. manatla nəzarət edilir.
Lakin, müəssisədə maliyyə nəzarətinin ən başlıca vəzifəsi mənfəətin yığım
fonduna və istehlak fonduna yenidən bölgüsünü ciddi izləməkdən,
bu fondlardan
vəsaitlərin məqsədli təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirməkdən ibarətdir.
Beləliklə, maliyyə məhsul istehsalı və satışı prosesində pul vəsaiti fondlarının düzgün
yaradılması, bölgüsü və istifadəsinə nəzarət aləti kimi çıxış edir.
Maliyyə nəzarəti nəinki müəssisə daxilində və habelə müəssisələr arasında,
yuxarı təşkilatlar və maliyyə-kredit idarələri ilə qarşılıqlı münasibətlərdə həyata kçirilir.
Müəssisələr arasında qarşılıqlı münasibətlərdə manatla nəzarət göndərilmiş malların,
göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi müqavilə
şərtlərinə əməl edilməsi zamanı aparılır.
Müəssisələrin təsərrüfat fəaliyyətinə büdcəyə ödənişlər üzrə büdcə qarşısında
öhdəliklərin yerinə yetirilməsi və büdcədən maliyyələşdirmə prosesində manatla nəzarət
edir. Maliyyə orqanları və xidmət idarələri tərəfindən
nəzarət pul vəsaitlərinin
xərclənməsinin qanuniliyinin və vergilərin ödənilməsinin tamlığının yoxlanılması yolu
ilə həyata keçirilir.
Maliyyənin nəzarət funksiyasından habelə bütün dövlət miqyasında da istifadə
edilir. Maliyyə resurslarının
kəmiyyət göstəriciləri, iqtisadiyyatın sahələrində
Dostları ilə paylaş: