Паша Ибиш оьлу Сяфяров


Elnur  İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə21/163
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#107271
1   ...   17   18   19   20   21   22   23   24   ...   163
Azf-269325

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
19 
kiçik “p
əncərələr” kimi təzahül edir.  Çıxışlarının  məhdudluğu 
onların 
metallogenik 
əhəmiyyətinin düzgün 
proqnozlaşdırılmasına  imkan  vermir.  Hersin tsikli üçün bütün 
struktur m
ərtəbələrdə  və  yaş  intervallarında  çökmə  süxurların 
üstünlüyü s
əciyyəvidir.  Maqmatik  süxurlar  qalınlığı  0,5-3,0 m. 
olan  layvarı  diabaz  intruziyaları  ilə  təmsil  olunmuşlar.  Bu 
çöküntül
ər içərisində  stratiform  tipli  qurğuşun-sink  yatağı 
yerl
əşir,  lakin  hersin tsikli çöküntülərinin məhdud miqyasda 
yayılması ilə əlaqədar olaraq onların endogen filiz yataqları üçün 
potensial ehtiyatları tam qiymətləndirilməmişdir. Metal və qeyri-
metal  yataqlarının  genetik  tiplərinin  ən çox təzahür edən 
müxt
əlifliyi tektono-maqmatik  inkişafın  alp  tsikli  üçün 
s
əciyyəvidir.  Azərbaycanın  ərazisi Böyük və  Kiçik Qafqaz 
regionlarına  və  onları  bir-birindən  ayıran  dağarası  Kür 
çök
əkliyinə,  Talış  qırışıqlıq  strukturuna,  Naxçıvan  zonasına  və 
Qusar-D
əvəçi kənar çökəyinə  bölünür.  Böyük Qafqaz 
Az
ərbaycan ərazisində şimal sərhədi Baş Qafqaz dağ silsiləsi üzrə 
keç
ən cənub  yamacı  ilə  təmsil olunur.  Böyük  Qafqazın  cənub 
yamacında  ümumi  qalınlığı  müxtəlif müəlliflərə  görə  6-10 km. 
olan çökm
ə  süxurlar üstünlük təşkil  edir.  Maqmatik süxurlar 
Böyük  Qafqazın  dayka  qurşağını  əmələ  gətirən qabbro-
diabazların, 
qabbro-dioritlərin, dioritlərin 
layvarı 
intruziyalarından, daykalarından, kiçik ştoklarından və əsasi, orta 
v
ə az miqdarda turş tərkibli vulkanitlərdən ibarətdir. Metallogenik 
baxımdan  bu  region  mis-pirrotin və  kolçedan-polimetal 
yataqlarının  geniş  yayılması  ilə  xarakterizə  olunur.  Filizçay, 
Katsdağ,  Katex,  Cicix-Saqator və  b.  yataqlar kompleks tərkibli 
filiz cisiml
əri ilə  təmsil olunaraq, filizlərin  texnoloji  emalı 
prosesind
ə  əsas filiz əmələ  gətirən elementlərlə  birlikdə 
çıxarılmasının  mümkünlüyü  baxımından  diqqəti cəlb edən 
miqdarda qarışıq komponentlər (Ag, Au, Co, Bi, Cd, İn, Se, Te və 
b. 
) saxlayırlar.  

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin