610) Aşağıda göstərilən hansı patologiya pnevmokoniozlara aid edilmir?
A) Silikatoz
B) Alüminoz
C) Antrakoz
D) Azbestoz
E) Sarkoidoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
611) Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?
A) Yuvenil emfizema
B) Premortal emfizema
C) Latent emfizema (emfizemanın inkubasiya mərhələsi)
D) Vakat emfizema
E) Xroniki diffuz obstruktiv emfizema
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
612) Bronxların divarında çoxlu limfo-leykositar infiltrasiya, yerli histiositar proliferasiya, bəzi yerlərdə skleroz, az dərəcədə isə ödem görünür. Bu hansı xəstəlikdir?
A) Bronxopnevmoniya
B) Kəskin fibrinoz bronxit
C) Xroniki proliferativ bronxit
D) Xroniki ekssudativ bronxit
E) Kəskin kataral bronxit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
613) Aşağıdakı hansı patoloji proses krupoz pnevmoniya zamanı xarakter olaraq ağ ciyərdə ağırlaşma kimi inkişaf edə bilər?
A) Ağ ciyərin xərçəngi
B) Postpnevmonik emfizema
C) Kəskin bronxoektaziya
D) Bronxopnevmoniya
E) Karnifikasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |