618) Aşağıda kəskin appendisitin hansı forması göstərilmişdir?
A) Kəskin aktiv appendisit
B) Follikulyar appendisit
C) Mürəkkəb appendisit
D) Difteritik appendisit
E) Sadə appendisit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
619) Mədənin xroniki xora xəstəliyinin patogenezində ümumi faktor kimi əsas rolu nə oynayır?
A) Mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar azan sinirin tonusunun artıb azalması
B) Meninqoensefalit
C) Mədə divarının perforasiyası, peritonit və bununla da əlaqədar orqanizmin ümumi intoksikasiyası
D) Mədədə xroniki qastritin olması
E) Spirtli içkilərin çoxsaylı qəbulu və sistematik olaraq alkoqol sərxoşluqları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
620) Göstərilən hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin mərhələlərindən biridir?
A) Mədənin selikli qişası epitellərinin deskvamasiya mərhələsi
B) Xroniki xora mərhələsi
C) Çoxsaylı streslərin keçirilməsi və azan sinirin tonusunun dəyişilməsi mərhələsi
D) Xroniki qastrit mərhələsi
E) Metaplaziya mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
621) Aşağıda mədənin xroniki xora xəstəliyinin hansı qrup ağırlaşması göstərilmişdir?
A) Paralitik ağırlaşmalar
B) Sklerotik ağırlaşmalar
C) Mədədən kənar (ekstraqastral) ağırlaşmalar
D) Pankreatik patologiyalar
E) Mədə ağırlaşmaları (intraqastral ağırlaşmalar)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |