Pedaqoji prosesin ümumi prinsipləri və əsas məsələləri.
Pedaqogika bir elm sahəsi kimi.
Pedaqogika iki yunan sözünün (payda və qoqos) birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir. Qədim Yunanistanda varlıların uşaqlarını məktəbə müşayiət edən şəxsi paydaqoqos adlandırırdılar. Zaman keçdikcə həmin sözün mənası dəyişmişdir. Pedaqogika uşaqların tərbiyəsi haqqında fikir, söz, nəzəriyyə, elm kimi təşəkkül tapıb inkişaf etmişdir.
Pedaqogika – tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. “Pedaqogika” sözü iki yunan sözündən (“payda” və “qoqos”) əmələ gəlmişdir, hərfi mənası “uşaq ötürən” deməkdir. O, tərbiyə haqqında elmdir. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir. Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir - biridən ayrılıqda yox, bir – biri ilə əlaqəli şəkildə eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.
Tərbiyə insan şəxsiyyətinin məqsədyönlü formalaşması və inkişafı prosesi və nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə formalaşması və inkişafı prosesi kimi başa düşülür. Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir.
Yenidən tərbiyə insanın şüur, xarakter və davranışında kök mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil müxtəlif yollarla təlim və özünütəhsil yolu ilə, habelə onların vəhdəti ilə əldə edilə bilər. Təhsil almağın əsas vasitəsi təlimdir. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil aması prosesidir. O, müəllim və şagirdin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Şəxsiyyətin inkişafı müxtəlif amillərin (təbii və sosial, xarici və daxili amillərin) təsiri ilə insanın şəxsiyyət kimi formalaşması prosesidir. Pedaqogikanın nəzərden keçirilən anlayışları bir – biri ilə qarşılıqlı vəhdətdə olub, bir – birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir. Digər elmlərdə olduğu kimi pedaqogika da elmi – tədqiqatların nəticəsində inkişaf edib, yeni – yeni müddəalarla zənginləşir.Pedaqogika – böyüyən gənc nəslin tərbiyəsi, təlimi və təhsili haqqında elmdir. Pedaqogika – özündə ümumi təlim nəzəriyyəsini (didaktika), pedaqoji tərbiyə nəzəriyyəsini və pedaqoji rəhbərlik nəzəriyyəsini birləşdirir.Bəşər cəmiyyəti yarandığı gündən yaşlı nəsil gənc nəslin tərbiyəsinə xüsusi qayğı göstərmiş, qazandığı mənəvi, sosial – tarixi təcrübəni biliklər və bacarıqlar şəklində gənc nəslə vermiş, onu həyata hazırlanmışdır.Hər bir elmin özünəməxsus anlayışları, qanunauyğunluqları, prinsipləri və qaydaları vardır. Elmin mahiyyətini ifadə edən ən əsas, zəruri anlayışlar kateqoriyalar adlanır. Pedaqogika da tərbiyə haqqında elm olduğundan onun əsas kateqoriyası tərbiyədir, təlimdir və təhsildir.
Tərbiyə - Gənc nəsli həyata hərtərəfli hazırlamaq, inkişaf etdirmək məqsədilə, yaşlı nəslin onlara məqsədyönlü şəkildə təsir göstərməsi və öz həyat təcrübəsini öyrətməsi prosesidir.
Təlim – müəllim və şagirdlərin qarşılıqlı məqsədyönlü fəaliyyətidir. Təlim prosesində şagirdlər müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərə yiyələnir, tərbiyə olunurlar. Təlim – təhsil almaq vasitəsidir.
Təhsil – bəşəriyyətin əldə etdiyi biliklərə yiyələnmək prosesinin nəticəsi kimi özünü göstərir. Təhsil sayəsində gənc nəsil elmi biliklərin sisteminə yiyələnir, onun dünya görüşü, şəxsiyyətin mənəvi keyfiyyətləri, yaradıcılıq qabiliyyətləri formalaşır. Pedaqogika elmini nəhəng bir saraya bənzətsək tərbiyə, təlim və təhsil bu sarayın orta və əsas sütunları olardı. Beləliklə, Pedaqogika böyüyən gənc nəslin tərbiyəsi, təlimi və təhsili haqqında elmdir.
Pedaqogikanın aşağıdakı vəzifələri vardır:
1.Yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inkişafını təmin edən pedaqoji prosesi tədqiq etmək.
2.Şəxsiyyətin formalaşmasının hansı qanunauyğunluqları olduğunu aşkar etmək.
3.Müəllimlərin tərbiyə - təhsil fəaliyyətinin nəzəriyyə və metodikasını işləyib hazırlamaq.
4.Qabaqcıl pedaqoji təcrübəni ümumiləşdirib həyata tətbiq etmək.
5.Müəllimləri pedaqoji nəzəriyyələrlə, tərbiyə və təlim metodları və priyomları ilə təmin etmək.
Pedaqogika elminin quruluşu dedikdə onun mövzusu, əsas anlayışları, vəzifələri, mənbələri və sahələri nəzərdə tutulur. Pedaqoji biliyin mənbələri müxtəlifdir:
1.Pedaqoji proses.
2.Pedaqoji sənədlər.
3.Pedaqoji mövzuda çap olunmuş yazılar.
4.Tərbiyə və təlim alanların fəaliyyət məhsulları.
5.Şifahi xalq yaradıcılığını nümunələri.
6.Canlı söz.
7.D
Dostları ilə paylaş: |