Pedaqogika bir elm sahəsi kimi



Yüklə 23,37 Kb.
səhifə6/6
tarix31.03.2022
ölçüsü23,37 Kb.
#115067
1   2   3   4   5   6
Pedaqoji proses-WPS Office

İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə salmaqla bağlıdır. Ekstensiv yol pedaqoji prosesə əlavə qüvvə, vaxt və vəsait cəlb olunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə daha möhkəm bilik vermək üçün təlim müddətini uzatmaq, proqramları genişləndirmək olar. Pedaqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər: müəyyən bir metodu, formanı təkmilləşdirmək, yeni iş texnologiyaları tətbiq etmək, yaxud təhsil – tərbiyə sistemini yeniləşdirmək. Respublikamızda hazırda təhsil sahəsində islahatlar aparılır, təhsilin maddi bazasına təhsil və tərbiyə işinin məzmununda, metodikasında, müəllim – şagird münasibətlərində, idarəetmədə böyük dəyişikliklər baş verir. Pedaqoji sistemdə yeniliklərin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: 1) məktəbin demokratiləşdirilməsi; 2) pedaqoji prosesin humanistləşdirilməsi; 3) əməkdaşlıq pedaqogikasının tətbiqi; 4) təlim – tərbiyə prosesinin fərdiləşdirilməsi; 5) təhsil və tərbiyə işinin məzmununun genişlənməsi; 6) təlim – tərbiyə prosesinin optimallaşdırılması; 7) yeni pedaqoji texnologiyaların tətbiqi; 8) məktəbin idarə edilməsi sisteminin təkmilləşdirilməsi; 9) ixtisaslaşdırılma sisteminin yenidən qurulması; 10) təhsilin dünya standartlarına uyğun qurulması və s.

pedaqogika özünün nəzəri və texnoloji funksiyalarını vəhdətdə həyata keçirir.


Nəzəri funksiyalar üç səviyyədə təzahür edir:
1. Təsviredici və izahedici səviyyə (bu, qabaqcıl pedaqoji
təcrübəni öyrənməkdir);
2. Diaqnostik səviyyə (bu, pedaqoji hadisələrin vəziyyətini,
pedaqoqun və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən
şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur);
3. Proqnostik səviyyə (bu, pedaqoji gerçəkliyi eksperimental
yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini
qurmağı nəzərdə tutur).
Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata
keçirilir:
1. Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması
və s. daxildir)

2. Dəyişdirici səviyyə (bu səviyyədə pedaqoji elmin nailiyyətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq


məqsədilə tətbiq olunur);
3. Refleksiv və korrektiv səviyyə (bu səviyyə elmi-tədqiqatların nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını qiymətləndirməyi və sonradan elmi-nəzəriyyə ilə praktik fəaliyyətin qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur) .
Yüklə 23,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin