Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə113/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   109   110   111   112   113   114   115   116   ...   141
Məhsuldar əmək--Məhsuldar əmək maddi sərvətlər yaradılmasına yönəldilən və haqqı ödənilən əməkdir. Şagirdlər həyətyanı sahədə məhsul yetişdirməklə bu növ əməkdə iştirak edirlər.

İctimai-faydalı əmək – şagirdlərin əmək tərbiyəsi sisteminin əsasını təşkil edir. Ictimai-faydalı əmək –dəqiq, təmmənnasız, ictimai əhəmiyyət daşıyan, məqsədyön­lü, planlı, şüurlu, könüllü fəaliyyətdir. Ictimai-faydalı əmək prosesində şagirdlərdə aşağıdakı şəxsi keyfiyyətlər formalaşır:

  • xeyirxahlıq; təmənnasız yardım; həmrəylik; ictimai məsuliyyət; yaradıcı fəallıq və müstəqillik; başqalarının əməyinə hörmət; mütəşəkkillik; vətəndaşlıq hissi və s.

Əmək tərbiyəsi zamanı gözlənilməli olan pedaqoji şərtlər

  • əmək tərbiyəsinə lap kiçik yaşlarından başlanılmalıdır;

  • uşaqların əmək fəaliyyəti ictimai və əxlaqi mahiyyət daşımalıdır;

  • əmək mümkün çətinlik dərəcəsinə malik olmalı, uşaqlar var-gücü ilə işləməyə sövq edilməlidirlər;

  • əməyə nəzarət pedaqoji ustalıqla aparılmalı, şagirdlərdə öz qüvvələrinə inam yaratmaqla müşayət olunmalıdır;

  • əmək şagirdlərin yaşına və psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır;

  • əmək növləri tez-tez dəyişilməli, əmək, mütləq, istirahətlə növbələşməlidir;

  • əmək həm də şagirdlərin təlim məqsədlərinə xidmət etməlidir;

  • əməyin təşkili zamanı dəqiq təlimatdan istifadə edilməli, nəticələr hesabaalınıb, əmək növündən asılı olaraq qiymətləndirilməlidir.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin