Peşə məktəblərində istehsalat təlimi dərslərinin təşkili və keçirilməsi barədə



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix31.12.2021
ölçüsü0,55 Mb.
#112475
növüDərs
  1   2
documents-17-file



Peşə məktəblərində istehsalat təlimi dərslərinin 

 təşkili və keçirilməsi barədə 

 

 



Peşə məktəblərində peşə-ixtisas öyrətmə həm nəzəri, həm də praktik olaraq, təcrübi 

yolla həyata keçirilir. Bu gün qüvvədə olan tədris planlarına görə peşə məktəblərində 

istehsalat təlimi dərslərinin həcmi təhsil müddəti 1 il olan peşələrdə ümumi dərs yükünün 

təxminən 55,4%-ni, təhsil müddəti 2 il olan peşələrdə 53,6%-ni təşkil edir. Bu da istehsalat 

təlimi və təcrübəsinin ixtisaslı fəhlə kadrlarının hazırlanmasında nə qədər əhəmiyyətli 

olduğunu göstərir.  

 

Lakin etiraf etmək lazımdır ki, istehsalat təlimi dərslərinin əhəmiyyətli olmasını hələ 



də başa düşməyən, bəzən ona “barmaqarası” münasibət bəsləyən istehsalat təlimi ustaları və 

müəllimlərimiz vardır. Təcrübəmdən mənə aydındır ki, hətta bir çox istehsalat təlimi 

ustaları və müəllimlər dərsin strukurunu, onu necə təşkil etməyi, tədris vaxtından səmərəli 

istifadə etməyi tələblərə uyğun qaydada həyata keçirmirlər, ya da keçirməyi bacarmırlar. Bu 

sahədə məktəbin tədris istehsalat işləri üzrə direktor müavinin, metodiki komissiyaların, 

qabaqcıl müəllim və istehsalat təlimi ustalarının  üzərinə çox iş düşməlidir. Ona görə də 

vaxtaşırı olaraq, təlimati-metodiki müşavirələr keçirilməli, seminarlar aparılmalı, bacarıqlı 

müəllim və ustaların dərslərində gənc və yeni işə başlamış mühəndis-pedaqoji işçilərin  

iştirakını təmin etməli, təcrübə mübadiləsi aparılmalı və müzakirə edilməlidir.  

 

 



İstehsalat təlimi dərslərinin təşkili və keçirilməsi zamanı, məlum olduğu kimi, dərsin 

müxtəlif mərhələlərində təlimatlar-giriş təlimatı, cari təlimat və yekun təlimatı 

keçirilməlidir. Hər bir mərhələdə istehsalat təlimi ustası dərsin keçirilməsi zamanı “nəyə” 

nail olduğunu özü də təhlil edə bilər və bu təhlil usta üçün çox əhəmiyyətlidir.  

 

Bunları nəzərə alaraq, “İstehsalat təlimi dərsinin struktu”nu təqdim edirik. 



 

1. Təşkili hissə: (3-5 dəq.) 

1.1.Qrup növbətçisinin raportu 

1.2.Davamiyyətin yoxlanılması 

1.3.Şagirdlərin xarici görünüşünə, xüsusi geyimlərinə baxış 

1.4.Şagirdlərin dərsə hazırlığının yoxlanılması  

Təşkili hissə (3-5 dəq.)- istehsalat təlimi dərsinin keçirilməsi üçün şagirdləri təşkil 

etmək. 


Proqramın baş  mövzusu üzrə giriş təlimatı-birinci dərsdə 5-7 dəq. ərzində öyrənilən 

mövzunun perspektiv məqsədlərinin açılması üçün keçirilir. 

 

 

2.Giriş təlimatı: (30-60 dəq.) 



2.1.Dərsin mövzusunun və məzmunun elan edilməsi (motivasiya mərhələsi). 

2.2.Bilik və bacarıqlarının fəallaşdırılması. 

2.3.Yeni bacarıqların formalaşdırılması. 

2.4.Yeni materialın şərhi. 

2.5.Mövzu üzrə texniki təhlükəsizlik tədbirləri üzrə təlimatlandırma.  

2.6.Cari təlimat üzrə tapşırıqların verilməsi. 

 

Dərsin mövzusu üzrə giriş təlimatı (30-60 dəq.). Əsas məqsədi səmərəli üsullarla 



tədris-istehsalat işlərinin yerinə yetirilməsi, qüsur və səhvlərin qarşısının alınması, texniki 

təhlükəsizlik qaydalarına riayət edilməsi üçün şagirdləri aktiv fəaliyyətə hazırlamaqdır. 

Giriş təlimatının əvvəlində dərsin mövzusu və məqsədi (dərsin son nəticəsinin ifadə 

olunması, yəni dərsdə şagird nəyi öyrənməli və nəyi bacarmalıdır) barədə məlumat 

verilməlidir.   

Keçiriləcək material üzrə bilik və bacarıqların fəallaşdırılması-şagirdlərin 

ümumtəhsil, ümumtexniki və ixtisas fənləri üzrə, həm də əvvəlki istehsalat təlimi 



dərslərində əldə etdikləri bilikləri yada salmaq üçün suallar verilməsidir. Suallar praktik 

istiqamətli olmalıdır. 

Yeni bacarıqların formalaşdırılması-şagirdləri tapşırığın məzmunu ilə, yerinə 

yetirilmə üsulları ilə, texniki təhlükəsizlik qaydaları ilə tanış etmək, iş üsullarını nümayiş 

etdirməkdir. 

Yeni materialın möhkəmləndirilməsi- yeni material üzrə suallar verilir, tapşırığın 

sınaq işi kimi yerinə yetirilməsi üçün şagird dəvət edir və materialı necə mənimsədiklərini 

aydınlaşdırır. 

 

3.Cari təlimat: (5-5,5 saat) 



3.1.Şagirdlərin müstəqil işi:  

 

şagirdlər tərəfindən yerinə yetiriləcək tapşırıqlar; 

 

tədris-istehsalat işlərinin siyahısı. 

3.2.İstehsalat təlimi ustası tərəfindən şagirdlərin işlərinə planlı baxış: 

 

şagirdlər işə başlamışdırmı? 

 

iş yerini düzgün təşkil etmişdirmi? 

 

iş fəaliyyətini düzgün yerinə yetirirmi? 

 

materiallardan necə istifadə edir? 

 

texniki təhlükəsizlik qaydalarına riayət edirmi? 

 

Cari təlimat şagirdlərin istehsalat fəaliyyətinə rəhbərlik etməkdir. Cari təlimatın əsas 



forması hər bir şagirdlə fərdi qaydada aparılmasıdır. Cari təlimatın aparılma prosesində 

istehsalat təlimi ustası giriş təlimatında göstərilən və tövsiyyə edilən qaydalara əlavələr 

edir və şagird nəticədə tədris işini müstəqil yerinə yetirir və fəallaşır. 

 

Cari təlimatın məqsədi şagirdlərdə peşə vərdişlərini və bacarıqlarını 



formalaşdırmaqdır. Şagird işi müstəqil yerinə yetirir və istehsalat təlimi ustası onun 

fəaliyyətini istiqamətləndirir və düzəlişlər edir. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin