Aysel Fərəcli Praktik və laborator məşğələlərin keçirilməsi metodikasının mahiyyəti və məqsədi
Praktik və laborator məşğələlərin keçirilməsi metodikasının mahiyyəti və məqsədi
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Fakültə: Filologiya
İxtisas: Təhsildə sosial-psixoloji xidmət
Kurs: 4
Qrup: 939
Müəllim: Ş.M,Quliyeva
Tələbə: Aysel Fərəcli
Fənn: Psixologiyanın tədrisi metodikası
Müasir dövrdə psixologiya elmi həyatın bütün sahələrinə dərindən nüfuz etməklə gənc nəslin təlim və tərbiyəsi işində də böyük rol oynayır.Gələcək müəllim, pedaqoji işçilərin öz sənətinə, peşə fəaliyyətinə hazırlanmasının elmi və praktik bünövrəsi olur.
Tələbələrin psixoloji biliklərə daha dərindən yiyələnmələrini təmin etmək məqsədilə onlara ümumi, yaş, pedaqoji və digər psixoloj fənlərin kursu üzrə mühazirələr oxunur, seminarlar və laborator məşğələlər keçirilir. Bununla yanaşı tələbələr sərbəst (müstəqil) işləri yerinə yetirir, müxtəlif tədris ocaqlarına praktikaya gedir, auditoriyadankənar tədbirlərdə iştirak edir, elmi – tədqiqat xarakterli işlərə cəlb olunurlar.
Psixologiya üzrə gənc mütəxəssislərin hazırlanmasında mühazirə ilə bərabər laborator məşğələ də mühüm rol oynayır. Öz mənşəyini uzaq keçmişdən götürən laboratoriya (laborator – latın sözü olub labor - əmək, iş, çətinlik, laboro – zəhmət çəkmək, səy göstərmək, qayğı göstərmək, işgüzarlıq, maneələri aradan qaldırmaq mənasını verir) anlayışı elmi və həyati məsələlərin həlli üçün əvvəllər məlum olmayan yolların və vasitələrin aşkarlanması məqsədilə əqli və fiziki qüvvə sərf etmək, səy göstərmək mənasında işlədilirdi.
Laborator məşğələlərin özünəməxsus növləri, tipləri, formaları, formalaşması mərhələləri, məqsəd və vəzifələri, şərt və amilləri vardır. Bütün bunlar bir tam halında laborator məşğələlərin məşmununu, psixoloji quruluşunu təşkil edir. Məzmununa, əhatə etdiyı elmi biliklər sisteminə görə laborator məşğələləri aşağıdakı növlərə ayırmaq olar:
1.Texniki laborator məşğələlər. Bu laborator məşğələlər texniki elm sahələrini əhatə edir. Texniki laborator məşğələlər mexaniki cəhətdən yüksək təchiz edilməsinə görə fərqlənirlər. Belə laborator məşğələlərin obyekti, əsasən ətraf aləmin cisim və hadisələri hesab edilir. Kosmik tədqiqatların nəticələri texniki laboratoriyaların məhsuludur.
2.İctimai elm sahələrinə aid olan laborator məşğələlər. Bu məşğələlər ictimai elmlər üzrə aparılır. Belə laborator məşğələlərdə xüsusi cıhazlar az olsa da, müxtəlif texniki vasitələrin köməyi ilə adi və ya ekstremal şəraitdə müxtəlif ictimai hadisələr öyrənilir.
3.Təbiətşünaslıq üzrə aparılan laborator məşğələlər. Bialogiya, kimya, təbabət, fiziologiya və s. üzrə aparılan laborator məşğələlər belə məşğələlər sırasına daxildir. Təbiətşünaslıq üzrə aparılan laborator məşğələlər bitkilər, heyvanlar və insanlar üzərində aparılan təcrübələrə əsaslanır.
4.Linqvistik laborator məşğələlər.Dil tarixi, dil nəzəriyyəsi, dillərin öyrənilməsi xüsusiyyətləri, bir neçə dilin mənimsənilməsində onların qarşılıqlı təsiri – dillərarası əlaqə və s. məsələlər linqvistik laborator məşğələlərdə öyrənilir.
5.Pedaqoji laborator məşğələlər.Belə laborator məşğələlərdə təlim və tərbiyənin səmərəli təşkilinin müxtəlif çalarları əyani şəkildə öyrənilir.
6.Psixoloji laborator məşğələlər. Belə laborator məşğələlərdə psixologiyanın müxtəlif sahələri üzrə təcrübələr aparılır. Təcrübələrin bəzisi xüsusi psixoloji cihazlar vasitəsilə, bəzisi isə cihazsızicra edilir.
Aparılacaq təcrübələrin qayəsinə görə laborator məşğələləri aşağıdakı tiplərə ayırmaq olar:
1.Müəyyənləşdirici laborator məşğələlər. Belə laborator məşğələlərin əsas məqsədi müəyyən psixoloji qanunauyğunluğu, fiziki və ya fizioloji qanunları və s. üzə çıxarmaqdır. Məsələn, metalların istidən genişlənib, soyuqdan sıxıldığını, tələbə hafizəsinin tiplərini, yeni kimyəvi preparatın alınması və s. müəyyənləşdirmək.
2.Öyrədici laborator məşğələlər. Bu laborator məşğələlər tələbələri müəyyən əməliyyata yiyələndirmək məqsədi daşıyır. Məsələn, yaddasaxlamanın yeni səmərəli yollarını şagird və ya tələbələrə öyrətmək.
3.Problematik situasiyalı laborator məşğələlər. Belə laborator məşğələlər əvvəlki laborator məşğələlərdən fərqli olaraq adi şəraitdə deyil, problematik axtarışlar fonunda cərəyan edir.
1.Seminar formalı laborator məşğələlər.
01
2.Orta məktəb şəraitində müəllimin rəhbərliyi ilə tələbələrin apardıqları laborator məşğələlər.
02
3.Orta məktəbdə tələbələrin pedaqoji müşahidəsi zamanı əldə edilən faktlara əsasən aparılan laborator məşğələlər.
03
R.N.Ovçinnikov pedaqoji institutlarda laborator – praktik məşğələlərin dörd formasını göstərir.
04
4.Ali məktəbdə “müəllim – şagird” münasibətləri əsasında aparılan laborator məşğələlər.
1.Laborator məşğələlərə səmərəli təsir göstərən obyektiv amillər:
-Zəruri temperaturlu, işıqlı, geniş, rahat, mebellə təchiz edilmiş, kənar qıcıqlandırıcıların təsir etməsinə imkan verməyən auditoriyanın olması.
-Təcrübələr üçün zəruri cihazların olması və onların hər bir təcrübəyə irəlicədən hazırlanması.
-Təcrübələrin düzgün hazırlanmasına və səmərəli aparılmasına imkan verən dərsliyin, əyani vasitələrin olması.
Laborator məşğələlərə səmərəli təsir edən amilləri iki qrupa ayırmaq olar: obyektib amillər və subyektiv amillər. Bu amilləri qısaca nəzərdən keçirək.
2.Laborator məşğələlərə səmərəli təsir göstərən subyektiv amillər:
-Tələbələrin və ya şagirdlərin maraq, arzu, istək, meyl və funksional imkanlarının nəzərə alınması.
-Təcrübələrin tələbələr üçün optimal vaxtda aparılması.Adətən, hər həftənin 2-5 –ci günlərinin birinci və ikinci dərsləri bu məqsəd üçün daha münasibdir.
Laborator məşğələlərə səmərəli təsir edən amilləri iki qrupa ayırmaq olar: obyektib amillər və subyektiv amillər. Bu amilləri qısaca nəzərdən keçirək.
Loaborator məşğələləri aparmaq üçün qrup iki yarımqrupa bölünür. Psixologiyadan hər bir laborator məşğələ iki mərhələdə aparılır. Birinci mərhələdə təcrübələr aparılacaq mövzu üzrə 10 – 15 dəqiqəlik sorğu keçirilir. Sorğunun səmərəli nəticələr verməsi üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
1.İlk laborator məşğələ dərsində tələbələrlə birlikdə laboratopr məşğələlərin təqvim – mövzu planlarını tərtib etmək. Müəllim özünün laborator məşğələlər üzrə tərtib etdiyi və təsdiq olunmuş təqvim – mövzu planını tələbələrin məşğələ dəftərinin əvvəlinə səliqə ilə yazdırır. Bu əməliyyat bir tərəfdən tələbələri gələcək fəaliyyətə istiqamətləndirir – onların məşğələ mövzuları ilə irəlicədən tanış olmasına imkan yaradır, digər tərəfdən isə tələbələrin “Mən dərsin vaxtını bilmirdim”, “Mən dərsin mövzusunu bilmirdim” kimi bəhanələr gətirməsinə imkan vermir.
2.Müəllimin ilk laborator məşğələdə tələbələrin laborator məşğələlərdəki gələcək fəaliyyəti və onun tələbələri haqqında aydın təlimatla çıxış etməsi.Tələbələrə aşağıdakı təlimatı – tapşırığı vermək lazımdır:
Laborator məşğələlərdə görüləcək işi qeydə almaq üçün xüsusi dəftərdə ünvan, məşğul olacağınız elm sahəsinin adı və təqvim – mövzu planı qeyd edilir. Bundan sonra tapşırılan mövzunun qısa icmalı dəftərə qeyd edilir. İcmal kitabdan köçürmə yox, mövzunun diqqətlə öyrənilməsindən sonra tərtib edilməlidir. İcmal elə tərtib edilməlidir ki, o qısa, lakin materialın bütün əsas cəhətlərini əhatə etsin və biliyi beyində möhkəmləndirməyə imkan versin. Yadda saxlamaq lazımdır ki, laborator məşğələnin əvvəlində materialın məzmunu soruşulacaqdır və bu zaman icmaldan istifadə edilməsinə imkan verilməyəcəkdir.
Hər bir laborator məşğələnin öz məqsədi və bu məqsəddən doğan vəzifələri vardır. Laborator məşğələnin məqsədi, əsasən onun obyektini, mövzusunu, məzmununu mənimsətməkdən ibarətdir. Ona görə də hər bir laborator məşğələnin öz idraki – mnemik məqsədi olur. Lakin hər bir laborator məşğələnin ikinci məqsədi də vardır.Müəllim məşğələnin idraki – mnemik məqsədini müəyyənləşdirərkən, dərhal tərbiyəvi məqsədini də qeyd etməlidir.
Məsələn, “Temperament” üzrə aparılan laborator məşğələdə əsas məqsəd temperament haqqında mövcud olan nəzəriyyələri tələbələrə mənimsətməkdir.Lakin laborator məşğələnin bu məqsəddən doğan tərbiyəvi qayəsi də vardır. Bu laborator məşğələnin tərbiyəvi məqsədi ondan ibarətdir ki, hər bir tələbə öz temperamentinin tipini dəqiq müəyyən etsin, bu tipin mənfi cəhətlərini aradan qaldırmağa, müsbət cəhətlərini isə möhkəmləndirməyə çalışsın.Yaxşı olar ki, belə təcrübələr orta məktəbdə şagirdlər üzərində də aparılsın və həm tələbənin, həm də şagirdin temperament tiplərini dərk etməyə istiqamətləndirilsin.
ƏDƏBİYYAT SİYAHISI
1.Məmmədov A.U.Təlimin psixoloji əsasları.Bakı,”Maarif”,1993.294s.
2.Uşinski K.D.Seçilmiş pedaqoji əsərləri.Bakı,”Azərnəşr”,1953.146s.
3.Muradxanov M.Ə.Ali məktəbdə mühazirə.Bakı, APİ-nin nəşri,1976.səh.14-40
4.Rüstəmov F.,Dadaşova T.Ali məktəb pedaqogikası (Magistratura pilləsi üçün dərslik).Bakı, “Nurlan”,2007.567s.
5.Psixologiyadan laborator məşğələlər.Bakı,1981.səh.29-34
6.Bəşirov B. Ali məktəb didaktikası.Bakı, 1992.224s.
7.Овчинников Р.Н. Пути повышения эффективности лабораторно – практических занятий по педагогике. В сб. «Повышение эффективности качества преподавания психолого – педагогических дисциплин в высщей школе».М., 1978. Стр.15-21
8.»Лабораторный практикум по основам инженерной психологии» под ред. Душкова Б А. М., «Высщая школа» 1983. Стр.7.
DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!