Cari təlimatın keçirilmə üsulları:
1.Usta öz iş yerində şagirdlərin fəaliyyətini müşahidə edir, lazım gəldikdə fərdi qaydada
yanaşır, zəruri göstərişlərini verir.
2.Usta əvvəlcədən planlaşdırılmış şəkildə şagirdlərin iş yerlərini gəzir, onların işini fərdi
qaydada izləyir və təlimatlandırır.
3.Usta şagird onu çağıranda onun iş yerinə yaxınlaşır.
4.Şagird özü ustanın iş yerinə yaxınlaşır, usta onu özünün iş yerində təlimatlandırır.
Cari təlimatlar növünə görə 3 yerə bölünür:
1.Fərdi cari təlimat-hər bir
şagirdlə fərdi keçirilir və
-onun səhvləri aydınlaşdırılır;
-istiqamətverici suallarla öz səhvini tapmağa imkan yaradır və şagird səhvini başa düçərək
işini davam etdirir;
Ehtiyac olmadıqda ustanın şagirdin işinə qarışmamağı məsləhətdir.
2.Briqada(kiçik qruplar) cari təlimatı- şagirdlər briqada şəklində işləyərkən keçirilir.
3.Kollektiv cari təlimat-şagirdlərin əksəriyyəti eyni səhvi təkrar etdikdə keçirilir. Bunun
üçün aşağıdakı tədbirləri yerinə yetirmək lazımdır:
-şagirdlərin işini dayandırmaq;
-işin dayandırılma səbəbini elan etmək;
-şagirdlərə imkan vermək lazımdır ki, işdəki qüsurlar haqqında məlumat versinlər;
-düzgün aydınlaşdırma aparmaq və bir daha işin düzgün yerinə yetirilmə üsullarını
göstərmək;
-orta hazırlıqlı bir neçə şagirdi dəvət edib, onların işi necə başa düşdüklərini
aydınlaşdırmaq;
-işi düzgün yerinə yetirə bilmələrinə əmin olduqdan sonra tapşırığı
yerinə yetirməyə icazə
vermək.
4.Yekun təlimatı: (15-30 dəq.)
4.1.dərsin məqsədinə nail olundumu;
4.2.şagirdlərin işlərinin nəticələrinin müzakirəsi;
4.3.şagirdlərin ən yaxşı işlərini nümayiş etdirmək;
4.4.eyni səciyyəli səhvləri seçmək, onların aradan qaldırılması yollarını göstərmək;
4.5.şagirdlərin cari müvəffəqiyyətlərini elan etmək;
4.6.jurnalın yazılması.
Yekun təlimatın məqsədi-şagirdlərə dərsdə işin nəticəsinə necə nail olduqlarını
göstərmək, qüsur və səhvləri aydınlaşdırmaq, mövzunu möhkəmləndirmək və növbəti
istehsalat təlimi işləri üçün onlarda mənəvi maraq yaratmaqdır.
Yekun təlimatın keçirilməsi zamanı istehsalat təlimi ustası dərsin nəticələrini təhlil
etməlidir və təlim zamanı ortaya çıxan səhvlərin səbəbini aydınlaşdırmalıdır.
Səbəblər isə müxtəlifdir.
Camal Rəsulov
Qəbələ Peşə məktəbinin
Tİİ üzrə direktor müavini