Dərs saatları: Əlaqə: Dərsin məqsədi Fəlsəfəyə giriş dərsi öz qarşısına aşağıdakı əsas vəzifələri qoyur



Yüklə 50.24 Kb.
tarix21.10.2017
ölçüsü50.24 Kb.

XƏZƏR UNİVERSİTETİ

Magistratura, Doktorantura və Elmi İşlər Bölməsi

Fəlsəfə və insanşünaslıq departamenti

Kursun proqramı

(syllabus)


Fəlsəfəyə giriş

Müəllim:

Yaz-2013
Xəzər Universiteti

XƏZƏR UNİVERSİTETI
Fəlsəfəyə giriş fənninin

iş proqramı

(Syllabus)
Semestr: 2013 tədris ili, Yaz

Müəllim:

Dərs saatları:

Əlaqə:

Dərsin məqsədi

Fəlsəfəyə giriş dərsi öz qarşısına aşağıdakı əsas vəzifələri qoyur:

1. Tolerans mədəniyyəti kimi fəlsəfənin doqmatizmə və zorakılığa qarşı sərbəst axtarış və yaradıcılıq kimi təhlil və müzakirə edilməsi,

2. Dünyanın və insanın elmi mənzərəsindən çixış edən fəlsəfənin təhlil və müzakirə edilməsi,

3. Kütləvi şüura qarşı alternativ rakurs kimi fəlsəfi baxışın təhlil və müzakirə edilməsi,

4. Fəlsəfənin din, sənət və elmlə olan münasibətlərinin təhlil və müzakirə edilməsi,

5. Qərb fəlsəfəsi paradiqmasından kənarda inkişaf etmiş fəlsəfi sistemlərin (hinduizm, daoizm kimi və s.) təhlili və müzakirə edilməsi.


Dərsin nəticələri

Fəlsəfəyə giriş dərsi aşağıdakı məqsədlərə nail olmağı planlaşdırır:

Dərslərdə müntəzəm və aktiv iştirak edən və kursu uğurla tamamlayan tələbə,


1. Fəlsəfənin geniş tematikası və zəngin problematikası ilə tanış olacaq (koqnitiv nəticə - biliklənmə, savadlanma).

2. Sərbəst tənqidi baxış, fəlsəfi düşünmək və hər cür doqmatizmdən, sterotipdən uzaq, müstəqil fikir yürütmək qabiliyyətini artıracaq (mental nəticə - yeni bacarıq qazanma).

3. Heç bir ictimai və kütləvi xorun qurbanı olmadan, doğruçu şəxsiyyət kimi yetkinləşə və qala bilmək üçün fəlsəfənin əvəzsiz imkanlarından faydalanmaq vərdişi qazanacaq, daxili dünyası zənginləşəcək, azad olmağı öyrənəcək (mənəvi nəticə).
Dərsin işlənmə forması

1. Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.

2. Keçilən dərslərin tezisləri sonra tələbələrə verilsə də, dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğuyla əks etdirməyəcəkdir.

3. Dərslər azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri rus dilində ifadə etmək olar.

4. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.
Dərsə hazırlaşma forması

Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur:

1. Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər müəyyən dərəcədə öyrənmək

2. Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək

3. Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.
Qiymətləndirmə forması
Aralıq imtahanı: 30 bal

Final imtahanı: 40 bal

Davamiyyət (participation): 10 bal (Üzrsüz buraxılmış hər 3 dərs üçün 1 bal çıxılır)

Fəallıq (activity): 10 bal

Esse (referat): 10 bal

_____________________________

Cəmi: 100 bal
İmtahan forması

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş proqramında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.

2. Əzbərçi və avtoritativ tələbələr adətən bir mənbədən alınan məlumatla kifayətlənirlər. Belə tələbələr bu dərsdə, ən yaxşı halda, ancaq keçid balını yığa bilərlər. Araştırmaçı (tədqiqatçı) tələbələr isə ən azı iki mənbəyə müraciət edirlər. Bu dərsdən yüksək bal yığmaq istəyən tələbələr məhz tədqiqatçı olmalıdırlar.

3. Üç dəfə davamsızlıq bir balın itirilməsilə nəticələnir. Bütün semestr dərsdə olmayan tələbələr avtomatik olaraq 10 bal itirirlər.



4. Fəlsəfə dərslərində ekspromt (bədahətən, meyxanavari) və assosiativ (ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də, hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!

5. Aralıq və Final imtahanlarını test və açıq sualların qarışığından ibarət olacaq.

İmtahanlardan əvvəl konsultasiyalar təyin olunacaq.
Esse hazırlama forması

1. Esse mövzuları qabaqcadan veriləcəkdir.

2. Esselər ən gec, dekanlıq tərəfindən təyin olunmuş final imtahanı günündən 5 gün əvvəl verilməlidir. Gecikən esselər qəbul edilmir.

3. Esselərin tərtibatı belə olmalıdır: şrift ölçüsü: 14, interval: 1, həcm: ən azı 5 səhifə. Tərtibatı göstərilmiş qaydada olmayan esselər bal itrəcəklər.

4. Ümumiyyətlə, Fəlsəfə dərslərində və konkret olaraq esse hazırlayarkən əsas tələb – Fəlsəfə dərslərində öyrənilənləri öz analiz və şərhlərinə tətbiq etmək, heç bir doqmaya, sterotipə, xora, avtoritetə, kütləvi mentalitetə, tradisiyaya qulaq asmamaq, filosofluq etmək, müstəqil fikirləşmək, ənənəvi vərdişlərdən xilas olmaq, sərbəst interpretasiya etməkdir. Esselərdə ümümi, adi, hamının deyə biləcəyi, hər gün hər yerdə eşidə biləcəyimiz şablon sözlərə və yaxud xülasə və icmallara və nəhayət köçürülmə hazır yazılara bal verilmir!

5. Esselərin müdafiəsi tələb edilməyəcəkdir. Ancaq istisna hal kimi, mübahisəli hallarda bu, müəllim tərəfindən zəruru hesab edilə bilər.

6. Azad davamiyyət verilmir!
Cəzalandırma forması
Üzrsüz buraxılmış hər 3 dərs üçün 1 bal çıxılır.
Dərsə gecikənlər dərsə buraxılmırlar!



HƏFTƏLƏR

MÖVZULAR

SAATLAR

1


1. Fəlsəfə nədir? Nə deyildir?

2. Fəlsəfi yanaşma və fəlsəfilik



2

2


2


3. Qısa fəlsəfə tarixi (dövrləşdirmə üzrə)

4. Mifik təfəkkür



2

2


3


5. İnsanın orqanik təkamülü

6. Bilik fəlsəfəsi (qnoseologiya-epistemologiya)



2

2


4


7. Bilik fəlsəfəsinin problemləri

8. Anlama problemi. Hermenevtika



2

2


5


9. Həqiqət və onun kriteriləri

10. Din fəlsəfəsi



2

2


6


11. Din fəlsəfəsinin problemləri

12. İdealizm



2

2


7


13. İdealizmin tənqidi

14. Materializm



2

2


8


15. Maarifçi fəlsəfənin tezisləri

16. Aralıq imtahanı



2

2


9


17. Dialektika

18. Elm fəlsəfəsi



2

2


10


19. Elm fəlsəfəsinin problemləri

20. Dil fəlsəfəsi



2

2


11


21. Dil fəlsəfəsinin problemləri

22. Analitik fəlsəfə



2

2


12


23. Varlıq fəlsəfəsi (ontologiya)

24. Metafizika



2

2


13


25. İnsan fəlsəfəsi

26. Sosial fəlsəfə



2

2


14


27. Tarix fəlsəfəsi

28. Dəyərlər fəlsəfəsi. Nihilizm



2

2


15


29. Azadlıq problemi

30. Əxlaq fəlsəfəsi (Etika)



2

2


16


31. Əxlaq fəlsəfəsinin problemləri

32. Yekun



2

2




Oxu materialları
1.История Азербайджанской философий, Баку, Элм, 2002

2. Всемирная история философий, К. Ясперс, Наука, 2000

3. What is philosophy?, Z.G. Ortega, 1960

4. The story of philosophy, W. Durant,1951

5. Felsefe tarihi, M. Gökberk, İstanbul, 1993

6. Felsefe tarihi, A. Weber, İstanbul, 1993

7. Fəlsəfə (dərslik), Z. Hacıyev, Bakı, 2001

8. Dünya filosofları, Ə. Nicat, Bakı, 1995

9. Şərq-Qərb, S. Xəlilov, Bakı, 2004

10. Siyasi idrak və yeni mənəvi imperativ, M. Şükürov, Bakı, 2004

11. Demokratiya: gediləsi uzun yol, H. Hacızadə, Bakı

12. Qədim yunan fəlsəfəsi antologiyası, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu, Bakı, 2002

13. Dinlər, təriqətlər, məzhəblər, Z. Bünyadov, Bakı,1997

14. Fəlsəfə tarixində Fəlsəfə: Nə və necə deyilənlər haqqında kitab (dərslik). Niyazi Mehdi, Dilarə Mehdi, Bakı, 2005

15. Azərbaycan bilinmələrindən sezilən nəsnələr: Nəsnələrlə nəsnələr arasında. Niyazi Mehdi, Bakı, 2003

16. Müəllimin dərs tezisləri


Qeyd: Bu oxu materialları sadəcə olaraq bu fənnlə əlaqədar olan kitabların kiçik bir siyahısıdır. Əslində isə bu fənnin mövzuları təxminən 90-100 kitabı əhatə edir. Ona görə də, bu dərsin mövzuları ilə əlaqədar mümkün qədər çox oxumaq tələb olunur.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə