##book_id= 096//book_name= Ümumtəhsil kurikulumunun əsasları //
##fk=120//ks=04//fn=096// sumalltest= 296 //
##Fakültənin adı: Fizika və texnologiya
##İxtisas: Texnologiya müəllimliyi
##Fənnin adı: S. f. Ümumtəhsil kurikulumunun əsasları
##Bölmə: Azərbaycan Qrup № - si: 401T; 402T; 403T (əyani), 501 (Qiyabi)
##Müəllimləin adı, soyadı və atasının adı: dos.Y.İ.Alıyev, m. S.Ə.İbrahimova
##Kafedra müdiri: adı, soyadı və atasının adı: dos. Musayeva Səadət Müseyib
##Kafedra üzrə işçi qrupunun üzvləri:
1. dos. Əliyeva S. M.
2. dos. Qasımov N. V.
3. b/m. Quliyev Ə. F
Mündəricat
##1. Təhsil fəlsəfəsi. Müxtəlif təhsil fəlsəfəsi baxımından təhsil və təlim mühiti...2-7 səh.
##2. Cəmiyyətin təhsil ehtiyacları........................... ........................7-13 səh.
##3. Kurikulum və təlim strategiyaları. “Kurikulum” anlayışı. Kurikulumun növləri. Kurikulum İslahatını zəruri edən səbəblər................................ ........................ 13-19 səh.
##4. Fənn kurikulumunun məzmunu. Standart və alt - standart anlayışı. Əsas və alt - standartın funksiyaları. Bilik və faliyyətin növləri........................19-24 səh.
##5. Təhsil proqramının (kurikulumun) strukturu. Texnologiya fənn kurikulumunun məzmun komponenetləri ........................ ........................ ........................24-31 səh.
##6. Yeni təhsil proqramlarının (kurikulumların) xüsusiyyətləri. Ənənəvi təlim proqramından fərqi. Təlim məqsədi........................ ..........................................31-43 səh.
##7. Yeni təlim strategiyaları. Təlimin təşkilinə verilən tələblər. İş formaları və iş üsulları..37--43
##8. Fəal (interaktiv) təlimin xüsusiyyətləri. Fəal təlimin ənənəvi təlimdən fərqi. Fəal təlimin ənənəvi təlimdən üstünlükləri........................ ........................ ........................43-49 səh.
##9. Fəal dərsin mərhələləri. Fəal təlimin quruluşu. Motivasiyanın yaradılma yolları..49-56 səh.
##10. Təfəkkürün növlərinə uyğun tapşırıqların hazırlanmsı. İş vərəqlərinin hazırlanmasına verilən tələblər........................ ........................ ........................56-62 səh.
##11. Planlaşdırmanın növləri. Perspektiv (illik) və cari (gündəlik) planlaşdırma. Planlaşdırmanın tərtibi prinsipləri........................ ........................62-67 səh.
##12. Müasir qiymətləndirmə siyasəti. Məktəbdaxili qiymətləndirmənin növləri. Diaqnostik, formativ və summativ qiymətləndirmənin üsul və vasitələri........................68-75 səh.
##13. Məktədaxili qiymətləndirmənin aparılma qaydaları........................75-86 səh.
##14. Yeni nəsil dərsliklərlə işin xüsusiyyətləri. Dərslik komplektinin əhəmiyyəti...80-86səh.
##15. Yeni nəsil dərslikləri səciyyələndirən əsas cəhətlər. Standartların dərslikdə reallaşması........................ ........................ 86-92 səh.
##num= 1// level= 1// sumtest=20 // name= Təhsil fəlsəfəsi. Müxtəlif təhsil fəlsəfəsi baxımından təhsil və təlim mühiti //
1. Hovard Qardnerin “Müxtəlif üsullarla dərketmə” nəzəriyyəsinə əsasən verilmiş fikirlərdən biri səhvdir:
A) İnsanlar düşünməyə müxtəlif üsullarla cəlb edilirlər.
B) Hər bir insan dərketmənin yalnız bir üsulunun daşıyıcısıdır.
C) Düşünmə üsulunun düzgün müəyyən edilməsi dərketmə səviyyəsinə təsir edir.
D) İnsanlar ən azı bir formaya görə daha güclü dərketmə imkanına malikdir.
E) İnsanlarda səkkiz dərketmə forması mövcuddur.
2. Proqressivizm fəlsəfəsinə görə təhsil nə üçün lazımdır?
A) Fənlərə dair yenilikləri bilmək üçün
B) Varlığın mövcudluğunun səbəbini öyrənmək üçün
C) İnkişafı təmin etmək üçün
D) Hər hansı elm sahəsində mükəmməl bilik və bacarıqlar əldə etmək üçün
E) Həyatda düzgün qərar qəbul etmək üçün
3. Perennializm fəlsəfəsinə görə təhsil insanın ehtiyaclarını necə təmin etməlidir?
A) Təhsil öyrənənlərin intellektual ehtiyaclarının ödənilməsini təmin etməlidir.
B) Təhsil həyatın problemləri ilə üz - üzə qalmaq şəraiti yaratmalıdır.
C) Təhsil bütün insanların ehtiyacları baxımından əhəmiyyətli hesab edilən bilik və bacarıqların formalaşmasını təşkil etməlidir.
D) Təhsil ömür boyu davam etməlidir.
E) Təhsil cəmiyyətin inkişafının təminatçısıdır.
4. Havard Qardner nəzəriyyəsinə görə dərketmənin neçə üsulu var?
A) 2
B) 4
C) 5
D) 3
E) 8
5. XXI əsrdə tələb olunan bacarıqlar hansı bənddə düzgün verilmişdir?
1) yerli sənayedə peşəkar fəaliyyət üçün zəruri biliklər qazanmaq
2) bugünkü dünya iqtisadiyyatında uğur qazana bilmək
3) müasir təlim texnologiyalarından istifadə
4) internet resurslardan istifadə
5) dünya təhsil sisteminə inteqrasiya
A) 2, 3, 4, 5
B) 1, 2, 3, 5
C) 1, 2, 4, 5
D) 1, 2, 3, 4
E) 1, 3, 4, 5
6. Təhsil fəlsəfəsinə aid olan düzgün cavab variantı hansıdır?
1 - Proqressivizm
2 - Perennializm
3 - Konstruktuvizm
4 - Essensializm
5 - Eksistensializm
A) 1, 3, 4, 5
B) 1, 2, 3, 4
C) 2, 3, 4, 5
D) 1, 2, 4, 5
E) 1, 2, 3, 5
7. Müasir təhsilin əsas prinsipi:
A) şagirdləri yerli və dünya iqtisadiyyatında baş verən yeniliklərlə tanış etməkdir
B) şagirdlərdə İKT bacarıqlarını formalaşdırmaqdır
C) şagirdlərin biliklərinin qiymətləndirilməsində obyektivliyi təmin etməkdir
D) bilik və təhsil alanların sivil kompetensiyalara yiyələnməsini təmin etməkdir
E) bilik və təhsil alanları bütün ömür boyu fasiləsiz təhsilə hazırlamaqdır
8. Kurikulum hansı məsələləri əhatə etməlidir?
A) Kurikulum ədəbiyyat, tarix, riyaziyyat və təbiət fənlərinin zamanın sınağından çıxmış əsas ideyalarını əhatə etməlidir.
B) Kurikulumda əsas diqqət ona yönəlməlidir ki, şagirdlər ictimai fənlər, tətbiqi elmlər və peşə texnologiyaları üzrə problemlərin həll edərkən uğurlu üsul və vasitələr seçə bilsinlər.
C) Kurikulum ana dili, xarici dillər, tarix, riyaziyyat, təbiət elmləri, təsviri incəsənət, eləcə də fəlsəfə kimi akademik fənləri əhatə etməlidir.
D) Kurikulum ana dili, xarici dillər, tarix, riyaziyyat, təbiət elmləri, təsviri incəsənət fənlərindən nəyin və hansı müddətdə öyrədiləcəyini əks etdirməlidir.
E) Kurikulum ana dili, xarici dillər, tarix, riyaziyyat, təbiət elmləri, təsviri incəsənət fənlərindən məktəbdəb istifadə olunan bütün fəaliyyətləri əhatə etməlidir.
9. Essensializm fəlsəfəsinə görə təhsil mühiti:
A) öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa, həvəsləndirməlidir.
B) həyatın özü olmalıdır.
C) real həyatda mövcud olan materiallar və ictimai münasibətlərlə əlaqədə qurulmalıdır.
D) öyrənənlərə çoxluğun düşüncələrindən çıxış etməyi, əcdadların müəyyən etdiyi normları rəhbər tutmamağı öyrətməməlidir.
E) uşaqların intellektual imkanlarını inkişaf etdirməli olan və onları gələcəyə hazırlayan uydurma bir mühitdir.
10. Verilmiş fəlsəfi yanaşmalara görə təhsilin məqsədinə uyğun variantı hansıdır?
I - Perennializm
II - Eksistensializm
1 - Yeni təcrübəyə əsaslanaraq daim inkişaf etmək təhsilin həm əsas xüsusiyyətinə, həm də məqsədinə çevrilməlidir.
2 - Təhsil yalnız mütləq həqiqətə, ümumbəşəriliyə və dəyişməzliyə istiqmətlənməlidir.
3 - Hər bir uşağın fərd olaraq inkişafı təhsilin ən mühüm məqsədi olmalıdır.
4 - Şagirdlərin biliklərinin əsaslarını təmin etməkdən ibarətdir.
A) I - 2; II - 3
B) I - 1; II - 2
C) I - 2; II - 4
D) I - 1; II - 3
E) I - 4; II - 2
11. Proqressivizm təhsil fəlsəfəsinin tərəfdarları hesab edirlər ki, məktəbin əsas vəzifəsi:
A) real dünyanı başa düşmək üçün şagirdlərə lazım olan bilikləri çatdırmağı qarşıya məqsəd qoymalıdır.
B) insanın müxtəlif xüsusiyyətlərinə, hafizəsinə əhəmiyyət verir və əsas diqqəti şüurun inkişafına yönəldir.
C) “hərtərəfli uşaq” üçün təhsili təmin etməlidir, bütün diqqətini uşağın ehtiyaclarına və maraqlarına yönəltməlidir.
D) özünü rellaşdırma səyahətində hər bir şagirdə kömək göstərməlidir.
E) öyrənənlərin fərdi xüsusiyyətlərinə uyğun təlimin təşkilini vacib hesab edir.
12. Eksistensialistlər hesab edirlər ki, məktəbin təlim mühiti:
A) şagirdlərin şüurlu şəkildə nizam - intizam qaydalarına riayət etməsi üçün müvafiq atmosfer yaratmalıdır.
B) şagirdlərin qruplarda düşünməsini təmin edir ki, bu da yarışmanı deyil, əməkdaşlığı təmin edir.
C) şagirdləri “kitablar dünyası” ilə əhatə etməli, intellektual və tənqidi düşünmə şəraitində şəxsiyyətin tərbiyəsini təşkil etməlidir.
D) şagirdləri elə gerçək azadlıqla təmin edir ki, bu şəritdə şagirdlər öz həyat həqiqətlərini tapa bilsinlər və müstəqil şəkildə öz seçimlərini edə bilsinlər.
E) şagirdləri şüurlu şəkildə innovativ texnikalardan istifadəyə istiqamətləndirməlidir.
13. Essensialistlər hesab edirlər ki, məktəbin təlim mühiti:
A) şagirdləri “kitablar dünyası” ilə əhatə etməli, intellektual və tənqidi düşünmə şəraitində şəxsiyyətin tərbiyəsini təşkil etməlidir.
B) şagirdlərin qruplarda düşünməsini təmin edir ki, bu da yarışmanı deyil, əməkdaşlığı təmin edir.
C) şagirdləri elə gerçək azadlıqla təmin edir ki, bu şəritdə şagirdlər öz həyat həqiqətlərini tapa bilsinlər və müstəqil şəkildə öz seçimlərini edə bilsinlər.
D) şagirdlərin şüurlu şəkildə nizam - intizam qaydalarına riayət etməsi üçün müvafiq atmosfer yaratmalıdır.
E) şagirdləri şüurlu şəkildə innovativ texnikalardan istifadəyə istiqamətləndirməlidir.
14. Mənimsəməni təmin edən təlim necə baş verməlidir? Verilmiş fəlsəfi yanaşmalara uyğunardıcıllığı müəyyən et.
I - Proqressivizm
II - Perennializm
III - Essensializm
IV - Eksistensializm
1 - Şagirdlər bir neçə alternativ versiyadan birinin seçilməsinə cəlb ediləndə mənimsəməni təmin edən təlim baş verir.
2 - Şagirdlər problem həllinə əsaslanan layihələrə cəlb edilməklə praktik məsələlərdən nəzəri prinsiplərə doğru istiqamətləndirilir.
3 - Mənimsəməni təmin edən təlim, şagirdləri daimi dünya ilə tanış edən oxu zamanı baş verir.
4 - Mənimsəməni təmin edən təlim o zaman baş verir ki, şagirdlər fənn üzrə biliklərini daha da genişləndirməyə ciddi cəhdlər göstərir.
A) I - 4; II - 1; III - 4; IV - 2
B) I - 1; II - 2; III - 3; IV - 4
C) I - 2; II - 4; III - 1; IV - 3
D) I - 3; II - 2; III - 1; IV - 4
E) I - 2; II - 3; III - 4; IV - 1
15. Proqressivizm təhsil fəlsəfəsinə görə müəllimin rolu:
A) Müəllim şagirdin nailiyyət səviyyəsini müəyyənləşdirərkən və ya araşdırarkən öz prinsiplərini, əhəmiyyət verdiyi dəyərləri və onların əhəmiyyətliliyinin səbəblərini öyrənənlərə təqdim etməlidir.
B) Müəllim şagirdləri ilə düşünülmüş şəkildə davranmalıdır.
C) Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir.
D) Şagirdin təlimi rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fənn biliklərinə deyil, öyrənənlərin maraqlarına əsaslanır.
E) Müəllim məsuliyyətli rəhbərdir, yeniyetmələr böyüklərin xüsusiyyətlərini və tələblərini dərk edənə qədər böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rolu oynayır.
16. Perenializm təhsil fəlsəfəsinə görə müəllimin rolu:
A) Müəllim şagirdin nailiyyət səviyyəsini müəyyənləşdirərkən və ya araşdırarkən öz prinsiplərini, əhəmiyyət verdiyi dəyərləri və onların əhəmiyyətliliyinin səbəblərini öyrənənlərə təqdim etməlidir.
B) Müəllim şagirdləri ilə düşünülmüş şəkildə davranmalıdır. Onlar təlimi insanın maraqlarını ən yüksək səviyyədə əks etdirən yazılara, ədəbiyyata əsaslanmalıdır.
C) Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir.
D) Şagirdin təlimi rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fəənn biliklərinə deyil, öyrənənlərin maraqlarına əsaslanır.
E) Müəllim məsuliyyətli rəhbərdir, yeniyetmələr böyüklərin xüsusiyyətlərini və tələblərini dərk edənə qədər böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rolu oynayır.
17. Proqressivizim təhsil fəlsəfəsinə görə “öyrənən” kimdir?
A) Öyrənən düşünən və hiss edən (idraklı və intuisiyalı) varlıqdır
B) Öyrənən intellekt və emosiyalardan ibarət olan unikal, azad və məsuliyyətli yaranmışdır.
C) Öyrənən təcrübə aparan orqanizmdir.
D) Öyrənən bilik və bacarıqların daşıyıcısıdır.
E) Öyrənən öyrəndiklərini yeri gəəndə istifadə edə bilər.
18. Essensializm təhsil fəlsəfəsinə görə “öyrənən” kimdir?
A) Öyrənən tədqiqatçıdır, araşdırmaçıdır.
B) Öyrənən təcrübə aparan orqanizmdir.
C) Öyrənən intellekt və emosiyalardan ibarət olan unikal, azad və məsuliyyətli yaranmışdır.
D) Öyrənən düşünən və hiss edən (idraklı və intuisiyalı) varlıqdır.
E) Öyrənən bilik və bacarıqların daşıyıcısıdır. Öyrənən öyrəndiklərini yeri gəəndə istifadə edə bilər.
19. Perennializm təhsil fəlsəfəsinə görə hansı təlim üsullarına üstünlük verilməlidir?
A) Mühazirələr, oxu və müzakirələr intellektin yüksəldilməsi üçün üstünlük verilən üsullar olmalıdır.
B) Layihələr üsuluna üstünlük verilməlidir və bu üsul vasitəsilə şagirdlər problemlərin həll edilməsinə istiqamətləndirilməlidirlər.
C) Nümayişlər bilik və bacarıqların tədrisində əhəmiyyətli hesab edilir.
D) Sokrat dialoqu (suallara əsaslanan mükalimələr zamanı cavabların əldə edilməsi) şagirdlərin özünütəsdiqi üçün üstünlük verilməli üsuldur.
E) Qruplarla iş formasına üstünlük verilməlidir.
20. Eksistensializm təhsil fəlsəfəsinə görə hansı təlim üsullarına üstünlük verilməlidir?
A) Qruplarla iş formasına üstünlük verilməlidir.
B) Mühazirələr, oxu və müzakirələr intellektin yüksəldilməsi üçün üstünlük verilən üsullar olmalıdır.
C) Layihələr üsuluna üstünlük verilməlidir və bu üsul vasitəsilə şagirdlər problemlərin həll edilməsinə istiqamətləndirilməlidirlər.
D) Nümayişlər bilik və bacarıqların tədrisində əhəmiyyətli hesab edilir.
E) Sokrat dialoqu (suallara əsaslanan mükalimələr zamanı cavabların əldə edilməsi) şagirdlərin özünütəsdiqi üçün üstünlük verilməli üsuldur.
Dostları ilə paylaş: |