##Fakültənin adı: Fizika və texnologiya ##İxtisas: Texnologiya müəllimliyi ##Fənnin adı


##num= 8// level= 1// sumtest=20 // name= Fəal (interaktiv) təlimin xüsusiyyətləri. Fəal təlimin ənənəvi təlimdən fərqi. Fəal təlimin ənənəvi təlimdən üstünlükləri //



Yüklə 411,97 Kb.
səhifə8/14
tarix19.12.2018
ölçüsü411,97 Kb.
#86296
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

##num= 8// level= 1// sumtest=20 // name= Fəal (interaktiv) təlimin xüsusiyyətləri. Fəal təlimin ənənəvi təlimdən fərqi. Fəal təlimin ənənəvi təlimdən üstünlükləri //


1. Fəal (1) və ənənəvi (2) dərslərin quruluşunda fərq düzgün göstərilməyib.

A) 1 - də motivasiya, refleksiya mərhələləri var, 2 - də isə yoxdur

B) 1 - də biliklər dərsin ilkin mərhələlərində, 2 - də isə dərsin sonuna yaxın əldə olunur

C) 1 - də təlim prosesin mərkəzi tədqiqatıdır, 2 - də isə mühazirədir

D) 1 - də tətbiqetmə produktiv xarakter daşıyır, 2 - də isə reproduktiv

E) 1 - də ev tapşırığı çox olur, 2 - də sinifdə uşaq çox işləyir

2. İnteraktiv pedaqogika anlayışını ilk dəfə elmə kim daxil etmişdir?

A) Con Dyu

B) Hans Fris

C) Komenski

D) Uşinski

E) Pestoletsi

3. Fəal interaktiv təlimin xüsusiyyətlərinin düzgün ardıcılığını seçin.

A) Təfəkkürə əsaslanması; Bilik mənbələrinin müxtəlif olması; Təlim vəsaitlərinin və tapşırıqların yeniliyi və müxtəlifliyi.

B) Şagirdlərin dərs zamanı fəallığı, dərsin əvvəlində problemin qoyulması və dərsin girişinin həmin problemin həllinə yönəlməsi; təlimin subyekt - subyekt xarakter daşıması; Dərsin tədqiqat şəklində keçirilməsi; Dərsin dialoq formada aparılması; Müəllim və şagirdlər arasında qarşılıqlı əks - əlaqənin yaradılması; Qrup işindən istifadə, şagirdlərin birgə fəaliyyəti; Təlim vəsaitlərinin və tapşırıqların yeniliyi və müxtəlifliyi; İş vərəqlərinin istifadəsi; Biliklərin yaradıcı tətbiq olunması; Təfəkkürə əsaslanması; Bilik mənbələrinin müxtəlif olması.

C) Dərsin tədqiqat şəklində keçirilməsi; Təlim vəsaitlərinin və tapşırıqların yeniliyi və müxtəlifliyi; Şagirdlərin dərs zamanı fəallığı.

D) İş vərəqlərinin istifadəsi; Bilik mənbələrinin müxtəlif olması; Təfəkkürə əsaslanması.

E) Dərsin dialoq formada aparılması; Şagirdlərin dərs zamanı fəallığı; İş vərəqlərinin istifadəsi.

4. Fəal interaktiv təlimin mahiyyəti nədən ibarətdir?

A) Tədris prosesində bütün şagirdlər müntəzəm fəal və qarşılıqlı fəal surətdə idarə edirlər.

B) Şagirdlərin tədqiqat işlərində biliklərə yiyələnməsi bacarıqların formalaşmasında mühüm rol oynayır.

C) Şagirdlər təlimatlandırılır, təlimatda nəyin müqayisə olunacağı qeyd edilir.

D) Şagirdlər hazırlanmış sualın cavabını toplayırlar. Yeni məlumat cədvələ yazılır.

E) Şagirdlərin tədqiqat işini təşkil edən vasitədir.

5. Ənənəvi təlimlə fəal təlimin fərqi hansı bənddə dügün verilmişdir?

A) Ənənəvi təlimdə yeni biliklər dərsin axırında şagirdin özü vasitəsilə tədqiqat nəticəsində əldə edilir, interaktiv təlimdəisə şagirddən daha gərgin və ciddi iş tələb edən tədris situasiyaları yaradılmır.

B) Ənənəvi təlimdə yeni biliklər dərsin axırında şagirdin özü vasitəsilə tədqiqat nəticəsində əldə edildiyi halda, interaktiv təlimdə əldə edilən yeni məlumatlar şagirdlərə müəllim tərəfindən çatdırılır.

C) Ənənəvi təlimdə yeni məlumatlar şagirdlərə müəllim tərəfindən çatdırıldığı halda, interaktiv təlimdə bu biliklər dərsin axırında şagirdlərin özü vasitəsilə tədqiqat nəticəsində əldə edilir.

D) Ənənəvi təlim şagirdə daha gərgin və ciddi iş tələb edən tədris situasiyaları yaratmağa imkan verir. İnteraktiv təlimdə yeni biliklər dərsin axırında şagirdin özü vasitəsilə tədqiqat nəticəsində əldə edilir.

E) Ənənəvi və interaktiv təlimdə yeni biliklər dərsin sonunda müəllimin köməyi ilə əldə edilir.

6. Fəal dərsin quruluşu qeyd edilən düzgün ardıcıllığı seçin.

A) Produktiv; Tədqiqatın aparılması; Məlumatın müzakirəsi.

B) Tədqiqatın aparılması; Produktiv; Motivasiya; Nəticələrin çıxarılması.

C) Məlumatın müzakirəsi və təşkili; Tədqiqatın aparılması; Motivasiya.

D) Motivasiya; Tədqiqatın aparılması; Məlumatın mübadiləsi; Məlumatın müzakirəsi və təşkili; Nəticələrin çıxarılması; Produktiv.

E) Motivasiya; Produktiv; Nəticələrin çıxarılması; Məlumatın müzakirəsi.

7. İnteraktivlik sözünün mənası

A) “İnter” – arasında qarışıq, “akt” - fəaliyyət mənasını verir.

B) “Akt” – qarışıq, “inter” – fəaliyyət mənasını verir.

C) “İnter” – daxil, “akt” - fəaliyyət mənasını verir.

D) “Akt” - daxil, “inter” – fəaliyyət mənasını verir.

E) “İnter” – arasında, “akt” – daxil mənasını verir.

8. Fəal təlimin xüsusiyyətləri hansılardır?

A) Monoloji təlim, şagirdlər fəaldır, tədris avtoritardır.

B) Müəllim əsas bilik mənbəyi kimi, şagirdlər passivdir

C) Şagirdlər fəaldır, hafizəyə əsaslanır, dialoji təlim

D) Bilik mənbələri müxtəlifdir, monoloji təlim

E) Təfəkkürə əsaslanır, bilik mənbələri müxtəlifdir

9. Fəal təlim aid olanları qeyd edin?

A) Hamısına

B) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa əsaslanır.

C) Biliklərin müstəqil və müəllimin köməyi ilə əldə edilməsi üçün şəraitin yaradılmasına.

D) Heç birinə

E) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına.

10. Biri fasilitasiya qaydalarına aid deyil.

A) Psixoloji dəstək

B) Fəaliyyətin stimullaşdırılması

C) Məlumatla təminetmə

D) Təşkilati dəstək

E) Motivasiyanın düzgün qurulması

11. Fəal təlimi xarakterizə edən 3 xüsusiyyəti göstər:

1 - Təlimin subyek - subyekt xarakter daşıması

2 - Bilik mənbələri müxtəlifdir

3 - Monoloji təlim

4 - Biliklərin yaradıcı tətbiqi

5 - Müəllim əsas bilik mənbəyidir

A) 1, 2, 4

B) 2, 3, 4

C) 1, 3, 5

D) 2, 4, 5

E) 2, 3, 5

12. Fəal təlim zamanı şagirdlərin fəallığına və biliklərin səmərəli mənimsənilməsinə şərait yaradan nədir?

A) Məlumatın müəllim tərəfindən verilməsi

B) Təfəkkürün fəallaşması

C) Biliklərin hafizəyə əsaslanması

D) Dərs prosesində yalnız hafizəyə əsaslanmış biliklərdən düzgün istifadə edilməsi

E) Təlimin subyekt - obyekt şəraitində qurulması

13. Fasilitasiyanın məqsədi nədən ibarətdir?

A) Qrupda diskussiyanın təşkili

B) Şagirdlərin öz qabiliyyətlərinin gerçəkləşməsinə yönəlmişdir

C) Fikri lazım olan istiqamətə yönəldir

D) Biliklərin əldə edilməsi prosesində bələdçi rolunu oynayır

E) Uşqalarda birgəfəaliyyət bacarıqlarının inkişafı

14. Uyğunluğu müəyyən edin.

1 - ənənəvi təlim

2 - fəal təlim

a - monoloji təlim

b - dialoji təlim

c - şagirdlər passivdir

d - təfəkkürə əsaslanır

e - şagirdlər yeni bilikləri müəllimin məlumatları və izahlarını qavrama və yadda saxlama əsasında mənimsəyirlər

A) 1 – c, e; 2 –a, b, d

B) 1 – a, c; 2 – b, d, e

C) 1 – d, b; 2 – a, c, e

D) 1 – a, e, d; 2 – c, d

E) 1 – a, c, e; 2 – b, d

15. Ənənəvi təlimə məxsus xüsusiyyətlər hansılardır?

1 - təfəkkürə əsaslanır

2 - tədrisdə avtoritar üslub

3 - dialoji təlim

4 - şagirdlər fəaldır

5 - monoloji təlim

6 - şagirdlər yeni bilikləri tədqiqat zamanı dərk edirlər

7 - müəllim - əsas bilik mənbəyi kimi

A) 2, 5, 7

B) 1, 3, 6

C) 3, 4, 7

D) 4, 5, 6

E) 1, 2, 3

16. Fəal təlimin prinsiplərinə aid olanları seçin.

1 - İnkişafetdirici təlim prinsipi

2 - Humanistləşdirmə prinsipi

3 - İnteqrasiya prinsipi

4 - Qabaqlayıcı təlim prinsipi

5 - Demokratikləşdirmə prinsipi

6 - Əməkdaşlıq prinsipi

A) 4, 5, 6

B) 2, 3, 5

C) 3, 4, 6

D) 1, 3, 4

E) 1, 4, 6

17. Dərs prosesində müəllimlə şagird arasında qarşılıqlı əlaqə, münasibət, ünsiyyət, müəllim - şagird əməkdaşlığı vardır. Bu xüsusiyyətlər hansı təlim metoduna aiddir?

A) Interaktiv təlim

B) Ənənəvi təlim

C) Monoloji təlim

D) Fəal təlim

E) Dialoji təlim

18. Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin müzakirədə və qrupun işində iştirakı təmin edilməlidir. Söhbət təlimin hansı prinsipindən gedir?

A) Əməkdaşlıq prinsipi

B) Qabaqlayıcı təlim prinsipi

C) Dialoji təlim prinsipi

D) İnkişafetdirici təlim prinsipi

E) Şəxsiyyətə yönəlmiş təlim prinsipi

19. “Təlimdə müəllim şagirdə təsir göstərdiyi kimi, şagirdlər də müəllimə təsir göstərir. Müəllim şagirdə öyrətdiyi kimi, müəllim özü də şagirddən öyrənir. Qarşılıqlı dialoq hökm sürür. ” Deyilənlərhansı təlim üsuluna aiddir?

A) Ənənəvi təlim

B) Fəal təlim

C) Proqramlaşdırılmış təlim

D) İnteraktiv təlim

E) Kompyuterləşdirilmiş təlim

20. Verilənlərdən fəal təlimə aid olanları seçin.

1 - Şagirdlərin fikri nəzərə alınmır, müəllim şərh edəndir.

2 - Şagirdin fikri əsasdır, dərs avtoritar rejimdədir.

3 - Müəllim fasilitatordur, şagird tədqiqatçıdır.

A) yalnız 1

B) 1 və 2

C) 2 və 3

D) yalnız 3

E) 1 və 3

Yüklə 411,97 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin