##Fakültənin adı: Fizika və texnologiya ##İxtisas: Texnologiya müəllimliyi ##Fənnin adı


##num= 6// level= 1// sumtest=20 // name= Yeni təhsil proqramlarının (kurikulumların) xüsusiyyətləri. Ənənəvi təlim proqramından fərqi. Təlim məqsədi //



Yüklə 411,97 Kb.
səhifə6/14
tarix19.12.2018
ölçüsü411,97 Kb.
#86296
1   2   3   4   5   6   7   8   9   ...   14

##num= 6// level= 1// sumtest=20 // name= Yeni təhsil proqramlarının (kurikulumların) xüsusiyyətləri. Ənənəvi təlim proqramından fərqi. Təlim məqsədi //


1. Texnologiya fənn kurikulumunun səciyyəvi xüsusiyyətlərinə aid olan cavab variantı hansıdır?

1 - Bilikyönümlüdür

2 - Şəxsiyyətyönümlü

3 - Müəllimyönümlü

4 - Təklifyönümlü

5 - Tələbyönümlü

6 - Şagirdyönümlü

A) 1, 2, 4

B) 1, 2, 5

C) 2, 5, 6

D) 2, 3, 5

E) 3, 4, 6

2. Texnologiya fənn kurikulumunun səciyyəvi xüsusiyyətlərinə aid olmayan cavab variantı hansıdır?

A) İnkişafyönümlü

B) Şəxsiyyətyönümlü

C) Təklifyönümlü

D) Tələbyönümlü

E) Şagirdyönümlü

3. Öz səciyyəvi xüsusiyyətlərinə görə təhsil proqramlarına uyğun variant hansıdır?

I - ənənəvi texnologiya fənni üzrə təhsil proqramı

II - yeni texnologiya fənni üzrə təhsil proqramı (kurikulum)

1 - Bilikyönümlüdür

2 - Şəxsiyyətyönümlüdür

3 - Şagirdyönümlüdür

4 - Müəllimyönümlüdür

5 - Nəticəyönümlüdür

6 - Fənyönümlüdür

A) I - 3, 4, 5; II - 1, 2, 6

B) I - 1, 2, 3; II - 4, 5, 6

C) I - 1, 3, 5; II - 2, 4, 6

D) I - 2, 3, 5; II - 1, 4, 6

E) I - 4, 5, 6; II - 1, 2, 3

4. Fərdin, dövlətin və cəmiyyətin dəyişən ehtiyacını fəal dərsin hansı xüsusiyyəti nəzərə alır?

A) İnkişafyönümlülük

B) İnteqrativlik

C) Nəticəyönümlülük

D) Şagirdyönümlülük

E) Tələbyönümlülük

5. “Tələbyönümlülük” deyəndə nə nəzərdə tutulur?

A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması

B) Məktəbin tələbatının nəzərə alınması

C) Şagirdin tələbatının nəzərə alınması

D) Məktəbin və ailənin tələbatının nəzərə alınması

E) Uşağın yaş və fərdi xüsusiyyətinin nəzərə alınması

6. Şəxsiyyətyönümlülük dedikdə kurikulumda nə nəzərdə tutulur?

A) Ensiklopedik biliyə malik insanın yetişdirilməsi.

B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.

C) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması.

D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

E) Təhsilin məzmun komponentlərinin bir - biri ilə sistemli şəkildə əlaqələndirilməsi.

7. “Nəticəyönümlülük”dedikdə kurikulumda nə nəzərdə tutulur?

A) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi.

B) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi.

C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması.

D) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.

E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

8. Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:

A) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir.

B) Təklifyönümlüdür.

C) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.

D) Müəllimyönümlüdür.

E) Bilikyönümlüdür.

9. “Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?

A) Təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir.

B) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

C) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanın mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir

D) Тəhsilin məzmun komponentlərinin bir - biri ilə sistemli şəkildə əlaqələndirilməsidir.

E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.

10. Dərsin təlim məqsədinin reallaşdırılmasında nələrə diqqət yetirilməlidir? Sadalananlardan uyğun variantı seçin.

1 - Təlim məqsədi ölçüləbilən olmalıdır.

2 - Təlim məqsədi fənnin məqsədinə uyğun olmasada, şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun olmalıdır.

3 - Təlim məqsədi yerli şəraitə, məktəbin maddi - texniki bazasına uyğun olmalıdır.

4 - Təlim məqsədi əsas standarta əsasən müəyyən edilir.

A) 1, 3

B) 1, 2

C) 3, 4

D) 2, 4

E) 2, 3

11. Təhsilin məzmun komponentlərinin bir - biri ilə və həyatla sistemli əlaqəsini yeni təhsil proqramının (kurikulumun) hansı xüsusiyyəti nəzərə alır?

A) Qiymətləndirmə standartı və mexanizmləri

B) Tələbyönümlülük

C) Şagirdyönümlülük

D) Nəticəyönümlülük

E) İnteqrativlik

12. Uyğunluğu müəyyən edin.

1 - Təhsilin məzmun komponentlərinin bir - biri ilə və həyatla sistemli şəkildə əlaqələndiriməsidir.

2 - Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

3 - Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.

a - şəxsiyyətyönümlülük

b - nəticəyönümlülük

c - inteqrativlik

A) 1b; 2с; 3a

B) 1b; 2a; 3с

C) 1a; 2b; 3с

D) 1с; 2b; 3a

E) 1c; 2a; 3b

13. Yeni təhsil proqramlarının (kurikulumların) şəxsiyyətyönümlülük xüsusiyyətinin təsviri hansı bənddə düzgün verilmişdir?

A) Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

B) Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

C) Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir

D) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin potensial imkanlarının inkişafına xidmət etməsidir.

E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.

14. Uyğunluğu müəyyənləşdirin.

1 - Fənyönümlü təhsil proqramları (kurikulumlar)

2 - Şəxsiyyətyönümlü təhsil proqramları (kurikulumlar)

a - Məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir.

b - Bilavasitə həayti bacarıq və vərdişlərə üstünlük veriliməsi ilə fərqlənir.

c - Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalır.

d - Inteqrativ məzmunu ilə seçilir.

A) 1 – a, c; 2 – b, d

B) 1 – b, c; 2 – a, d

C) 1 – a, b; 2 – c, d

D) 1 – b, d; 2 – a, c

E) 1 – a, d; 2 – c, b

15. Yeni tədris proqramının xüsusiyyətinə aid deyil.

1 - Təklifyönümlüdür

2 - Bilikyönümlüdür

3 - Şəxsiyyətyönümlüdür

4 - Şagirdyönümlüdür

5 - Fənyönümlüdür

6 - Nəticəyönümlüdür

A) 1, 2, 3

B) 3, 4, 6

C) 4, 5, 6

D) 2, 3, 5

E) 1, 3, 5

16. Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin potensial imkanlarının inkişafına xidməti nəzərdə tutulmasını yeni təhsil proqramının hansı xüsusiyəti tələb edir?

A) Inteqrativlik

B) Nəticəyönümlülük

C) Şagirdyönümlülük

D) Şəxsiyyətyönümlülük

E) Tələbyönümlülük

17. İnteqraktivlik dedikdə kurikulumda nəzərdə tutulur?

A) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi.

B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.

C) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

D) Təhsilin məzmun komponentlərinin bir - biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir

E) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi.

18. Qiymətləndirmə standartları dedikdə kurikulumda nə nəzərdə tutulur?

A) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

B) Məktəbin tələbatının nəzərə alınması

C) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması

D) Ensiklopedik biliyə malik insanın yetişdirilməsi.

E) Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

19. Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasını yeni təhsil proqramının (kurikulumun) hansı xüsusiyyəti tələb edir?

A) Müəllimyönümlülük

B) Şəxsiyyətyönümlülük

C) Fənyönümlülük

D) Tələbyönümlülük

E) İnteqrativlik

20. Yeni təhsil proqramının xüsusiyyətlərinə aid olanları müəyyən edin.

1 - Fənyönümlüdür

2 - Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib

3 - Təklifyönümlüdür

A) yalnız 3

B) 1 və 2

C) 2 və 3

D) yalnız 2

E) heç biri

Yüklə 411,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin