##Fakültənin adı: Fizika və texnologiya ##İxtisas: Texnologiya müəllimliyi ##Fənnin adı


##num= 4// level= 1// sumtest=19 // name= Fənn kurikulumunun məzmunu. Standart və alt - standart anlayışı. Əsas və alt - standartın funksiyaları. Bilik və faliyyətin növləri //



Yüklə 411,97 Kb.
səhifə4/14
tarix19.12.2018
ölçüsü411,97 Kb.
#86296
1   2   3   4   5   6   7   8   9   ...   14

##num= 4// level= 1// sumtest=19 // name= Fənn kurikulumunun məzmunu. Standart və alt - standart anlayışı. Əsas və alt - standartın funksiyaları. Bilik və faliyyətin növləri //


1. Ümumtəhsil məktəblərində texnologiya fənninin tədrisində məqsəd:

A) yeni sosial - iqtisadi şəraitdə istifadə olunan müasir texnika və texnologiya ilə ətraflı tanış etmək

B) şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaratmaq

C) peşə təhsilinə marağını artırmaq, texniki təfəkkürünu inkişaf etdirmək

D) məişət mədəniyyəti və texnika elementləri barədə bilik və bacarıqları inkişaf etdirmək, ilkin təsəvvürlər formalaşdırmaq

E) emal texnologiyalarına dair istehsalatdakı yeni bilikləri gənc nəslə ötürmək, onları maarifləndirmək

2. Texnologiya fənninin məqsədi:

A) şagirdlərin müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək bacarıq və vərdişlərinə yiyələndirmələrini təmin etmək

B) yeni sosial - iqtisadi şəraitdə şagirdlərin universal istehsal sahələri barədə bilik və bacarıqlara yiyələnmələrini təmin etmək

C) müasir dövrün texnika və texnologiyaları ilə şagirdləri məlumatlandırmaq, onların texniki savadlılığını artırmaq

D) şagirdlərin öyrəndiyi yeni faktların, əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi təmin etmək

E) şagirdlərin emal texnologiyalar haqqında əldə etdiyi biliyin praktik əhəmiyyətini onlara aşılamaq

3. “Bu növ kurikulum fənn sahələri üzrə təlimin standartlaşdırılmasına xidmət edir. Bu əksər hallarda əsas təlim məqsədləri ətrafında cəmləşir və ayrı - ayrı fənlərlə bağlı bilikləri əhatə edir”. Qeyd olunsn fikir kurikulumun hansı növü haqqındadır?

A) Fənlərə əsaslanan kurikulum

B) Qeyri - rəsmi kurikulum

C) İnteqrasiya olunmuş kurikulum

D) Əhatəli kurikulum

E) Nəticələrə əsaslanan kurikulum

4. “2. 2. 1. Əl alətlərindən istifadə edir. ” verilmiş alt - standart hansı bilik və fəaliyyət növünə aiddir?

A) prosedural bilik – ünsiyyət fəaliyyət

B) deklarativ bilik – ünsiyyət fəaliyyət

C) kontestual bilik – psixomotor fəaliyyət

D) deklarativ bilik – psixomotor fəaliyyət

E) prosedural bilik – idraki fəaliyyət

5. Məzmun standartı neçə hissədən ibarətdir?

A) 4

B) 1

C) 3

D) 5

E) 2

6. Aşağıdakılardan biri əsas standartın funksiyasıdır:

A) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.

B) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.

C) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.

D) Təlim üsullarının seçilməsini təmin edir.

E) Təlimdə inteqrativliyi təmin edir.

7. Alt - standartın funksiyalarını aid olanı seçin:

1 - Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.

2 - Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.

3 - Təlimdə inteqrativliyi təmin edir.

4 - Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir.

5 - Təlimin məzmununun davamlı inkişafını təmin edir.

A) 1, 2, 3, 4

B) 1, 2, 3, 5

C) 2, 3, 4, 5

D) 1, 3, 4, 5

E) 1, 2, 4, 5

8. Biliyin və fəaliyyətin kateqoriyaları hansı bənddə düzgün verilmişdir?

1 - Deklorativ, prosedural, kontekstual, idrak, ünsiyyət, psixomotor

2 - Standart, prosedural, kontekstual, idrak, ünsiyyət, strategiya

3 - Bacarıq, dəyər, səriştə, bilik, ünsiyyət, nitq

4 - İdrak, ünsiyyət, psixomotor, kompetensiya, nəticə

5 - Kontekstual, idrak, nitq, kompetensiya, nəticə

A) 3

B) 2

C) 1

D) 4

E) 5

9. Bilik kateqoriyasına aid olanı seçin.

A) Deklarativ

B) Psixomotor

C) İdraki

D) Ünsiyyət

E) Emosional - affektiv

10. Aşağıdakılardan hansı idrak taksonomiyasının səviyyələrinə aid deyil?

A) Sintez

B) Dəyərləndirmə

C) Analiz

D) Anlama

E) Müqayisə etmə

11. İdrak taksonomiyaları kim tərəfindən və neçənci ildə təsnif olunub?

A) D. Krasslov, 1964

B) E. J Simpson, 1972

C) K. D Mur, 1972

D) Benjamen Blum, 1956

E) J. J. Russo, 1956

12. Aşağıdakı ifadələrdən hansılar alt - standartlara aid deyil?

A) Təhsil pillələri üzrə dəyişməz qalır.

B) Əsas standartın tərkib hissəsi olub ona xidmət edir.

C) Təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir.

D) Təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir.

E) Əsas standartda ifadə olunmuş fikrin müəyyən bir hissəsidir.

13. Blum taksonomiyaların səviyyələrinin ardıcıllığı hansı bənddə düzgün verilmişdir?

1 - İdraki

2 - Ünsiyyət (Emosional)

3 - Psixomotor

A) 2, 1, 3

B) 2, 3, 1

C) 3, 2, 1

D) 3, 1, 2

E) 1, 2, 3

14. Yanlış variantı müəyyən edin.

A) Deklarativ bilik növü hər hansı bir anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir.

B) Alt - standartın bilik komponenti mövzunu müəyyən etməyə kömək edir.

C) Prosedural bilik məlumat xarakterli biliklərdir.

D) Kontekstual bilik hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyalara tətbiq edildikdə yeni məna olan proseslər kimi dəyərləndirməsidir.

E) Alt –standartın fəaliyyət komponenti təlimin strategiyalarını müəyyən etməyə kömək edir.

15. Bunlardan hansı alt - standartı səciyyələndirmir?

A) Əsas standartdakı məlumatı aydınlaşdırır.

B) Təlim strategiyalarının seçilməsinə şərait yaradır.

C) 2 rəqəmlə kodlaşdırılır

D) 3 rəqəmlə kodlaşdırılır.

E) Sinifdən - sinifə keçdikcə dəyişir.

16. V sinifdə emal texnologiyaları məzmun xətti üzrə əsas standartlara aid olmayan cavab variantı hansıdır?

A) Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

B) Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.

C) Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

D) Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.

E) Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir.

17. V sinifdə məişət mədəniyyəti məzmun xəttinə aid alt - standartları düzgün verildiyi vcavab variantı hansıdır?

1 - Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.

2 - Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir.

3 - Ailə büdcəsi və onun formalaşmasını şərh edir.

4 - Məmulatların spesifikasiyasını şərh edir.

A) 1, 2, 4

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 3, 4

E) yalnız 4

18. V sinifdə texnika elementləri məzmun xəttinə aid alt - standartlar hansılardır?

1 - Əl alətlərini təsnif edir.

2 - Texnoloji maşın cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdir.

3 - Əl alətlərindən istifadə edir.

4 - Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur təsnif edir.

A) 2, 3, 4

B) 1, 2, 3

C) 1, 3, 4

D) 1, 2, 4

E) yalnız 2

19. Bir alt - standartı reallaşdırmaq üçün neçə təlim nəticəsi müəyyənləşdirmək olar?

A) Alt - standart əsasında təlim nəticəsi çıxarılmamalıdır.

B) Ən çoxu iki

C) Yalnız bir

D) Standart tələb etsə də, yalnız iki - üç

E) Standartın reallaşmasına xidmət edəcək qədər

Yüklə 411,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin