##Fakültənin adı: Fizika və texnologiya ##İxtisas: Texnologiya müəllimliyi ##Fənnin adı


##num= 3// level= 1// sumtest=20 // name= Kurikulum və təlim strategiyaları. “Kurikulum” anlayışı. Kurikulumun növləri. Kurikulum İslahatını zəruri edən səbəblər //



Yüklə 411,97 Kb.
səhifə3/14
tarix19.12.2018
ölçüsü411,97 Kb.
#86296
1   2   3   4   5   6   7   8   9   ...   14

##num= 3// level= 1// sumtest=20 // name= Kurikulum və təlim strategiyaları. “Kurikulum” anlayışı. Kurikulumun növləri. Kurikulum İslahatını zəruri edən səbəblər //


1. Aşağıdakı anlayışlardan hansı texnologiya fənn kurikulumuna aid deyil?

A) məzmun standartı

B) həftəlik dərs saatlarının miqdarı

C) ümumi təlim nəticələri

D) qiymətləndirmə standartı

E) inteqrasiya cədvəli

2. “_________ təlimin məzmunu, təşkili və qiymətləndirilməsilə bağlı bütün məlumatları özündə əks etdirən konseptual sənəddir” nöqtələrin yerinə uyğun sözü seçin.

A) Kurikulum

B) Fasilitator

C) Fəal təlim

D) Məzmun xətti

E) Motivasiya

3. Aşağıdakılardan hansı texnologiya fənn kurikulumunun səciyyəvi cəhətidir?

A) Müəllimyönümlüdür

B) Bilikyönümlüdür

C) Nəticəyönümlüdür

D) Fənyönümlüdür

E) Təklifyönümlüdür

4. Kurikuluma nə daxil deyil?

A) Qiymətləndirmə mexanizmləri

B) Təlim strategiyaları

C) Məzmun standartları

D) Təhsil qanunu

E) Standartların şərhi

5. Texnologiya təhsil proqramında (kurikulumunda) fənnin məzmunu necə verilmişdir?

A) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri - standartlar formasında

B) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri - standartlar formasında

C) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında

D) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri - standartlar formasında

E) şifahi şəkildə ifadə edilən təlim nəticələri – standartlar formasında

6. Ənənəvi təhsil necə təhsil idi?

A) Təfəkküryönümlü

B) Tənqidyönümlü

C) Şəxsiyyətyönümlü

D) Təlimyönümlü

E) Hafizəyönümlü

7. Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) sənədinin məzmun komponentlərini xronoloji ardıcıllıqla düzülüşü hansı bənddə verilmişdir?

1 - Ümumi təhsilin məzmununu

2 - Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərinin səviyyəsi

3 - Ümumi təhsilin maddi – texniki və tədris bazası

4 - Ümumi təhsilin idarə olunması

5 - Ümumi təhsilin infrastrukturu

A) 4, 3, 6, 5, 2

B) 1, 4, 5, 3, 2

C) 4, 2, 5, 3, 6

D) 3, 1, 2, 4, 6

E) 5, 6, 3, 4, 2

8. Kurikulum islahatını zəruri edən səbəblər hansı bənddə düzgün verilmişdir.

1 - İnformasiya əsrinin tələbləri

2 - Ənənəvi təlim

3 - Məzmun xətti

4 - Məzmun standartları

5 - Mövcud təlim proqramlarının müasir tələblərə cavab verməməsi

6 - Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid

A) 5, 3, 6

B) 4, 3, 2

C) 5, 6, 2

D) 3, 2, 5

E) 1, 5, 6

9. Konseptual sənəd olan kurikulum hansı məsələləri əhatə edir?

1 - Məzmunda standartlar

2 - Zəruri minimum

3 - Pedaqoji tədqiqatlar

4 - Təhsilalanların haırlığına qoyulan tələblər

5 - İş qrafiki

6 - Qiymətləndirmə

A) 6, 5, 3, 2

B) 5, 4, 3, 2

C) 1, 2, 4, 6

D) 2, 3, 5, 4

E) 5, 6, 3, 4

10. Kurikulum islahatını zəruri edən səbəblərə aid olmayan hansıdır?

A) Dünya təhsil sisteminə inteqrasiya

B) Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması

C) Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid

D) Təlim prosesi ilə əlaqəli tədqiqatlar

E) Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması

11. Kurikulum hansı sahələri əhatə edir?

A) Məzmun və qiymətləndirmə standartlarını

B) Təlimin müasir metodla planlaşdırmasından bəhs edən sənəddir.

C) Yeni standartlara əsasən təlim nəticələrini əldə etməkdən bəhs edir.

D) Şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsini əks etdirən sənəddir.

E) Təlimin məzmunu, təşkili və qiymətləndirməsindən bəhs edən konseptual bir sənəddir.

12. Yeni təhsil proqramının (kurikulumun) ənənəvi proqramdan fərqi barədə söylənmiş fikirlərdən hansı doğrudur?

A) yeni təhsil proqramı (kurikulum) şagirdyönümlüdür, ənənənvi proqram təklifyönümlüdür

B) yeni təhsil proqramı (kurikulum) bilikyönümlüdür, ənənənvi proqram müəllimyönümlüdür

C) yeni təhsil proqramı (kurikulum) şagirdyönümlüdür, ənənənvi proqram şəxsiyyətyönümlüdür

D) yeni təhsil proqramı (kurikulum) inteqrativlik əsas prinsip kimi qəbul olunub, ənənənvi proqram tələbyönümlüdür

E) yeni təhsil proqramı (kurikulum) bilikyönümlüdür, ənənənvi proqram nəticəyönümlüdür

13. Milli Kurikulum və texnologiya fənn kurikulumunun fərqini göstərin.

A) Milli kurikulum ümumi təhsil pillələrinin, fənlər üzrə təlim nəticələrini, fənnin məzmununu, təlim starategiyalarını, texnologiya fənn kurikulumu yalnız qiymətləndirmə standartlarını əks etdirir.

B) Bu anlayışlar arasında heç bir fərq yoxdur

C) Milli Kurikulum ümumi təhsil pillələrini və fənlər üzrə təlim nəticələrini, texnologiya fənn kurikulumu isə fənnin məzmununu, təlim strategiyalarını, qiymətləndirmə standartlarını əks etdirir.

D) Milli kurikulum fənn üzrə məzmun xətlərini, əsas və alt - standartları özündə əks etdirir.

E) Milli kurikulum fənn üzrə təlim nəticələrini, texnologiya fənn kurikulumu məzmun və qiymətləndirmə standartlarını əks etdirir.

14. Milli kurikulumun səciyyəvi xüsusiyyətlərinə daha nə daxildir?

Şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, . . . . .

A) bilikyönümlülük

B) tələbyönümlülük

C) təklifyönümlülük

D) müəllimyönümlülük

E) fənyönümlülük

15. Təhsil pillələri və fənlər üzrə təlim nəticələri hansı sənəddə əks olunub?

A) Təhsil qanununda

B) texnologiya fənn kurikulumunda

C) Ənənəvi təhsil proqramında

D) Milli kurikulumda

E) Təhsil islahatı Proqramında

16. Texnologiya kurikulumunda inteqrasiyanın hansı növündən istifadə olunmuşdur?

A) fəndaxili inteqrasiya, fənlərarası inteqrasiya

B) fəndaxili inteqrasiya, rəsmi inteqrasiya

C) fənlərarası inteqrasiya, fənlərüstü inteqrasiya

D) rəsmi və qeyri rəsmi inteqrasiya

E) inteqrasiyandan istifadə olunmamışdır

17. Şəxsiyyətyönümlü kurikulum şagirdlərdə nəyi inkişaf etdirir?

A) Elmi potensialı

B) Dünygörüşü

C) Vəzifələri

D) Mövqeyi

E) Həyati bacarıq və vərdişlər

18. Kurikulumun neçə növü var?

A) 5

B) 3

C) 4

D) 2

E) Sonsuz

19. Təhsil kurikulumlarına uyğun variant hansıdır?

I - Fənyönümlü təhsil kurikulumları

II - Şəxsiyyətyönümlü təhsil kurikulumları

1 - Məzmun etibarilə elm sahələrini əhatə edir.

2 - Həyati bacarıq və vərdişlərə üstünlük verilir.

3 - Mükəmməl anlayışlar sistemini əhatə edir.

4 - Biliklərin həcmi və miqdarı əsas rol oynayır.

5 - İnteqrativ məzmuna malik olur.

6 - Biliklər minimum təlim məqsədinə çatmağa xidmət edir.

A) I - 1, 3, 4; II - 2, 5, 6

B) I - 1, 2, 3; II - 4, 5, 6

C) I - 2, 3, 4; II - 1, 5, 6

D) I - 2, 4, 6; II - 1, 3, 5

E) I - 3, 4, 6; II - 1, 2, 5

20. Aşağıdakılardan biri səhvdir:

A) Əsas standart əsasən dəyişməzdir

B) Məzmun xətti dəyişməzdir.

C) Alt - standart dəyişməzdir.

D) Alt - standart daim dəyişir.

E) Alt - standart 3 rəqəmlə kodlaşdırılır.

Yüklə 411,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin