##book id=901//book name= Texnologiya və onun tədrisi metodikası



Yüklə 0,6 Mb.
səhifə1/10
tarix27.12.2018
ölçüsü0,6 Mb.
#86556
  1   2   3   4   5   6   7   8   9   10

##book_id=901//book_name= Texnologiya və onun tədrisi metodikası//

##fk=110// ks=04 //fn= 901// sumalltest= 300 //

##Fakültə - İbtidai təhsil

##İxtisas – İbtidai sinif müəllimliyi, korreksiyaedici təlim (408, 409,410)

##Kurs – IV , qrup – 401, 402, 403, 404, 405, 406, 407, 408, 409

##Bölmə: Azərbaycan, əyani (qiyabi – V kurs)

##Fənn – Texnologiya və onun tədrisi metodikası

##Müəllimin adı – dos. Əliyeva Təranə Səttar qızı , dos. Ağayev Şahrza Oğul oğlu

##Kafedra üzrə işçi qrupun üzvləri: 1.Dos Y.T. Rzayeva

2.ped.üzrə f.d. F.Y.Kərimova 3.Muəl. ped.üzrə f.d. G.N. Məmmədova

##1. Texnologiya fənninin mahiyyəti, məqsəd və vəzifələri. Texnologiya fənn kurikulumunun xarakterik cəhətləri T. 1 - 28, s. 1 – 9

##2. Şagirdlərin əməksevərlik ruhunda tərbiyə olunmasının

əhəmiyyəti T.1 - 19 , s. 9 - 14

##3. Texnologiya proqramının məzmunu (I-IV-siniflər).

Əmək hazırlığının sistemi T. 1 - 21, s. 14 - 19

##4. Texnologiya fənninin prinsip və metodları T. 1 - 20, s. 19 - 25

##5. Texnologiya dərslərində interaktiv təlim.

Pedaqoji texnologiyalar T.1 - 29, s. 25 - 33

##6. Texnologiya fənninin tədrisi prosesində metodik işlər

(təlimat, tapşırıqlar və nəzarət) T. 1 - 10, s. 33 - 35

##7. İstehsalatın əsasları. Sənaye əməyinin məzmunu və mahiyyəti.

Qrafik savad elementləri, kağız və kartonla görülən işlər T. 1 - 50 , s. 35 - 48

##8. Parça haqqında ümumi məlumat.

Parça ilə görülən işlərin metodikası T. 1 - 24, s. 48 - 54

##9. Müxtəlif materiallarla işin təşkili texnologiyası T. 1 - 23, s. 55 - 60

##10.Texnika elementləri.

Modelləşdirmə və maketləşdirmə bacarıqları T.1 - 12, s. 60 - 63

##11. Məişət, kulinariya və özünəxidmət işləri. T. 1 - 10 , s. 63 - 65

##12.Kənd təsərrüfatı əməyinin məzmunu. T. 1 - 10 , s. 65 - 68

##13.Texnologiya dərsinin tipləri və quruluşu. T.1-19 , s. 68 - 73

##14.Texnologiya fənninin tədrisində inteqrasiya.Peşəyönümü işlər T. 1 - 15 , s. 73 - 77

##15.Texnologiya dərsində şagird nailiyyətlərinin qiymətləndirilməsi T. 1 - 10, s. 77 - 80

_____cəmi:45 saat
##num=1//level=1// sumtest=28 //name=Texnologiya fənninin mahiyyəti, məqsəd və vəzifələri. Texnologiya fənn kurikulumunun xarakterik cəhətləri//

1. Texnologiya fənninin başlıca məqsədini bildirən cavab hansıdır?



A) şagirdləri əmək hazırlığında məktəb gigiyenası ilə tanış etmək

B) şagirdləri əmək hazırlığında insan anatomiyası və fiziologiyası ilə tanış etmək

C) şagirdləri bazar iqtisadiyyatı şəraitində müstəqil əmək həyatına hazırlamaq

D) şagirdləri əmək hazırlığında iqtisadi biliklərlə tanış etmək

E) şagirdləri əmək hazırlığında müxtəlif fəlsəfi görüşlərlə, konsepsiyalarla məlumatlandırmaq

2. İnsan həyatında texnologiyanın mahiyyətini bildirən cavab hansıdır?



A) peşə fəaliyyətinin qanunauyğunluqları

B) insanın məqsədyönlü və müntəzəm yaradıcı fəaliyyəti

C) şəxsi inkişaf və yaradıcılıq

D) insanların öz həyatlarını dəyişmək və yaxşılaşdırmaq üçün istifadə etdikləri üsul və qaydalar

E) dünyanın bütöv və bölünməz obrazının formalaşdırılması

3. Texnologiya və pedaqogika fənlərinin hər birinin aid olduğu elmlər sistemini bildirən cavab hansıdır?



A) sosial, tibbi

B) pedaqoji, sosial

C) sosial, pedaqoji

D) tibbi, psixoloji

E) pedaqoji, təbiət

4. Texnoloji prosesin mahiyyəti hansı cavabda ifadə olunmuşdur?



A) məmulatın hissələrinin ölçülməsi

B) əşyanın ölçülərinin müəyyənləşdirilməsi

C) hər hansı əşyanın hazırlanması ilə bağlı olan əməliyyatlar

D) məmulatın çertyojunun və eskizinin hazırlanması

E) xüsusi alətlərdən istifadə edərək əşyanın hazırlanması

5. İbtidai siniflərdə dərs deyəcək müəllimlərin əmək hazırlığının predmetinə aid olmayan cavab hansıdır?



A) əmək təlimi ilə bağlı bilikləri aşılamaq

B) tələbələri əmək prosesi ilə tanış etmək

C) əmək prosesində üsul və vasitələri tətbiq etmək

D) bacarıq və vərdişləri formalaşdırmaq

E) tələbələrə peşə seçməkdə kömək göstərmək

6. Texnologiya fənni tədris olunarkən hansı bilik və bacarıqlar aşılanır?



A) fiziki bacarıq və qabiliyyətlər

B) peşə bilikləri və bacarıqları

C) həyati bacarıq və vərdişlər

D) politexnik bilik və bacarıqlar

E) əxlaqi və mənəvi keyfiyyətlər

7. Əmək təliminin sisteminə aid olmayan cavab hansıdır?



A) əmək fəaliyyətinə hazırlığı təmin edən tədris materialının səmərəli strukturu

B) əmək təlimində aşılanan bacarıq və vərdişlərin düzgün formalaşması

C) əmək təlimi prosesində ardıcıl düzülmüş iş əməliyyatları, iş növləri

D) əmək təlimi prosesində iş üsulları və əməyin növləri

E) əmək təliminin vəzifələri və tələbləri

8. Əmək təliminin əsas funksiyalarını bildirən cavab hansıdır?

1 - təhsilləndirici

2 - inkişafetdirici

3 - qiymətləndirici

4 - peşə seçimi

5 - tərbiyələndirici

A) 2, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 2, 5

E) 1, 3, 4

9. Əmək təliminə verilən tələbləri seçin.

1 - şagirdlərin əməyi onların təlimi ilə əlaqəli olmalı

2 - şagirdlər məhsuldar əməyə cəlb olunmalı

3 - şagirdlərə frontal nəzarət olmalı

4 - şagirdlərin yaşı, fiziki gücü müvafiq olmalı

5 - şagirdlərin ictimai - faydalı əməyinə daha çox vaxt ayrılmalı

6 - əmək tərbiyəsi sistematik, müntəzəm olmalı

7 - əmək prosesində şagirdlərin təşəbbüskarlığına, şəxsi yaradıcılığına geniş yer verilməli

8 - insanın sosial formalaşmasına şərait yaratmalı



A) 2, 4, 5, 8

B) 1, 4, 6, 7

C) 3, 5, 7, 8

D) 4, 5, 7, 6

E) 1, 3, 5, 2

10. Əməklə bağlı atalar sözlərini seçin .

1 - əmək fərəh və səadətdir

2 - dost dar gündə tanınar

3 - əvvəl düşün, sonra danış

4 - gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı

5 - iş adamın cövhəridir

6 - zəhmət olan yerdə qeybət olmaz

7 - güc birlikdədir

8 - hər şey öz fəslində yaxşıdır

9 - tənbəllik bədbəxtliyin açarıdır

A) 3, 5, 7, 9

B) 2, 4, 6, 8

C) 1, 5, 6, 9

D) 5, 6, 7, 8

E) 2, 3, 5, 7

11. Texnologiya pedaqoji elm sahəsi kimi hansı vəzifələri həyata keçirir?

1 - təhsil

2 - sosial

3 - peşə

4 - inkişaf

5 - tərbiyə

6 - hüquqi

7 - iqtisadi

8 - tibbi



A) 2, 5, 6

B) 2, 3, 8

C) 6, 7, 8

D) 1, 5, 7

E) 1, 4, 5

12. Əməyə aid olmayan atalar sözlərini seçin.

1 - dost dar gündə tanınar

2 - güc birlikdədir

3 - işləməyən dişləməz

4 - əvvəl düşün, sonra danış

5 - hər şey öz fəslində yaxşıdır

6 - zəhmət olan yerdə qeybət olmaz

7 - tənbəllik bədbəxtliyin açarıdır

A) 4, 5, 6, 7

B) 2, 4, 6, 7

C) 1, 3, 5, 7

D) 1, 2, 4, 5

E) 1, 2, 5, 7

13. Texnologiya fənnində əmək hazırlığı sisteminə aid olanları seçin .

1 - əmək təliminin məqsədi və vəzifələri

2 - əmək təliminə verilən tələblər

3 - əmək təlimində bacarıq və vərdişlərin düzgün formalaşması

4 - əmək təlimində şagirdləri əməyə psixoloji hazırlaşdırmaq

5 - əmək təlimi prosesində ardıcıl düzülmüş iş əməliyyatları

6 - əmək təlimi prosesində iş üsulları və iş növləri

7 - əmək təliminin sistematik və müntəzəm olması

8 - şagirdlərin əməyi onların təlimi ilə əlaqəli olmalı



A) 5, 6, 7

B) 1, 2, 7

C) 3, 5, 6

D) 3, 5, 8

E) 4, 6, 8

14. Texnologiya fənni vasitəsilə şagirdlərin hərtərəfli inkişafının istiqamətlərini seçin.

1 - zehni

2 - fiziki

3 - riyazi

4 - məntiqi

5 - əxlaqi

6 - iqtisadi

7 - estetik

8 - hüquqi



A) 1, 6, 7

B) 2, 3, 8

C) 3, 4, 6

D) 4, 5, 8

E) 1, 5, 7

15. Təhsil sahəsində İslahat Proqramı, Milli kurikulum və sonuncu Təhsil Qanununun qəbul olunma tarixlərinin xronoloji ardıcıllığını düzün.

1 - 2009

2 - 1999

3 - 2006

A) 1, 2, 3

B) 3, 1, 2

C) 2, 3, 1

D) 2, 1, 3

E) 1, 3, 2

16. Milli kurikulumun ibtidai siniflərdə hazırlanma prinsiplərini seçin

1 - milli və ümumbəşəri dəyərlərin nəzərə alınması

2 – müəllimyönümlülük və bilikyönümlülük

3 – təklifyönümlülük və fənyönümlülük

4 – nəticəyönümlülük və inteqrativlik

5 - hərtərəfli inkişaf, peşəyə meyllilik, qabiliyyət və maraqlar nəzərə alınmaqla əlverişli təlim şəraitinin yaradılması

6- tələbyönümlülük və şagirdyönümlülük



A) 2, 3, 4, 5

B) 1, 2, 3, 4

C) 1, 3, 4, 5

D) 1, 4, 5, 6

E) 2, 4, 5, 6

17. Texnologiya fənninə xas xüsusiyyətləri seçin ?

1 - əmək təlimi və tərbiyəsi

2 - peşə təlimi və tərbiyəsi

3 - iqtisadi biliklər

4 - praktik və əməli iş

5 - ixtisas təcrübəsi

6 - çöl təcrübəsi

7 - yaradıcılıq və təşəbbüskarlıq

8 - ictimai işlər

9 - əməyə psixoloji hazırlıq və iradə

A) 2, 3, 7, 6

B) 2, 3, 5, 8

C) 1, 4, 7, 9

D) 1, 4, 8, 9

E) 3, 5, 6, 7

18. Dövlətin təhsillə bağlı qanun və proqramlarının tarixlərinin uyğunluğunu müəyyən edin .

1 - İbtidai sinif hazırlığı üzrə Milli Kurikulum

2 - Azərbaycan Respublikasının sonuncu Təhsil Qanunu

3 - Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı

a - 1999

b - 2006

c - 2009



A) 1 - b ; 2 - a ; 3 - c

B) 1 - c ; 2 - a ; 3 - b

C) 1 - a ; 2 - b ; 3 - c

D) 1 - c ; 2 - b ; 3 - a

E) 1 - b ; 2 - c ; 3 - a

19. Pedaqogikanın sahələrinin mahiyyətini bildirən uyğunluğu müəyyən edin.

1 - peşə pedaqogikası

2 - pedaqogika tarixi

3 - sosial pedaqogika

a - insanların yaş qrupları və kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda tərbiyəsi məsələlərini öyrənir

b - konkret ixtisasın qanunauyğunluqlarını öyrənir, fəaliyyətin texnologiyasını işləyib hazırlayır

c - müxtəlif dövrlərdə pedaqoji nəzəriyyələrin və məktəbin inkişaf qanunauyğunluqlarını öyrənir



A) 1 - c; 2 - a; 3 - b

B) 1 - b; 2 - c; 3 - a

C) 1 - a; 2 - c; 3 - b

D) 1 - b; 2 - a; 3 - c

E) 1 - c; 2 - b; 3 - a

20. Əmək haqda deyilən fikirlərin müəlliflərini müəyyən edin.

1 - M.T Sidqi

2 - N.Tusi

3 - J.J.Russo

4 - F.Nəimi

a - Dünyanın intizamı, məişətin nizamı əməklə başa gəlir

b - Əməklə məşğul olmayan hər kəs kimliyindən asılı olmayaraq oğrudur

c - Əmək şəfa məlhəmidir, o ləyaqətin mənbəyidir

d - Təbiətin hazır verdiyi şeylər müstəsna olmaq şərtilə bütün maddi və mənəvi nemətlər insan əməyi və səyinin məhsuludur



A) 1 - c; 2 - b; 3 - a; 4 - d

B) 1 - a; 2 - d; 3 - c; 4 - b

C) 1 - d; 2 - a; 3 - b; 4 - c

D) 1 - b; 2 - d; 3 - a; 4 - c

E) 1 - d; 2 - c; 3 - b; 4 - a

21. Texnologiya, optimallaşdırma, pedaqoji aksiologiya və inteqrasiya anlayışlarının mahiyyətcə uyğunluğunu müəyyən edin.

1 - Texnologiya

2 - Optimallaşdırma

3 - Pedaqoji aksiologiya

4 - İnteqrasiya

a - təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələrin qurulması

b - insanların öz həyatlarını dəyişmək və yaxşılaşdırmaq üçün istifadə etdikləri üsul və qaydalar

c - təhsildə pedaqoji fəaliyyəti nizama salan normalar

d - təhsil - tərbiyə prosesində mümkün olan variantlardan ən yaxşısını seçmək



A) 1 - a; 2 - b; 3 - d; 4 - c

B) 1 - c; 2 - a; 3 - b; 4 - d

C) 1 - b; 2 - d; 3 - c; 4 - a

D) 1 - d; 2 - a; 3 - c; 4 - b

E) 1 - b; 2 - d; 3 - a; 4 - c

22. Ali məktəbdə texnologiya fənninin predmetinin , dərsdə istehsal prosesinin və əmək təlimi sisteminin mahiyyətcə uyğunluğunu müəyyən edin .

1 - ali məktəbdə texnologiya fənninin təlimi və metodikasının predmeti

2 - texnologiya dərsində istehsal prosesi

3 - əmək təlimi sistemi

a - əmək bacarıq və vərdişlərinin formalaşması, tədris materialının səmərəli strukturu, vasitələr, metod və formalar

b - öyrənənləri əmək prosesi ilə tanış etmək, onlarda bacarıq və vərdişlər formalaşdırmaq və vasitələri tətbiq etmək

c - texnologiya dərsində öyrənənlərin politexnik hazırlığının formalaşdırılması



A) 1 - c; 2 - a; 3 - b

B) 1 - c; 2 - b; 3 - a

C) 1 - a; 2 - b; 3 - c

D) 1 - b; 2 - c; 3 - a

E) 1 - b; 2 - a; 3 - c

23. Texnologiyanın, texnoloji prosesin və politexnik biliklərin mahiyyətcə uyğunluğunu müəyyən edin .

1 - texnologiyanın mahiyyəti

2 - texnoloji prosesin mahiyyəti

3 - politexnik biliklərin mahiyyəti

a - hər hansı əşyanın hazırlanması ilə bağlı olan əməliyyatlar

b - gündəlik həyatda və məişətdə ən sadə əmək alətləri ilə davranmağı aşılayan bilik və bacarıqlar

c - insanların öz həyatlarını dəyişmək və yaxşılaşdırmaq üçün istifadə etdikləri üsul və qaydalar



A) 1 - c; 2 - b; 3 - a

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - c; 2 - a; 3 - b

24. Texnologiyanın, pedaqogikanın və təbabətin aid olduğu elmlər sistemini müəyyən edin.

1 - texnologiya

2 - pedaqogika

3 - təbabət

a - təbiət elmləri sistemi

b - pedaqoji elmlər sistemi

c - sosial elmlər sistemi



A) 1 - c; 2 - a; 3 - b

B) 1 - b; 2 - c; 3 - a

C) 1 - a; 2 - b; 3 - c

D) 1 - c; 2 - b; 3 - a

E) 1 - b; 2 - a; 3 - c

25. Şagirdlərin əməyə psixoloji, mənəvi və zehni hazırlığının mahiyyətcə uyğunluğunu müəyyən edin.

1 - şagirdlərin əməyə psixoloji hazırlığı

2 - şagirdlərin əməyə mənəvi hazırlığı

3 - şagirdlərin əməyə zehni hazırlığı

a - zəhmətsevərlik, dözümlülük, yoldaşlıq, xeyirxahlıq, əmək adamlarına hörmət aşılanması

b - diqqət, təfəkkür, iradə, qavrayışın komponenti olan müşahidəçilik qabiliyyətinin inkişaf etdirilməsi

c - əməklə bağlı bilik, bacarıq və vərdişlərin formalaşması



A) 1 - b; 2 - c; 3 - a

B) 1 - a; 2 - c; 3 - b

C) 1 - c; 2 - b; 3 - a

D) 1 - b; 2 - a; 3 - c

E) 1 - c; 2 - a; 3 - b

26. Texnologiya fənninin səmərəliliyinin uyğunluğunu müəyyən edin.

1 - texnogiya fənninin ümumtəhsil məktəblərində tədris olunması zərurəti

2 - texnologiya fənnininin inteqrativ təhsil sahəsi olması

3 - texnologiya fənninin şagirdlərin şəxsiyyət kimi formalaşmasında əhəmiyyəti

a - digər fənlərdən bilikləri sintez etməsi və onların müxtəlif sahələrdə tətbiqi

b - texnoloji bilik və bacarıqların mənimsənilməsinin mühüm olması

c - şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnməsi və məqsədyönlü öz fəaliyyətində istifadə etməsi



A) 1 - b; 2 - c; 3 - a

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - c; 2 - a; 3 - b

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - c; 2 - b; 3 - a

27. Texnologiya fənninin məqsədini, ali məktəbdə predmetini və fənn kimi tədrisinin zəruriliyini müəyyən edin.

1 - texnologiya fənninin təhsil sahəsində başlıca məqsədi

2 - texnologiya fənninin ali məktəbdə predmeti

3 - texnologiyanın bir fənn kimi tədris olunması zərurəti

a - öyrənənlərin əmək prosesləri ilə tanış edilməsi, bacarıq və vərdişlərin formalaşdırılması, səmərəli üsul və vasitələrin tətbiqinin öyrədilməsi

b - öyrənənlərin bazar iqtisadiyyatı şəraitində müstəqil əmək həyatına hazırlanması

c - öyrənənlərə texnoloji mədəniyyətin, həyatı bacarıqların aşılanması, bilik və bacarıqların öz fəaliyyətlərində məqsədyönlü istifadə etməsi



A) 1 - c; 2 - a; 3 - b

B) 1 - c; 2 - b; 3 - a

C) 1 - a; 2 - c; 3 - b

D) 1 - b; 2 - c; 3 - a

E) 1 - b; 2 - a; 3 - c

28. Prinsip və funksiyaların uyğunluğunu müəyyən edin.

1 - pedaqoji prosesin təşkili prinsipləri

2 - kurikulumun hazırlanma prinsipləri

3 - texnologiya fənn kurikulumunun funksiyaları

a - inkişafetdirici, təhsilləndirici, tərbiyələndirici

b - nəticəyönümlülük, tələbyönümlülük, şagirdyönümlülük

c - fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, inkişafyönümlülük



A) 1 - a; 2 - c; 3 - b

B) 1 - b; 2 - a; 3 - c

C) 1 - a; 2 - b; 3 - c

D) 1 - b; 2 - c; 3 - a

E) 1 - c; 2 - b; 3 - a

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin