“Təsdiq edirəm”
Dekan_____________________________
“01” mart 2019-cu il
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ
Fənn sillabusu
Kafedra: Nəqliyyat, İKT və təbiət elmləri
Fənnin adı: “Qida sənayesinin robotları və manipulyatorları”
Fənn haqqında məlumat:
Tədris ili: 2018-2019-ci il; semestr: II
Qrup: MQT1801
Kurs: I
İxtisas: Qida təhükəsizliyi
Tədris səviyyəsi: magistratura
Fənn üzrə tədris yükü(saat): 30 mühazirə: 15; seminar: 15
Kredit sayı: 2
Müəllim haqqında məlumat:
Müəllimin adı, atasının adı, soyadı: Hacıbala Əlibala oğlu Hacıbalayev
Müəllimin elmi dərəcəsi və elmi adı: t.e.n., dosent, ADİU-nin fəxri professoru
Müəllimin elmi əsərləri: Ümumi – 165, o cümlədən 5- müəlliflik şəhadətnaməsi (ixtira), dərslik – 2, monoqrafiya – 1, dərs vəsaiti və metodik göstərişlər – 6, fənn proqramı – 5, qalanlar xaricdə və respublika daxilində çap olunmuş məqalə və tezislər.
Kursun məntiqi əsası və universitet kurrikulumuna uyğunluğu
Kursun tədrisi tələbənin gələcəkdə yüksək ixtisaslı qida təhlükəsizliyi sahəsi üzrə mütəxəssisi olmasına imkan yaradacaqdır. Kurs ATMU-da təsdiq olunmuş qida təhlükəsizliyi ixtisasının kurrikulumuna tam uyğundur.
Kursa başlamaq üçün hər hansı ön biliklər və qabiliyyət tələbləri (əgər varsa)
Kursun tam mənimsənilməsi üçün tələbənin orta təhsil bazası kompyuter, dil bilikləri, müasir informasiya texnologiyalarından, bazalarından istifadə etmək vərdişləri olmalıdır.
Kursun məzmununun qisa təsviri
Təhlükəsiz qida məhsulunun istehsalı və istifadə edilməsi ölkə əhalisinin və gələcək nəsillərin sağlamlığını təmin edən əsas amillərdən biridir. Odur ki, məhsulların keyfiyyətinə istehsalın bütün mərhələlərində - xammalın hazırlanması və istifadəsinə, texnoloji proseslərin mərhələlərinin normativ-texniki sənədlərinə uyğun aparılmasına, komponentlərin çəki və tərkibinin dəqiqliyinə, dozalaşdırmanın düzgünlüyünə, hazır məhsulun çəkib-bükülməsinə, qablaşdırılmasına, saxlanmasına, sanitar-gigiyenik qaydalara riayət edilməsinə və s. yüksək dərəcədə nəzarət olunmalıdır. İnsan göstərilən məqsədlərə çatmaq üçün maşın istehsalı və istismarının müvafiq mərhələləri həyata keçirir, müvafiq məlumatlar toplayır, maşın layihə edir, onu istehsal edir və nəhayət istismar edir.
Məcburi oxu vəsaiti, kitab və ya dərslik
Əsas:
H.Ə.Hacıbalayev “Qida sənayesi robotlarıvə manipulyatorlar” mühazirə mövzuları toplusu
Ə.M.Kəngərli “Tətbiqi mexanika” dəqiq mexanizmlərin hesabı və konstruksiya edilməsi. Çaşıoğlu, Bakı, 2008
A.M. Maşın və mexanizmlər nəzəriyyəsi, “Müəllim nəşriyyatı”, Bakı, 2004.
N.M.Rəsulov “Maşın istehsalı texnologiyası”, Bakı, 2010.
C.Ə.Kərimov “Maşınqayırma”, Çaşıoğlu, Bakı, 2007.
Tövsiyyə olunan:
В.А. Панфилов Машины и аппараты пищевых производств, М.2001.
Kursun məqsəd və nəticələri
Fənnin məqsədi - İqtisadiyyatın hər hansı sahəsini əhəmiyyətli inkişafını təmin etmək üçün ilk növbədə orda istifadə edilən texniki vasitələrin tərəqqisinə nail olmaq lazımdır. Son illərdə maşınqayırma sənayesində keyfiyyətcə yeni-yeni dəyişikliklər baş vermiş yarımavtomat və avtomatlaşdırılmış axın xətləri, avtomatik manipulyatorlar, robotlar və hesablayıcı proqram qurğuları ilə işləyən dəzgahlar sahəsi, materialların emalının yeni mütərəqqi üsulları yaradılmışdır.
Fənnin əsas vəzifəsi- Robotların və avtomatik idarə olunan manipulyatorların yaradılması işləri sürətləndirilmişdir. Onların istehsala tətbiqi əmək məhsuldarlığını artırmaqla yanaşı, fəhlələri ağır əl əməyindən azad edir, işçilərlə bağlı olan nöqsanları aradan qaldırır, texnoloji proseslərin dəqiq və düzgün gedişini təmin edir, sanitar-gigiyenik normativ qaydalara yüksək dərəcədə riayət olunur və yüksək keyfiyyətləri qida məhsullarının istehsalına zəmanət verir.
Fənnin nəticələri əsasında tələbə bilməlidir:
-avadanlıqları istismar edən mütəxəssis kadrlar lazımi səviyyədə texnoloji biliklərə malik olmalıdırlar.
Bacarmalıdır:
-istehsalın bütün mərhələlələrində məhsulların keyfiyyətinə yüksək dərəcədə nəzarət etməyi bacarmalıdırlar.
Yiyələnməlidir:
-robotların və avtomatik idarə olunan manipulyatorların istehsalata tətbiqi əmək məhsuldarlığını artıqmaqla yanaşı, texnoloji proseslərin dəqiq və düzgün gedişini təmin edir, sanitar- gigenik normativ qaydalara yüksək dərəcədə piayət olunur və yüksək keyfiyyətli qida məhsullarının istehsalına zəmanət verir. Buna görə də, avadanlıqları istismar edən mütəxəssis kadrlar lazımi səviyyədə texnoloji biliklərə yiyələnməlidirlər.
VI. Kursun strukturu və formatı
Dərslər mövzunun müəllim tərəfindən slaydlarla izahından və tələbələrlə bərabər mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.
Slaydlarda şəkil və cədvəllər, bəzən diaqramlardan istifadə ediləcək. Yalnız mövzunun başlıqları və yarım – başlıqlarının, xüsusi qeydlərin yazılı formada göstərilməsi istisna olmaqla, müəllimin mövzu ətrafında qeyd etdikləri mətn formasında slaydda öz əksini tapmayacaq.
Keçilən dərslərin tezisləri (yəni mövzunun qısa, planlı təsviri) tələbələrə mövzunu tam dolğunluluğu ilə mənimsəməyə kifayət etmir.Yüksək qiymət istəyən tələbələrin qeydlər etməsi zəruridir.
Mövzunu daha yaxşı mənimsəmək və haqqında təsəvvür yaratmaq məqsədilə bəzi dərslərdə, əyani vəsait kimi ölkələr üzrə diafilmlərin nümayişindən istifadə ediləcək.
Dərs mövzuları fənnin mövzu planında göstərilən ardıcıllıqla, mühazirə və məşğələlər şəklində keçiləcəkdir.
Hər mövzuya aid istifadə edilən ədəbiyyatın adı fənnin tematik planında mövzunun qısa şərhindən sonra nömrələrlə veriləcəkdir.
Fənnə aid dərsliyi mövcud olmayan və Azərbaycan dilində ədəbiyyatı olmayan fənlərin mövzu üzrə materialı 15 səhifəyə qədər olmalıdır..
VII. Kursun tələbləri
Fənn üzrə 25% dərs buraxan tələbə yekun imtahana buraxılmır.
Tələbələrin nəzərinə:
Dərsin tədrisi müddətində tələbələrin auditoriyada iştirakı mütləqdir, dərslərin buraxılması fənnə uyğun limiti keçməməlidir.
Tələbə dərsə gecikməməlidir
Tələbələrin davamiyyətinin yoxlanılması dərs başlandığı andan həyata keçiriləcək.
Tələbə dərsə cavab verilməsində, verilən sualları cavablandırılmasında, verilən sərbəst işlərin və yoxlama tapşırıqların yerinə yetirilməsində aktiv iştirak etməlidir.
Sərbəst işlərə hər tələbə müstəqil olaraq yanaşmalıdır.
Dərs müddətində texniki vasitələrdən istifadə etmək olmaz.
Tələbələr semestr boyunca fənn üzrə mövzulara hazır olmalıdırlar. Məşğələlər zamanı aktiv olmalı və müəllim tərəfindən verilən suallara ətraflı cavab verməlidirlər. Müəllim bu cavablar əsasında tələbələrə jurnalda 0-dan 10-dək qiymət qoyur. Tələbə semestr ərzində aktivliyindən asılı olaraq kollokvium qiymətləndirilməsi aparılacaq.
Kollokvium yoxlaması 5 həftədən bir aparılacaq. Sonda yoxlamaların nəticələri və əvvəlki seminarlarda aldığı qiymətlərin cəmi onların sayına bölünərək ortaq qiymət çıxarılacaq.
Seminar qiymətləndirmə müəllim tərəfindən aşağıdakı qaydalarda aparılır:
tələbənin dərsə hazırlığına görə
şifahi olaraq suallara verilmiş cavablara əsasən
yazılı verilmiş suallara cavablar əsasında
tapşırılmış işin yerinə yetirilmə səviyyəsinə görə
oyunlarda iştirakına görə
hər hansı mövzuda hazırladığı təqdimata görə
- Kollokvium keçirilən gün üçün jurnalda iştirak edən tələbəyə “i/e”, etməyənə “q/b” yazılır. “q/b” yazılan tələbəyə kollokvium qrafasında “0” yazılır.
- Kollokvium qiymətləri jurnaldakı kollokvium bölümündə qeyd edilir və tələbənin əvvəlki seminarlarda aldığı qiymətlərə aidiyyatı yoxdur.
- Orta qiymət semestrin sonunda çıxarılacaq-yəni 3 kollokvium qiyməti+ seminarda alınan qiymət= toplam qiymətə, bu nəticə qiymətlərin sayına bölünür və 3-ə vurularaq vahid bir rəqəm alınır. Məsələn, tələbənin kollokviumlardan aldığı qiymət 6+7+9=22, seminarlardan aldığı qiymət 8+7=15-dir. Beləliklə, 22+15=37, bunu 5-ə bölsək(qiymətlərin sayı) 7,4 düşür. Bunu 3-ə vurmaqla 22 alırıq. Deməli tələbənin semesterdə seminardan qazandığı bal 22 dir.
Bal bölgüsü
Seminardan qazanılan bal 30 bala qədər
Sərbəst iş 10 bala qədər
Dərslərə dəvamiyyət (dekanlıq qiymətləndirir) 8-10 bal
Yekun imtahan 50 bala qədər
İmtahanın keçirilmə forması
İmtahan yazılı formada, 5 suallıq biletlə keçirilir. Hər sual 10 balədək qiymətləndirilir
Qeyd:Yekun imtahanda toplanan ümumi balın minimum həddi 17 baldır. Bu minimumdan aşağı qiymət alan tələbə imtahandan kəsilmiş olur.
Seminarlarda qiymətləndirmə aşağıdakı qaydada aparılır:
- 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir.
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
- 6 bal – tələbənin cavabı əsasən düzgündür.
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal – suala cavab yoxdur.
VIII. Akademik dürüstlük (plagiarizm) siyasəti
Tələbələrdən akademik dürüstlük tələb olunur. Belə ki, başqalarının elmi məhsulundan istinadsız istifadə etmək qadağandır. Bu kimi halla qarşılaşan müəllim tələbənin işini geri qaytararaq “0” balla qiymətləndirəcək.
IX. Kursun cədvəli
№
|
MÖVZULAR
|
Saatların miqdarı
|
Mühazirə
seminar
|
Tarix
|
1
|
Maşın və mexanizmlərin növləri və əsas vəzifələri
|
4
|
Mühazirə
|
|
2
|
Maşın, cihaz və mexanizmlərin növləri və əsas vəzifələri
|
2
|
Məşğələ
|
|
3
|
Texnoloji və nəqliyyat hərəkətlərinin xüsusiyyətlərinə görə maşınların siniflərə bölünməsi
|
2
|
Məşğələ
|
|
4
|
Mexanizmlərin strukturunun əsasları
|
4
|
Mühazirə
|
|
5
|
Mexanizmin bəndləri və kinematik cütlərin təsnifatı
|
2
|
Məşğələ
|
|
6
|
Kinematik cütlərin tapılmasına aid misalların həlli
|
2
|
Məşğələ
|
|
7
|
Maşın istehsalının məqsədi və vəzifələri
|
4
|
Mühazirə
|
|
8
|
Sənaye robotları və onun struktur sxemi
|
2
|
Məşğələ
|
|
9
|
Manipulyator mexanizmlərinin sərbəstlik dərəcələri
|
2
|
Məşğələ
|
|
10
|
Manipulyator və robotların növləri
|
4
|
Mühazirə
|
|
11
|
Manipulyatorların işçi həcmi və tutumunun hərəkəti
|
2
|
Məşğələ
|
|
CƏMİ:
|
30
|
|
|
Sərbəst işlərin mövzuları
Maşınqayırma və qida sənayesinin inkişafında maşınqayırmanın rolu
Maşın, cihaz və mexanizmlərin növləri və əsas vəzifələri
Bəndlər, kinematik cütlər, silsilələr və mexanizlər
Mexanizmlərin sturuktur analizi
Manipulyatorlar və sənaye robotları
Manipulyator mexanizmlərin sərbəstlik dərəcələri
Manipulyatorların həndəsəsi və işçi həcmi
Kinematik cütlərin sərbəstlik dərəcəsinə görə sinifləşdirilməsi
İstehsal və texnoloji proseslər
Avtomat maşınların və xətlərin təsnifatı
“Qida sənayesinin robotları və manipulyatorları” – imtahan sualları
I kollokvium
Maşınqayırmanın xalq təsərrüfatının inkişafında rolu
Texniki vasitələrinin yaradılmasının mərhələləri
Maşın və onun hissələrinə verilən əsas tələblər
Mexanizmlər və onların növləri
Mexanizmlərin əsas xüsusiyyətləri
Funksional vəzifəsinə görə mexanizmlərin növləri
Maşınlar və onların növləri
Maşınların yerinə yetirdikləri funksiyaları
Funksiyalarına (istehsalat işinin növünə) görə maşınların növləri
Avtomat maşınlar və avtomat xətləri
Avtomat maşınların və avtomat (axın) xətlərin xüsusiyyətləri
Avtomat maşınlarda icraedici üzv və idarəetmə sistemləri
Maşınların texnoloji və nəqliyyat hərəkətlərinin xüsusiyyətlərinə görə siniflərə bölünməsi
Texnoloji və nəqliyyat hərəkətləri bir-birindən asılı olan maşınlar
Texnoloji və nəqliyyat hərəkətləri bir-birindən asılı olmayan maşınlar
Texnoloji prosesdən və istehsalın miqyasından asılı olan avtomat xətləri
Ardıcıl və paralel sxem üzrə işləyən avtomat xətlər
Ardıcıl paralel sxem üzrə işləyən avtomatik xətlər
Mexanizmin bəndi və kinematik cüti
Mexanizmin tərpənməz, tərpənən və birləşdirici (aralıq) bəndləri
Kinematik cütün toxunma elementlərinə görə növləşdirilməsi
Kinamtik cütlərin sərbəstlik dərəcəsinə görə növləşdirilməsi
Rabitə şərtlərin sayına görə
Sərbəstlik dərəcəsinin sayına görə
Beş hərəkətli birinci sinif kinamtik cütlər
Kinematik cütün eskizi
Kinematik cütün sərbəstlik dərəcəsi və rabitə şərtlərinin sayı
Dörd hərəkətli – ikinci sinif kinematik cütlər
Kinematik cütün eskizi
Kinematik cütün sərbəstlik dərəcəsi və rabitə şərtlərinin sayı
II kollokvium
Üç hərəkətli – üçüncü sinif kinamtik cütlər
Kinematik cütün eskizi
Kinematik cütün sərbəstlik dərəcəsi və rabitə şərtlərinin sayı
İki hərəkətli – dördüncü sinif kinematik cütlər
Kinematik cütün eskizi
Kinematik cütün sərbəstlik dərəcəsi və rabitə şərtlərinin sayı
Bir hərəkətli – beşinci sinif kinematik cütlər
Kinematik cütün eskizi
Kinematik cütün sərbəstlik dərəcəsi və rabitə şərtlərinin sayı
Kinematik cütlərin qapanması və kinematik silsilələr
Həndəsi qapanma və qüvvə qapanması
Açıq, qapalı, sadə və mürəkkəb kinematik silsilələr
Açıq kinematik silsilənin sərbəstlik dərəcəsi
Kinematik silsilənin sərbəstlik dərəcəsinin ümumi ifadəsi
Açıq kinematik silsilənin sərbəstlik dərəcəsinin hesablanması
Manipulyator mexanizmlərinin sərbəstlik dərəcəsi
Kinematik cütlərin toplu sərbəstlik dərəcəsi – manipulyator mexanizmlərinin sərbəstlik dərəcəsinə bərabər olması
Verilmiş manipulyator mexanizminin sərbəstlik dərəcəsinin hesablanması
Manipulyatorlar və növləri
Manipulyatorların tətbiq sahələri və texnoloji proseslərin yerinə yetirilməsində rolu
Manipulyatorların növləri
Sənaye robotları
Robotların inkişaf tarixi və tətbiq sahələri
Robotların struktur sxemi
İcra olunan əməliyyatların növünə görə robotların növləri
İstehsalat və qaldırıcı –nəqledici robotlar
Universal robotlar
Sənaye robotların göstəriciləri
Mexaniki və konstruktiv göstəriciləri
Robotlaşdırılmış avadanlığın məhsuldarlığı
III kollokvium
Manipulyatorun həndəsəsi və strukturası
Manipulyatorların struktur sxemlərinin müxtəlifliyi
Manipulyatorların sərbəstlik dərəcələrinin müxtəlifliyi
Bir tərpənməz və üç tərpənən bəndli manipulyatorların sərbəstlik dərəcəsi
Kinematik zəncirin bəndlərinin adlandırılması
Sərbəstlik dərəcəsinin təyin edilməsi
Manipulyatorun işçi həcmi
Tutucunun hərəkətinin siniflərə bölünməsi
Manipulyatorun manevrliyi
Manipulyatorun xidmət zonası və servis bucağı
Manipulyatorun işçi həcmi və xidmət zonası
Manipulyatorun servis bucağı
Manipulyatorun işçi həcmini xarakterizə edən parametri
Manipulyatorun servis bucağı və servis əmsalı
Manipulyatorun tam servis əmsalı
Servis əmsalının həcm üsulu ilə təyini
Dördbəndli mexanizminin hərəkətinin tutduğu vəziyyətləri
Servis əmsalının vahidə bərabər olması şərti
İstehsal və texnoloji proseslər
İstehsalın növləri
Texnoloji prosesin göstəriciləri və tərkib hissələri
Axınlı və qeyri-axınlı istehsal prosesləri
Müəllim________________ Kafedra müdiri_________________
Sillabus kafedranın 30 yanvar 2019-cu il
tarixli iclasında təsdiq edilmişdir (Protokol 6)
№
|
MÖVZULAR
|
Saatların miqdarı
|
Mühazirə
seminar
|
Tarix
|
1
|
Maşın və mexanizmlərin növləri və əsas vəzifələri
|
4
|
Mühazirə
|
|
2
|
Maşın, cihaz və mexanizmlərin növləri və əsas vəzifələri
|
2
|
Məşğələ
|
|
3
|
Texnoloji və nəqliyyat hərəkətlərinin xüsusiyyətlərinə görə maşınların siniflərə bölünməsi
|
2
|
Məşğələ
|
|
4
|
Mexanizmlərin strukturunun əsasları
|
4
|
Mühazirə
|
|
5
|
Mexanizmin bəndləri və kinematik cütlərin təsnifatı
|
2
|
Məşğələ
|
|
6
|
Kinematik cütlərin tapılmasına aid misalların həlli
|
2
|
Məşğələ
|
|
7
|
Maşın istehsalının məqsədi və vəzifələri
|
4
|
Mühazirə
|
|
8
|
Sənaye robotları və onun struktur sxemi
|
2
|
Məşğələ
|
|
9
|
Manipulyator mexanizmlərinin sərbəstlik dərəcələri
|
2
|
Məşğələ
|
|
10
|
Manipulyator və robotların növləri
|
4
|
Mühazirə
|
|
11
|
Manipulyatorların işçi həcmi və tutumunun hərəkəti
|
2
|
Məşğələ
|
|
CƏMİ:
|
30
|
|
|
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ
“Təsdiq edirəm”
Kafedra müdiri: f.r.ü.d., dos. N. S. Rüstəmov ________________
Prot.№ 6, 30.01.2019
Kafedra: Nəqliyyat, İKT və təbiət elmləri
Fakültə: Xidmət mühəndisliyi
Şöbə: əyani
Bölmə: Azərbaycan
Kurs: I
Qrup: MQT1801
Fənnin adı: “Qida sənayesinin robotları və manipulyatorları”
TƏQVİM-TEMATİK PLAN
Saatların cəmi: 30 saat, o cümlədən mühazirə 15 saat, məşğələ 15 saat.
Müəllim:_______________ t.e.n., dos. Hacıbalayev H.Ə.
Dostları ilə paylaş: |