PeşƏ XƏSTƏLİKLƏRİNİn siyahisi



Yüklə 326,62 Kb.
tarix02.08.2018
ölçüsü326,62 Kb.
#66326

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1993-cü il 16 mart

tarixli 146 nömrəli qərarı ilə

təsdiq edilmişdir


PƏ XƏSTƏLİKLƏRİNİN SİYAHISI

Sıra №-si

Xəstəliyin Adı

Təsiri peşə xəstəliklərinin törəməsinə səbəb ola biləcək təhlükəli və zərərli maddələr və istehsalat faktorları

Aparılan işlərin, istehsalatların, təxmini siyahısı

1

2

3

4

1.

Kimyəvi faktorların təsirindən törənən xəstəliklər







1.1.

Orqan və sistemlərin təcrid olunmuş və ya müştərək zədələnməsi ilə gedən, kəskin, xroniki potensiyalar və onların nəticələri

Kimyəvi maddələr, başlanğıc xammal, aralıq, yabançı və son məhsullar

Sənayenin müxtəlif sahələrində, tikintidə,kənd təsərrüfatında, nəqliyyatda, xidmət sferasında kimyəvi maddələrin alınması, emalı, tətbiqi prosesləri ilə əlaqədar bütün iş növləri (o cümlədən laborator işlər)

-

tənəffüs orqanlarının toksiki zədələnmələri, inofarinqolarinqit, burun arakəsməsinin eroziyası,perorasiyası, traxeit, bronxit, pnevmoskleroz və b.

Azot turşusu, ammiak, azot oksidləri, izosianatlar, silisium, üzvi birləşmələr, selen, kükürd və onun birləşmələri, formaldehid, ftal anhidridi, flor və onun birləşmələri, xlor və onun birləşmələri, xrom və onun birləşmələri və b, aromatik sıra amino-nitro və xlor birləşmələri, benzol və onun tərəmələri, benzolun homoloqları, heksemetilen, diamin, pestisidlər (xlor üzvi), qurğuşun və onun qeyri-üzvi birləşmələri




1

2

3

4

-

toksiki hepatit

Aromatik sıra amino və nitrobirləşmələr, benzol və onun törəmələri (stirol), yağ sırası karbohidratların halloid törəmələri, hidrazin və onun birləşmələri




-

toksiki nefropatiya

Pestisidlər (xlor üzvi), fosfor və onun birləşmələri, beta-naftol, kadmium, dörd xlorlu karbon




-

sinir sisteminin toksiki zədələnməsi: polinevropatiya, nevroza bənzər hallar, ensefalopatiya

Aromatik sıra amino, intro və xlor birləşmələri, heksametilen diamin, benzol və onun törəmələri (benzolun homoloqları, stirol), yağ sırası, karbohidratların halloid törəmələri, hidrazin və onun birləşmələri, marqans, pestisidlər, civə və onun birləşmələri, kükürdlü karbon, tetrasmin, qurğuşun və bir çox b.




-

gözün toksiki zədələnmələri:

katarakta



Tirinitrotoluol




-

konyuktivit, keratokonyuktivit

Azot turşusu, ammiak, azot oksidləri, izosianatlar, kükürd və onun birləşmələri, formaldehid, flor və onun birləşmələri ,xlor və onun birləşmələri və b.




-

sümüklərin toksiki zədələnmələri: osteoxondroz, üst və alt çənənin nekrozu

Sarı fosfor və onun birləşmələri, flor və onun birləşmələri




1.2.

Dəri xəstəlikləri: epidermoid, təmas dermatiti, fotodermatit, onixiyalar paranixiyalar, toksiki melanodermiya

yağ follikulitləri




Neft, Daş kömür, (benzin, kerosin, sürtkü yağları, krezol, mezol, qudron, asfalt ,pek və onun distillatları) emalı

məhsulları, xlorlaşdırılmış naftalinlər ,turşular, qələvilər, üzvi həlledicilər, hidrosulfit, xlorlu əhəng, ağır metal duzları, arsen, sürmə birləşmələri, formalin, yapışqan və b.



Kimya, neft emalı, maşınqayırma, metallurgiya, ağac emalı, dərixammal, dərigön, yeyinti məhsulları sənayelərinin müəssisələri, neft daşıyıcı, gəmilərin təmizlənməsi, inşaat məhsulları, mebel istehsalı, şaxta inşaatçıları və b

1

2

3

4

1.3.

Metal qızdırması, ftoroplast (teflon) qızdırması

Əlvan metalların (sink, miss, nikel, sürmə və b.) kondensiyaya aerozolları, ikincili polierizasiya (ftoroplast) aerozolları

Əlvan metallar,plastik kütlələr (ftoroplast) istehsalı və onların təkrar emalı;əlvan metallardan düzəlmiş materialların işlənməsi


-

Allergik xəstəliklər

Bax: şöbə 6




-

Şişlər

Bax: şöbə 7




2.

İstehsal aerozollarının təsirindən törənən xəstəliklər







2.1.

Pnevmokonizollar: silikoz ,silikatozlar, metallokoniozlar, karbokoniozlar, qarışıq tozdan törənən pnevmonnozlar plastmass tozlarından törənən pnevmokonozlar

Uzun müddət tərkibində sərbəst və silisium oksidi olan tozla nəfəs alma, karbontərkibli tozlar (kömür, koks, his, qrafit və b.) qarışıq tozlar; metal və onların oksidlərinin tozları, o cümlədən qaynaq perezolu özvi vı qeyri/üzvi meneral liflərin, plastmasların tozu.

Mədən, şaxta, açıq karxanalrda, dağ mədən və kömür sənayelərinin zənginləşdirmə və bitirmə fabriklərində aparılan işlər; qeyri-filiz süxur və materialların, asbest və b. silikatların çınqıl və b-nın hasilatı; asbestosement və digər asbest tərkibli materialların (boru, şifer, panel, lövhələr, friksion və asbest toxunma mal məmulatları və b.) istehsalı; çini və saxsı, şüşə məmulatların istehsalı; oda davamlı maddə və abrazivilərin istehsalı və tətbiqi; koks, duda, qrafit istehsalı və tətbiqi; metallurgiya və tökmə istehsalatları, maşınqayırma və metal emalı, qaynaq işləri, səpələnən materialların üyüdülməsi, plastmass emalı, istehsalı və toz ifrazı ilə əlaqədar digər işlər


1

2

3

4

2.2.

Bissinoz

Müxtəlif bitki tozları ilə (pambıq, kətan və s.) uzun müddət nəfəs alma

Toxuculuq istehsalında pambıq, kətan və s. Emalı

2.3.

Xroniki bronxitlər (toz mənşəli, toksikitoz mənşəli, əlverişsiz meteofaktorlarla birlikdə)

Bütün yuxarıda Adı çəkilən toz növləri, həmçinin bitki və heyvan mənşəli üzvi tozlarla (un, taxıl, tük, yun, tütün, kağız, şəkər və s.) uzun müddət nəfəsalma. Eyni vaxtda toz və kimyəvi faktorların (qıcıqlandırıcı maddələr,özü yeriyən dağ maşınlarının işlənmiş yanma komponentləri və b.) əlverişsiz meteofaktorların təsiri

4-cü qrafada pnevmokoniozlara uyğun şöbədə göstərilmiş bütün işlər; bunlardan başqa; keçə basıcı, yarma üyüdücü, şəkər, yun istehsallarında (pambıq, kətan və b.) birinci emalı, toz ifrazı ilə əlaqədar digər işlər

2.4.

Xroniki rinofarinqolarinkit:

2.2.şöbəsində göstərilən tozlarla uzun müddət nəfəsalma

2.2. şöbəsində göstərilən işlər

-

-allergik xəstəliklər

Bax:şöbə 6 və 7




-

-şişlər (törəmələr)

3.

Fiziki faktorların təsirindən törənən xəstəliklər







3.1.

İonizəedici şüalanmanın təsirindən törənən xəstəliklər

Xarici ionizəedici şüalanmanın birdəfəlik, qısa müddətli ümumi təsiri və ya əhəmiyyətli miqdar radioaktiv maddə və onların birləşmələrinin orqanizm daxilində düşməsi

Radioaktiv maddələr nə ionizəedici mənbələrlə əlaqədar bütün işlər

a)

Şüa xəstəliyi (kəskin və ya xroniki)

Professional şüalanma üçün icazə verilən dozalardan artıq miqdar ionizəedici radiasiyanın sistematik təsiri




b)

Yerli şüa zədələnmələri (kəskin və ya xroniki)

Keçici şüalanmanın, radioaktiv maddələrin xarici lokal təsiri




3.2.

İonizə etməyən şüalanmaların təsirindən törənən xəstəliklər;vegetativ-damar distoniyası, astenik, asteno-vegetativ hipotalamik sindromla

İfrat yüksək tezlik (İYT) radiodiapazonlu elektromaqnit şüalanmalarının sistematik təsiri; koherent monoxromatik şüalanmalar

İYT radiodiapazonlu elektromaqnit şüalanma mənbələri ilə əlaqəli bütün iş növləri optik, kvant generatorlarının öyrənilməsinə Aid bütün iş növləri

1

2

3

4

3.3.

Lazer şüalanmasından toxumaların yerli zədələnmələri (dəri yanığı, gözün buynuz qişasının zədələnmələri)


Lazer şüalarının lokal təsiri

Optik kvant generatorlarının öyrənilməsinə aid bütün iş növləri

3.4.

Vibrasiya xəstəliyi

İstehsalat şəraitində işçilərin əllərinə təsir edən lokal vibrasiyanın və iş yerlərinin vibrasiyasının uzun müddətli sistematik təsiri

Vibrasiya yaradan əl maşınları ilə işləmə, vibrasiya yaradan maşınların iş yerləri

3.5.

Koxlear nevrit

İstehsalat səs-küyünün sistematik təsiri

Sənayedə,tikintidə,kənd təsərrüfatında, nəqliyyatda intensiv istehsalat küyünün təsiri ilə əlaqədar bütün əmək fəaliyyəti növləri

3.6.

Əllərin vegetativ-sensor (angionevroz və ya sensomotor polinevropatiyası)

Ultrasəsin təmas yolu ilə əllərə ötürülməsi

Ultrasəs defektoskoplar tibbi aparatları ilə işləmə

3.7.

Elektrooftalmiya

İntensiv ultrabənövşəyi şüalanma

Qaz və elektrik qaynağı ilə, intensiv ultrabənövşəyi şüalanma ilə əlaqədar işlər

3.8.

Katarakta

Şüa enerjisinin sistematik təsiri (infraqırmızı, ultrabənövşəyi şüalanma, İYT şüalanma, rentgen, qamma şüalar, neytron, proton şüalanması).

Dəmir-press,elektrik qaynaq və termiki işlər, şüşə məmulatlarının hazırlanması, metallurgiyada infraqırmızı şüaların təsiri ilə əlaqədar işlər, ionizəedici və ionizə etməyici şüaların təsiri ilə əlaqədar işlər.

3.9.

Dekompressiya (kesson) xəstəliyi və onun nəticələri

Yüksək atmosfer təzyiqi, dekompressiya prosesləri

Kessonlarda, barokameralarda iş, dalğıc işləri, yüksək atmosfer təzyiqi şəraitində digər işlər

1

2

3

4

3.10.

İstilənmə istilikvurma, qıcolma vəziyyəti

İş zonasında yüksək temperatur və intensiv istilik şüalanması

Dərin şaxtalarda, tökmə, poladəritmə, təbəqəyayma, boru yayma sexlərində, iş istehsalat sobalarının təmiri soba, qazan, tiyanların təmizlənməsi şüşə qaynağı və yüksək temperaturda aparılan digər işlər. İlin isti dövrlərində açıq havada aparılan işlər.


3.11.

Oblitirəedici endoarterit negetativ-sensor polinevropatiya, angiopatiya, poliradikulonevropatiya

İş zonasında aşağı temperatur

Balıqtutma gəmilərində, balıq - ət kombinatlarında, iş, soyucularda geoloji işlər, taxta - şalban tədarükü, nəm, bataqlıq çyerlərdə, torf çıxarılmasında, dağ mədənlərində işlər, subasmış, su əhatəli istehsal şəraitində, daimi donuşluq şəraitində olan işlər, şaxta üsulu ilə neft hasilatı və iş mühitində aşağı temperatur olan digər iş növləri.

3.12.

Onixodistrofiyalar, mexaniki epidermozlar (döyənək və b.)

Mezdra emalı, temperatur və meteoroloji faktorlar

Gön-dəri və xəz istehsalı,kənd təsərrüfatı işləri (çöl). Balıq emalı üzrə gəmilərdə və sahil müəssisələrində işlər

4.

Ayrı-ayrı orqan və sistemlərin fiziki gərginliyi ilə əlaqədar xəstəliklər








4.1.

Koordinator nevrozlar,o cümlədən yazı spazmı


Böyük sürətlə yerinə yetirilən yüksək hərəkət koordinasiyası tələb edən işlər

Dilli (toxmaqcıqlı), cihaz və musiqi alətləri ilə iş,stenoqrafiya, əlyazma, çap yazı

1

2

3

4

4.2.


Periferik sinir sistemi və xəstəlikləri: mono və dayaq hərəkət aparatının neyropatiyalar, cümlədə kompression və vegetativ-sensor neyropatiyalar, boyun və bel-oma rakulopatiyaları, xroniki miofiobrozlar (mnofassit, tendovaginit, stenozlaşıcı liqamentozlar, stilodozlar, qapanan barmaq və b.) Çiyin epikondilozu,çiyin-kürək periartrozları, bursit, deformasiyaedici osteoartrozlar, o cümlədən spondiloartroz, aseptik osteonekrozlar

Lokal əzələ gərginliyi ilə əlaqədar işlər, sürətlə yerinə yetirilən eyni tipli hərəkətlərlə bağlı işlər, sinir dəstələri, əzələlər, bağlar, vətərlərə təzyiqlə, onların travmatizasiyası ilə əlaqədar işlər, yüklərin sistematik olaraq əldə, havada saxlanılması onların qaldırılması, əl ilə və ya qüvvə tətbiqi ilə daşınması ilə əlaqədar, sistematik olaraq gövdənin əyilməsi, məcburi iş vəziyyətində olma (diz üstə, çöməltmə, qabağa əyilmiş,asılmış) ilə əlaqədar iş

Dilli hesablayıcı hesab perforasion maşınlar, telefon, aparatları, çap maşını, əldə sağma ilə əlaqədar iş, dağ hasilatı,cilalayıcı, qazma, dəmirçi, pərçimləmə, çapma, qəlibləmə, rəngsaz işləri böyük tutumu olan özü yeriyən maşınlar, o cümlədən kənd təsərrüfatı maşınlarında iş, musiqi, sirk və digər işlər. Keçid və təmizləyici qazmalarda bütün iş növləri, o cümlədən subasmış əlverişsiz iqlim şəraitində

4.3.

Uşaqlığın və uşaqlıq yolu divarlarının enməsi və düşməsi

40 yaşına qədər qadınlarda doğuş zamanı çapaq dibi əzələlərinin travmatiziyası almamışdırsa,uzun müddət (10 və daha çox) sistematik olaraq (iş növbəsinin 50%-dən çoxunu) ağırlıq qaldırılması və daşınması məcburi iş vəziyyəti və vibrasiyanın təsirinə birlikdə və ya təkbaşına




1

2

3

4

4.4.

İltihabi (tromboflebit) və ya trofiki pozğunluqlarla fəsadlaşmış ayaq venalarının nəzərə çarpan varikoz genişlənməsi

Uzun müddət ayaq üstə məcburi iş vəziyyəti

Uzun müddət statik gərginlik, ayaq üstə durma, ağır yüklərin sistematik daşınması ilə əlaqədar işlər. Dağ hasilatı (qazma), qazma, bəndetmə və b. işlər. Xüsusilə sıldırım enən laylarla


4.5.

Səs aparatının həddən artıq gərginləşməsindən törənən xəstəliklər: xroniki laringit, vazomotor monoxordit, səs telləri düyüncükləri (müğənni düyüncükləri») səs büküşlərinin təmas xoraları, fonosteniya



Uzun müddət səs büküşlərinin sistematik gərginləşməsi

Müəllimlik işi,radio və televiziyada diktor işi, aktyor işinin vokal-danışıq növləri, telefon stansiyalarında iş və b.

4.6.

İnkişaf edən yaxıngörmə

Yaxın məsafədən, kiçik ölçülü əşyaların ayırd olunması zamanı gözün həddən artıq gərginləşməsi

Kartoqrafiya, elektron maşınlara ferrit yığılması, qiymətli və yarım qiymətli daşların işlənməsi və keyfiyyətinə nəzarət, optik cihazlarla korrektorişi və b.


4.7.

Ağ ciyər emfizeması

İş prosesində sistematik gərgin ekspirasiya

Nəfəsli alətlərlə çalğı ilə əlaqədar iş, şüşə məmulatlarının mexanikləşdirilməmiş üfürülməsi


1

2

3

4

4.8.

Nevrozlar

Uzun müddət bilavasitə ruhi xəstə adamlara xidmət

Psixiatrik müəssisələrdə tibbi personalın işi, o cümlədən psixiki inkişafdan geri qalmış uşaqlar üçün xüsusiləşmiş məktəblərin müəllimləri və xidmət personalı


5.

Bioloji faktorlardan törənən xəstələr








5.1.

İşçilərin iş vaxtı təmasda olduğu infeksiya ilə yeni cinsli infeksion və parazitar xəstəliklər, vərəm, brussellyoz, sap, sibir xorası, gənə ensefaliti, ornitoz, sağıcı düyünləri, toksoplazmoz, virus hepatiti dəri mikozu, rozenbax eriziploidi, qoturluq, siflis və b.


İnfeksion xəstələr, infesiyalaşmış materiallar və ya xəstəlik keçiriciləri, xəstə heyvanlar,heyvan və bitki mənşəli məhsullarla təmas (dəri, yun, donuz tükü, at tükü, ət, dəri-gön, xəz xammalı, util xammalı, taxıl, pambıq və b.) gəmiricilərə təmas, zərərli təsirə məruz qalmış səthlərlə təmas, yeraltı şərait

İnfeksion şöbələrdə iş,baytar xidməti, vərəm əleyhinə müəssisələr, vərəm xəstələri üçün mikrobiomək emalatxanaları, heyvandarlıq təsərrüfatları, əkin sahələrində, ət kombinatlarında, şirniyyat sexlərində, konserv fabrik və zavodlarında, dəri-gön və xəz xammalı emalı, gəmilərdə balıq sənayesinin sahil müəssisələrində heyvan ovlamaq, meşə massivləri şəraitində müxtəlif növ işlər, mədən və şaxtalarda iş və b.

5.2.

Diobakterioz, dəri və selikli qişaların kandidomikozu, visseral kandidoz

Antibiotklər, göbələk-produsentlər, zülal-vitamin konsentratları (ZVK), yem mayası, kombikorma

Mikrobiologiya sənayesinin müxtəlif sahələrind iş, tibb sənayesi istehsalatında, aptek və digər müəssisələrin tibbi göstərilən maddələrin tətbiqi


1

2

3

4

6.

Allergik xəstəliklər, konyuktivit, rinit, rinofaringit, riolaringit, rinosiusit, bronxial astma, astmatik bronxit, ekzogen alveolit, ekzema, toksidermiya, Kvinke ödemi, məxmərək, anafilaktik şok, toksikoallergik hepatit, mərkəzi və periferik sistemin zədələnməsi və b.

Allergenlər-kimyəvi maddələr,sintetik polimerlər, qətranlar, laklar, rəngləyicilər, yuyucu maddələr, metallar və onun birləşmələri (xrom, nikel, kobalat, marqans, berillium, platin, sirkonium, gümüş, qızıl və b.) formaldehid, epixlorhidrin, skipidar, efir yağları, xloramin, ftal, malein anhidridi heksametilen diamin, diniroxlorbenzol, sianitlər, sürtkü yağları, kaptaks, tiuram, niazon D, xlorlaşdırılmış naftalinlər, furanlar, aminlər,akrilonitril, etileniminlər, pestisidlər və b. dərman pereparatları, vitaminlər, antibiotiklər, novokain, neyroleptiklər, brom preparatları, furasilin sırası, sulfamilamid preparatları və b. Bioloji təbiətli maddələr, zərdablar, vaksinlər, hormonal, ferment preparatları, mikrob, göbələk kulturaları, zülal-vitamin konsentratları, kombikorma, həşərat, ilan, helmint, ekskret və zəhərləri və b. bitki və heyvan mənşəli tozlar (taxıl, un, ağac, yun, lələk, tiftik, tük, ipək, pambıq, tütün, çay, bitki tozcuğu və b.)


İstehsalatın müxtəlif sahələrində allergenlərin təsir ilə əlaqədar işlər, kimya, kimyafarmokologiya, işaat,

ağac emalı sənayesinin müəssisələri, metallurgiya, maşınqayırma, toxuculuq, xəz müəssisələri, kombikorma, ZVK istehsalı və b. Kənd təsərrüfatında (quş fabriki, fermalar, pestisidlə iş və b.) nəqliyyatda, məişət xidməti müəssisələrində (kimyəvi təmizləmə, bərbərxana, paltar yuma və b.) tibbi və aptek müəssisələri, laboratoriyalarda (sənaye müəssisələrində, institutlarda və b.) vivarilərdə iş



7.

Şişlər (törəmələr)







a)

dəri şişləri (hiperkeratozlar, epiteliomalar, papilomalar, xərçəng, leykokeratozlar)

Daş kömür, neft, slans (qətran, pek, antrasen, fenantren, aminoantrosent yağı, azobirləşmə törəmələri, qudron, parafin və b.) ionizəedici şüalanmanın təsiri (rentgen, qamma şüalanma və b.)

İstehsalatın müxtəlif sahələrində 3-cü qrafada adı çəkilən bütün maddələrlə əlaqədar iş, radioaktiv maddələr, ionizəedici şüalanmanın digər növləri ilə əlaqədar iş

b)

ağız boşluğunun və tənəffüs orqanlarının şişi

Nikel, xrom, arsen, Daş-kömür qətranları, asbest, asfalt, radioaktiv filiz tozu və onun üzərində adsorbsiya olunmuş karbohidrat tozları ilə nəfəsalma

Nikel, arsen, xrom birləşmələrinin alınması və tətbiqi ilə əlaqədar işlər, radioaktiv filiz, asbest, asbest tərkibli maddələr, hasilat kəşfiyyatı və emalı, süni qranat və onun məmulatlarının alınması, asfalt salınması ilə əlaqədar iş

1

2

3

4

v)

qara ciyər şişləri

Vinil xlorid, qara ciyər toxumasına meylli radioaktiv maddələrlə uzun müddətli təmas (polonium, torium, plutonium)

Vinel-xloridlə iş, radiokimyəvi istehsalatlarda iş və b.

q)

Mədə xərçəng

Xromun altı valentli birləşmələri

Xrom birləşmələrinin istehsalı ilə əlaqədar iş

g)

Leykozlar

Benzol, müxtəlif ionizəedici radiasiya növlərinin təsiri

Benzola, ionəzəedici şüalanma mənbələri ilə iş

d)

Sidik kisəsinin şişləri (papilloma, xərçəng)

Benzol və naftalin sırası aminləri (benzidin, dianizidin, naftalamin və b.)

Müxtəlif istehsal sahələrində bu maddələrlə iş

e)

Sümük şişləri

Osteotrop radioaktiv maddələrlə uzun müddətli təmas (radium, stronsium, plutonium)

Radiokimyəvi istehsalatlarda radioloji və radikimyəvi laboratoriyalardi iş

Yüklə 326,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin