Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə37/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

314




Fətva



1453.Öz rəyinə əsasən fətva verən.

4949. Allahın Peyğəmbəri (s): «Sizlərin fətva verməkdə ən həyasızınız, od qarşısında ən həyasız olanlardır1

4950. İmam Baqir (ə): «Biz öz rəy istəyimizə əsasən camaata fətva ver­səydik, hər an məhv olanlardan olmuşduq. Ancaq biz Allahın Pey­ğəmbərinin (s) sözü sünnəsi, özümüzün malik olduğumuz əziz atala­rımızdan bizə miras qalan elmi üsullara əsasən camaata fətva veririk2

4951. İmam Sadiq (ə): «Kim öz nəzərinə görə camaata fətva versə, bil-mədiyi şeyin ardınca getmişdir. Bilmədiyi şeyin ardınca gedən, bil­məyə­rəkdən halal haram işlər görməklə Allahla qarşıdurmaya getmişdir3

4952. İmam Sadiq (ə): «Fətva verməkdən, şirdən qaçan kimi qaç boynunu camaatın körpüsünə çevirmə4
1454. Fətva verməkdən ötru alimin icazəsi.

4953. İmam Əli (ə) (Qusəm ibn Abbasa məktubundan): «Səhər axşam onlarla əyləş səndən hökm, sual soruşan üçün fətva ver, nadanı öyrət bilikli ilə elmi söhbət apar».»5

4954. İmam Baqir (ə) (Əban ibn Təğlibə xitabən): «Mədinə məscidində əyləş camaat üçün fətva ver. Çünki mən şiələrimin arasında sənin kimi insanların görünməsini istəyirəm6


315




Söyüş



1455. Söyüş söyməkdən çəkinmək.

4955. Allahın Peyğəmbəri (s): «Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin1

4956. Allahın Peyğəmbəri (s): «Allah-taala cənnəti dediyindən eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir2

4957. Allahın Peyğəmbəri (s): «Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun3

4958. İmam Əli (ə): «Böyük insan heç vaxt söyüş söyməz4

4959. İmam Baqir (ə): «Allahın pis dilli, söyüş söyəndən ( ya söyüşə qulaq asandan) acığı gələr5

4960. İmam Baqir (ə): «Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən haqlarında pis danışan, dili pis olan simic dilənçiyə nifrət edər6

4961. İmam Baqir (ə): «Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır7

4962. İmam Sadiq (ə): «Söyüş söymək, dili pis olmaq vəhşilik nifaqdandır (onun nişanələrindəndir).»1

4963. İmam Sadiq (ə): «Camaat kimin dilindən qorxarsa, o, alovda olar2


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin