Pisever-geceleri



Yüklə 5,47 Mb.
səhifə25/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

NƏZİR NİYYƏTİ


vətçi: «İnsan bir qövmün və ya bir millətin əqidəsini araşdırıb hökm vermək istədikdə, bu hökm ağıl, məntiq və elmin imkan verdiyi qaydada olmalıdır. Yoxsa cahillərinin sözlərinə və əmələrinə baxıb hökm verməsi düzgün deyil. Onların qanunlarını və e᾽tibarlı kitablarını diqqətlə incələməlidir.

Şiənin inancını öyrənmək istədiyiniz zaman, cahil və avam şiələrin sözlərinə və hərəkətlərinə baxıb şiələr haqqında qəti bir nəticə çıxarmaq, yanlış bir şeydir. Çöldə-bazarda savadsız insanların Ya Əli, Ya imam Rıza dediklərini gördükdə, onların, ya da bütün şiələrin müşrik olduğunu söyləyə bilməzsiniz. Bə᾽zi cahil kəslər imamlara, imamzadələrə nəzir deyirsə, bunu onlara qalib olmanız üçün bir dəlil saymayın. Çünki hər qövümdə cahil və avam insanlar mövcudur. Amma əgər sizlər saf niyyətlə və bəhanə axtarmadan əqli dələllərlə bir araşdırma aparmaq istəyirsinizsə, şiənin fiqh kitablarını nəzərdən keçirməyiniz lazımdır. Bu kitablar bütün kitabxanalarda, hər kəsin əli çatacaq yerdədir.

İstidlali-fiqh kitabları və əməl risalələri oxusanız, cəfəri fiqhində şirkə gedən yolun və xurafata meyili qanunların olmadığını, görəcəksiz. Həqiqətdə, xalis tövhid cəfəri fiqhiylə özünü göstərir.

«Şərhi Lümə» və «Şerayi» kimi bütün kitabxanalarda mövcud olan fiqh kitablarını araşdırsanız, onlarda nəzir üçün xüsusi bir babın ayrıldığını görərsiniz. Şiə alimlərinin hamsının ehkam risalələrində nəzir mövzusuna aid fitvalar vardır. Bu kitablarda nəzir üçün xüsusi bir babın ayrılmasının səbəbi, nəzirin ibadət olmasına görədir. Allah üçün nəzir edilməsi zamanı iki şərtin yerinə yetirilməsi lazım gəlir. Bu iki şərtdən hər hansı biri olmazsa, nəzir batil olar. Bu iki şərtdən biri «niyyət», ikincisi hansı dillə olursa olsun, «siğə» (əqd) oxunmasıdır. Bir müsəlman bu iki şərt olmadan nəzirin gerçəkləşmədiyini anlayarsa, ilk öncə bu iki şərtin mə᾽na və xüsusiyyətini öyrənir və daha sonra nəzir niyyətin edir.

İnsan bir fəqihdən, ya da onun risaləsindən nəzir məsələsini araştırdığı zaman hər şeydən öncə niyyət mövzuzsuyla qarşılaşır. Niyyət, hər ibadətdə xüsusilə də nəzirdə Allah üçün və Onun rızasını qazanmaq üçün olmalıdır. Demək ki, niyyət Allah üçün olmazsa, o əməl puç olar.

İkincisi, niyyəti tamamlayıb onu sabitləşdirmək üçün nəzir niyyəti edən kimsənin, nəzir etdiyi zaman mühəqqəq1 niyyət əqdini oxuması lazım gəlir. Əqddə də Allah adı olmazsa, əqd batil olur.

Məsələn, bir kəs niyyət edərək belə deməlidir: «Lillahi əleyyə ən əsumə» (Allah üçün oruc tutmaq mənim üzərimə vacib olsun) və ya içki içməyi tərk etmək istədiyi zaman, «Lillahi əleyyə ən ətrukə şürbəl-xamr» (Allah üçün içkini tərk etmək, mənim üçün vacib olsun) deməlidir. Digər bütün niyyətlər də, bu şəkildədir.

Əgər əqdi ərəbcə oxumaq mümkün olmazsa, hər kəs öz dilində oxuya bilər. Amma mə᾽nası ərəbcəyə uyğun olmalıdır.

Əgər niyyətində Allahdan başqası olarsa və ya başqasının adını Allahla bərabər tutularsa və o başqası istər diri olsun, istər ölü, istər peyğəmbər olsun, istər imam və ya imamzadə, niyyəti batildir. Bunu da bilərəkdən və bu qəsdlə etsə, müşrikdir. Çünki yuxarıda söylənilən ayədə Qur᾽an aydın şəkildə belə buyurur: «Rəbbinə itaətdə heç kəsi ortaq tutmasın». Elm əhlinin, bunu bilməyənlərə öyrətməsi lazımdır.

Şiə fəqihləri, istər diri olsun, istər ölü, peyğəmbər və ya imam adına deyilən nəzir və ya qurban niyyətinin batil olduğunu, bunu bilərək və qəsdən edənin də, müşrik olduğunu söyləyirlər. Niyyət, Allah adına olmalıdır, amma nəzir istənilən yerlərdə istifadə oluna bilər. Məsələn, Allah üçün qurban niyyətiylə bir qoyunu bir evdə, bir ibadət yerində və bu kimi yerlərdə kəsərsə, bunun maneəsi yoxdur. Pul, paltar və bu kimi şeyləri Allah üçün niyyət edib bir fəqirə ‒ bir yetimə, ya da Rəsulallahın (s) nəslindən olan bir seyidə verirsə, yenə bir maneəsi yoxdur. Amma Peyğəmbər (s), ya imamlar üçün və ya onların nəslindən olan seyidlər (Peyğəmbər və imamın nəvələri), ya da alimlər və yetimlər üçün nəzir niyyəti edilərsə, bu niyyət batildir. Bilərək və qəsdən olsa, şirkdir.

Hər rəsulun, fəqihin, alimin, vaizin, mübəlliğin vəzifəsi yazmaq və söyləməkdir. «Peyğəmbərin əsl vəzifəsi, ancaq [Allahın əmrini insanlara] çatdırmaqdır»2. Xalqın vəzifəsi isə, dinləmək və əməl etməkdir. Birisi və ya bir çoxu dini vəzifələrini öyrənib-öyrətməkdə səhlənkarlıq edirsə və dini vəzifələrinə uyğun şəkildə əməl etmirsə, bu o dinin, o məzhəbin nöqsanı deyildir.

Zənn edərim ki, bu qədər, həqiqətin anlaşılması üçün kifayət edər. Artıq bundan sonra durub; «şiələr müşrikdir» deməyin.


GİZLİ ŞİRK


Yenidən mövzumuza qayıtsaq, yaxşı olar. Şirkin ikinci qismi gizli şirkdir. Bu şirk əməllərdə, ibadət və itaətlərdə riya olaraq özünü göstərir. Bu şirklə, aşkar şirkin qisimlərındən olan ibadətdə olan şirkin fərqi budur: İbadət şirki Allaha ortaq qoşaraq, o ortağa da ibadət etməkdir. Məsələn, namaz qılarkən əgər şeytanın aldatmasıyla, vilayət məqamı və ya bir mürşid nəzərə alınırsa, bu əməl batil və bilavasitə şirkdir.

İbadət edərkən Allahın zatından başqa heç bir şey insanın zehninə və fikrinə gəlməməlidir. Yoxsa, açıq şirk qisminə daxil olar.

Rəsulallahın (s) belə buyurduğu nəql edilir: «Allah-təala buyurur ki, kim saleh bir əməl edərək məndən başqasını da onda ortaq edərsə, o əməl bütünlüklə onun üçündür; mən ondan [o əməldən, ya da o əməli edəndən] uzağam. Mən şirkdən, uzaq ehtiyacsızların ən ehtiyacsızıyam».

Başqa bir hədisdə belə nəql edilir: «Kim xalqın onu mədh etməsi üçün namaz qılıb, oruc tutub və ya həccə gedərsə, şübhəsiz o əməlində Allaha ortaq qoşmuşdur».

İmam Cəfəri Sadiqdə (ə) belə buyurur: «Bir qul, Allahın rəhmətiylə axirətin savabını tələb edərək, bir əmələ edib və o əmələ insanlardan birinin rızasını qatarsa, o müşrikdir».

Gizli şirkin sahəsi çox genişdir. Hər əmələ ən kiçik bir şəkildə də olsa, Allahdan başqası ortaq qoşularsa, bunu edən müşrik olar.



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin