Pisever-geceleri


ALİ MƏHƏMMƏD HAQQIN FEYİZ VƏSİLƏLƏRİDİR



Yüklə 5,47 Mb.
səhifə27/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

ALİ MƏHƏMMƏD HAQQIN FEYİZ VƏSİLƏLƏRİDİR


Biz şiələr, «Ali Məhəmmədə (ə) işlərimizi tək başına özləri həll edirlər deməyirik. Əksinə, onları, Allahın saleh qulları bilir və Allahın feyzinə yetişmək üçün bir vasitə olaraq qəbul edirik. Bizim onları vəsilə olaraq qəbul etməmiz, Rəsulallahın (s) əmr etdiyinə görədir».

Hafiz: «Rəsulallah (s) harada Onları vəsilə etməyi əmr etmişdir? Bu ayənin Ali Məhəmmədə aid olduğunu haradan söyləyirsiniz?

vətçi: «Bir çox hədisdə Rəsulallah (s), təhlükələrdən xilas olmaq üçün Əhli-beytinə təvəssül etməmizi əmr etmişdir».

Hafiz: «O hədislərdən yadınızda olanlardan bə᾽zilərini söyləyə bilərsinizmi?»

vətçi: «Vəsilədən məqsəd, həzrət Peyğəmbərin Əhli-beytidir; buna dəlilimiz, Hafiz Əbu Nəim İsfahaninin «Nüzulul-Qur᾽an fi Əliyyin» (Əlinin haqqında nazil olan ayələr) adlı əsərində, Hafiz Əbubəkr Şirazi «Ma nəzələ min əl-Qurani fi Əliyyin» (Qur᾽anda Əli haqqında nazil olan) imam Əhməd Sə᾽ləbi öz yazdığı təfsirdə nəql edərək deyir:

Bu ayeyi-kərimədəki1 vəsilədən məqsəd, həzrət Peyğəmbərin Əhli-beytidir. Bu mövzuda Rəsulallahdan (s) bir çox hədislər nəql olunmuşdur.

Sizin böyük alimlərinizdən İbni Əbil-Hədid Mö´təzili «Şərhi Nəhcül-bəlağə» adlı əsərinin ΙV cildinin, 39-cu səhifəsində, həzrət Fatimənin (ə) xütbəsindən, bu ayəyə dəlil olaraq bir cümləni göstərir. Həzrət Fatimə (ə) «Fədək» hadisəsində mühacir və ənsara istiqamətlənmiş bir xütbə oxumuşdu. Bu xütbənin əvvəlində həzrət Fatimə (ə) belə buyurur: «Göylərdə və yerdə nə varsa, əzəməti və nuru üçün ibadət edilən Allaha həmd edirəm. Bütün vəsilələrin hədəfi Odur və Onun insanlar arasındakı vəsiləsi bizik».

SƏQƏLEYN HƏDİSİ


Həzrət Peyğəmbərin pak Əhli-beytinə təvəssül edib, onlara bağlanmağın sağlam dəlillərindən biri də, Səqəleyn hədisidir. Bu hədisi, həm sünnilər, həm də şiələr səhih sənədlərlə mütəvatir olaraq nəql etmişlər. Rəsulallah (s) o hədisin bir yerində belə buyurur: «Əgər onlara bağlansanız, məndən sonra əsla azmazsınız».

Hafiz: «Bu hədisə mütəvatir və sənədi səhih dəməklə, bəlkə də xəta edirsiniz. Çünki bu bizim böyük alimlərimizin yanında mə᾽lum deyildir. Böyük şeyximiz sünnət və camaatın qiblə və kəbəsi Məhəmməd bin İsmail Buxari Qur᾽andan sonra ən səhih olan öz mö᾽təbər səhihində (Sahihi Buxari) bu hədisi nəql etməmişdir».

vətçi: «Mən xəta etdim deyirsiniz. Əksinə, bu hədisin mö᾽təbər olduğunu alimləriniz qəti şəkildə qəbul edirlər. Hətta İbni Hacər-Məkki kimi çox təəssübkeş birisi belə, bu hədisin səhih olduğunu etiraf etmişdir. Şübhənizin aradan getməsi üçün «Savaiqul-Muhriqa»nın ΙΙ fəslinin sonunda, 89 və 90-cı səhifələrində 11-ci babdakı 4-cü ayənin aşağısında Tirmizi, Əhməd bin Hənbəl, Təbərani və Müslimdən hədislər nəql etdikdən sonra belə deyir: «Bil ki, Səqəleynə (Qur᾽an və Əhli-beyt ) bağlanmaq hədisi bir çox yollarla 20-dən çox səhabədən nəql edilmişdir».

Daha sonra belə deyir: «Bə᾽ziləri Rəsulallahın (s) bu hədisi vida Həccində, Ərafatda ikən, bə´ziləri Mədinədə ölüm yatağında otağı səhabələrlə dolu olduğu zaman, bə´ziləri Qədiri Xumda, bə᾽ziləri də Taif᾽dən döndükdən sonra buyurduğu mövzusunda ixtilaf etmişlər».

Daha sonra öz nəzərini belə açıqlayır: «Bu ixtilafların arasında hər hansı bir ziddiyyət yoxdur. Rəsulallahın (s) adı çəkilən bütün yerlərdə, Qur᾽anın və Əhli-beytin (ə) əzəmətini isbat etmək üçün bu hədisi dəfələrlə buyurmasında bir çətinlik yoxdur».

TƏƏSSÜBDƏN UZAQ OLMAQ SƏADƏTƏ SƏBƏB OLUR


«Hədis «Səhihi-Buxari»də yoxdur, buna görə də zəifdir» sözünə gəlincə, bu söz bir çox tərəfdən rədd edilmiş və alimlərin qəbul etmədiyi bir şeydir. Əgər Buxari, hədisi nəql etməmişsə, əvvəzində onun tək möhtərəm bildiyiniz böyük alimlərinizin ümumisi nəql etmişdir. Hətta «Səhihi-Buxari»ylə eyni səviyyədə olan «Səhihi-Buxari» və digər Səhihlər bunu geniş surətdə nəql etmişlər.  Yoxsa səhihləri və mö᾽təbər kitablarınızı bir kənara qoyub, əqidənizi yalnız «Səhihi-Buxari»də yazılanlarla məhdudlaşdıracaqsınız?! Ya da, o biri alimlərinizin də öz zamanlarında əhli-sünnətin ən adil, ən alim və ən savadlı insanlar olduqlarını e´tiraf edib, onları da qəbul edəcəksiniz. Xüsusilə də, Səhihi-Sittə»ni yazanları. Bir hədis «Səhihi-Buxari»də bə᾽zi səbəblərə görə nəql edilməmişsə, başqaları nəql etmişsə, o zaman onu qəbul etmək məcburiyətindəsiz!».

Hafiz: «Buxarinin üstündə durmamızın hər hansı bir məxsus səbəbi yoxdur. Yalnız, Buxari çox ehtiyatlı və hədis nəql etməkdə diqqətli olduğundan, sənəd və ya mətin baxımından şübhəli və ya əqlə uyğun olmayan hədisləri nəql etməmişdir».

vətçi: «Siz əhli-sünnətin etdiyi xətalardan biri də, «bir şeyi çox sevmək, insanı kor və kar edər» qaydasının əsasına görə, bax belədir. Buxari haqqında ğuluv edirsiniz (yə᾽ni onu sahib olduğu məqamdan yüksəkdə görürsünüz). Onun çox dəqiq olduğunu və Səhihində gətirdiyi hər hədisin çox mö᾽təbər, hətta vəhy kimi olduğunu zənn edirsiniz. Halbuki, zənn etdiyiniz kimi deyildir. Buxarinin hədislərin sənədində gətirdiyi bir çox şəxs (ravi) mərdud1, mənfur2, qəzzab3 və uydurmaçı insanlardır».

Hafiz: «Əslində, sizin bu sözləriniz mərdud və mənfurdur. Siz Buxari kimi birisinin elmi məqamını təhqir edirsiniz». (Yə᾽ni əhli-sünnət və camaatın hamısın təhqir etdiniz)

vətçi: «Elmi bir tənqid təhqirdirsə, bu halda hədisləri diqqətlə araşdırmış mö᾽təbər Səhihlərdəki, xüsusilə «Səhihi-Buxari» və «Səhihi-Müslim»dəki bir çox hədisin sənədində bir çox şəxsin uydurmaçı, yalançı və mərdud olduğunu söyləyən böyük alimləriniz də, elm məqamına ihanət etmiş və mərdud insanlardır.

Hədis kitabları mövzusunda dəqiq və diqqətili olmanız yaxşı olardı. Onları oxuduğunuz zaman ğuluv edərək, «Buxari və Müslim onları nəql etmişsə, hamısı səhih və doğrudur» deməyin.

«Səhihi-Sittə», xüsusilə də «Səhihi-Müslim» və Buxariyə ğuluv gözüylə baxan siz və digər alimlər, öncə onlardakı hədisləri araşdırıb, səhihlərlə səhih olmayanları bildirən kitablara bir baxsanız yaxşı olardı. Bununla da, Buxarinin əzamətinin, hədis nəql etməkdəki diqqətinin nə dərəcədə olduğunu görərdiniz.

Əgər Siyutinin «Əl-Ləalil-Məsnua fi Əhadisil-Mvzua» əsərinə, Zəhəbinin «Mizanul-İtidal» və «Təlhisul-Müstədrək» adlı kitablarına, İbni Cəvzinin «Təzkirətul-məvzuat»ına, Əbubəkir Əhməd bin Əli Xətib əl-Bağdadinin yazdığı «Tarixi-Bağdadi»yə və qısaca «Rical» mövzusunda böyük alimlərinizin yazdıqları kitablara baxsanız, məni günahlandırmaz və «Buxarini təhqir etdin» deməzsiniz.



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin