Положение мяса животных


Zərurət Halında (Ehtiyaci Ödəyənə Qədər) Haram Olan Şeylərin Yeyilməsinə Rüxsət Verilməsi



Yüklə 1,49 Mb.
səhifə20/81
tarix05.01.2022
ölçüsü1,49 Mb.
#111253
1   ...   16   17   18   19   20   21   22   23   ...   81
Zərurət Halında (Ehtiyaci Ödəyənə Qədər) Haram Olan Şeylərin Yeyilməsinə Rüxsət Verilməsi

O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”. (əl-Bəqərə 173). Bu və digər ayələrdən belə nəticə çıxır: əd-Darura Tubihul Mahzurat – zərurət qadağanı icazə verilən edir. Lakin hər bir zərurət də ehtiyac sayılmır. İbn Munzir rahmətullahi aleyhi - deyir ki: “Alimlər ittifaq ediblər ki, zərurət halında ölü (leş) heyvanı yemək belə icazəlidir”. “İcma” 102.

AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi - bu ayəsinin təfsirində deyir ki: “Allah bu ayədə haram olan şeyləri sadalıyaraq insanlığa rəhmətini göstərmiş və onları zərərdən qorumuşdur. Lakin buna baxmayaraq insan zərurət halında (yemək olmadığı) halda aclıq zamanı, məcburiyyət qarşısında qalaraq bu şeyləri yeyərsə bunda günah yoxdur. Lakin bu halda o, haramı arzu etməməli, zəruri ehtiyacını ödədiyindən artıq yeməməli, israf etməməlidir. Buna görə də insana qadağan edilmişdir özünü aclığa məruz qoyaraq əziyyət verməsi və həlak etməsi. Vacibdir ki, aclığını ödəsin. Əgər özünü aclıqla ölüm həddinə çatdırarsa bu zaman özünə qəsd etmiş sayılar...”. “Taysirul Kərimul Rahmən” 68.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin