Məkruh – Bəyənilməyən əməl. Əgər qadağa güclü olmazsa məkruh sayılır. Məkruh da qadağanın altına girir. Müs: Məscidə sol ayaq ilə daxil olmaq.
Mübah – Nə əmrə, nə də qadağana daxil deyildir. Mübah özlüyündə ibadət deyildir. Lakin başqasına görə ibadət ola bilər. Elm öyrənmək, namaz qılmaq özlüyündə ibadətdir. Lakin yemək, içmək, yatmaq və s. kimi əməllər özlüyündə ibadət deyildir. Bu əməllər başqasına görə ibadət ola bilər. Məs: “Yemək yeyirsən ki, elm öyrənməyə taqətin olsun, tez yatırsan ki, sübh namazını ayıq başla qılasan. Bu əməllər sadəcə niyyətin düzgünlüyünə görə insana savab gətirir. Ona görə də deyilir ki, səfdə iki nəfər yanaşı durar, lakin onların arasında göylə-yer arası qədər fərq olar.
|